Anatoli Banişevski

Anatoli Andreyeviç Banişevski (23 fevral 1946[1], Bakı10 dekabr 1997, Bakı) — Ukrayna əsilli Azərbaycan futbolçusu və məşqçisi.

Anatoli Banişevski
Anatoli Banişevski 1967-ci ildə
Anatoli Banişevski 1967-ci ildə
Ümumi məlumatlar
Tam adı Anatoli Andreyeviç Banişevski
Ləqəbi Banya
Doğum tarixi 23 fevral 1946(1946-02-23)[1]
Doğum yeri
Vəfat tarixi 10 dekabr 1997(1997-12-10) (51 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Boyu 1.74 m
Çəkisi 78 kq
Mövqeyi Hücumçu
Karyerası
Klub karyerası[* 1]
1964—1978 SSRİ Neftçi 288 (121)
Milli yığma[* 2]
1965—1972 SSRİ SSRİ 50 (19)
Məşqçisi olduğu klublar
1981—1982 SSRİ Avtomobilçi
1987—1988 Burkina-Faso Burkina-Faso (olimp.)
Təltif və medalları
Avropa çempionatları
Gümüş Belçika 1972
Dövlət mükafatları

"Şöhrət" ordeni


  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anatoli Banişevski UEFA-nın versiyasına görə 2004-cü ildə Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.

Həyatı

Erkən illəri

Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda kökü Polşaya gedib-çıxan ukraynalı ailəsində anadan olub.[2]

Klub karyerası

Uşaq futboluna Bakının "Lokomotiv" klubunda başlayıb.[3] Razində (indiki Bakıxanov qəsəbəsi) "Lenin komsomolu" adına stadionda "Lokomotiv"lə "Spartak"ın oyunu keçirilirdi. "Neftyanik" (indiki "Neftçi") baş məşqçisi Boris ArkadyevƏləkbər Məmmədov da oyuna baxır, ən perspektivli oyunçuları seçirdilər.[3] Lokomotiv 4:3 hesabı ilə qalib gəlsə də, rəqibin qapısına vurulan topun üçünü də Banişevski vurmuşdu.[3] Banişevskinin böyük futbola sıçrayışı bax, həmin oyundan başladı.[3] 16 yaşında "Neftyanik"ə cəlb olunan Banişevski 1963-cü ildə komandanın əsas heyətində debüt edib.[4] O, peşəkar karyerası ərzində - 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib.[4] "Neftçi"nin 1966-cı ildə futbol üzrə SSRİ çempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub.[4] 1966-cı ildə "Neftyanik" bürünc medal qazanandan sonra Heydər Əliyev ona ev vermişdi.[3]

Ümumiyyətlə, Anatoli Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib.[4]

Milli komanda karyerası

Banişevski SSRİ yığmasının məşqçi korpusunun da diqqətindən kənarda qalmayıb. Parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında Nikolay Morozov tərəfindən SSRİ yığma komandasına cəlb edilib.[4] 1965-ci ildə Moskvada keçirilən SSRİ – Braziliya oyununda Banişevski oyunun qurtarmasına 15 dəqiqə qalmış Valentin İvanovu əvəz elədi.[3] Bu onun ilk debütü oldu.[3] Tezliklə Banişevski məşqçilərin ümidlərini doğruldub və yığmada keçirdiyi 3-cü oyunda het-trikə imza atıb.[4] Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş 1966 FİFA Dünya Kubokunda da iştirak edib.[4] 1968 və 1972-ci illərdə təşkil olunmuş Avropa çempionatlarına da qatılan Banişevski son yarışda gümüş mükafata layiq görülüb. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib.[4]

Məşqçi karyerası

Karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb.[4] Onun ilk klubu "Neftçi" olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş A.Banişevski 1983-cü ildə "Neftçi"dən ayrılmaq qərarına gəlib.[4] O, 1984-1988-ci illərdə Burkina-Fasoda məşqçi vəzifəsində çalışıb.[4] Bu illər Afrika ölkəsinin siyasi həyatın burulğanlı dövrünə təsadüf edirdi. Hətta bir dəfə silahlı üsyançılar futbol matçı zamanı meydana soxulublar, onun gözünün qarşısında ölkənin ali rəhbərlərindən kimisə vəhşicəsinə qətlə yetiriblər. Həmin hadisədən sonra dəhşətli qorxu hissi keçirən Anatolidə şəkərli diabet xəstəliyi gücləndi.[5]

Son illəri

Banişevski 1978-ci ilin sonlarında karyerasının bitirdi. Banişevskinin əsas problemlərindən biri idman rejimini qorumaması idi. Zərərli vərdişlərə hədsiz meyilli olması, spirtli içkilərdən imtina edə bilməməsi, onun təkcə karyerasına yox, səhhətinə də ciddi zərbə vurdu. Artıq 33 yaşında Banişevskidə şəkər xəstəliyinin əlamətləri hiss olunmağa başladı. Bir tərəfdən xəstəlik, bir tərəfdən işsizlik Banişevski üçün ciddi fəsadlar yaratdı. 1979-cu ildən başlayan şəkərli diabet ona çox əziyyət verirdi.[3] 1988-ci ildə xəstəlik onda artıq kəskinləşdi.[3] Hətta komaya da düşdüyü vaxtlar olurdu.[3] O, iynədən dəhşətli dərəcədə qorxurdu.[3] Ona spirtli, soyuq içkilər, yağlı və qızardılmış yeməklər olmazdı. Lakin, o, evdən kənarda bunlara nəzarət etmirdi.[3] Banişevski Afrikadan qayıdarkən artıq Bakıda da ictimai-siyasi vəziyyət xeyli pisləşmişdi və onun müalicəsinə təsir edirdi. Bakıya döndükdən sonra müalicəsiylə ciddi məşğul olmaması, həkimlərin tələb etdiyi pəhriz qaydalarına əməl etməməsi, onun səhhətini daha da pisləşdirir. Anatoli yaddaşının pozulmasına görə bəzən evdən çıxır və hara gedəcəyini də unudurdu. Evə dönərkən çətinlik çəkəndə ətrafdakıların ona kömək etməsi üçün ünvanı yazılmış kağız parçasını həmişə cibində gəzdirirdi.

Ölümü

Anatoli Banişevskinin İkinci Fəxri Xiyabandakı məzarı.

Anatoli Banişevski 1997-ci il dekabrın 10-da Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Şəxsi həyatı

1966-cı ildə Anatoli Banişevski İrina Banişevskaya ilə ailə həyatı qurmuş və 1996-cı ildə boşanmışdı.[3] Milena və Marina adlı qızları var.[3] Boşandıqdan sonra Anatoli evini itirir və spirtli içkilərə aludə olur. Lakin onu bu çətin vəziyyətdən ömrünün son illərində ona qayğı göstərən köhnə tanışı və pərəstişkarı Səidə adlı xanım xilas etdi. Anatoli və Səidə bir müddət sonra evlənirlər.[6] Nəvəsi Əli Babayev Banişevski də futbolçudur. Neftçi U-16 komandasında[7], Şuşa Qalası FKMOİK klublarında oynayıb.[8]

Aktyor Andrey Mironov və müğənni Vladimir Vısotski ilə çox yaxın münasibətləri vardı.[3]

İrsi

2 fevral 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Anatoli Banişevskinin yaşadığı ünvanın qarşısına xatirə lövhəsi vurulub.[9]

Ədəbiyyatda

2013-cü ildə futbol yazarı Rasim Mövsümovun (Mövsümzadə) müəllifi olduğu "Bir qolun tarixçəsi" adlı araşdırma kitabı nəşr olunub.[10] Bu kitab Azərbaycan futbolunun fəxri Anatoli Banişevskinin 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında SSRİ yığmasının heyətində Portuqaliya ilə 3-cü yer uğrunda oyunda vurduğu, amma başqalarının adına yazılan qoldan bəhs edir.

Haqqında çəkilən filmlər

  1. 9 nömrəli oyunçu (film, 2007)
  2. Azərbaycan futbolunun əfsanələri. Anatoli Banişevski (film, 2012)

SSRİ milli futbol komandasının heyətində vurduğu qollar

#TarixMəkanRəqibHesabNəticəTurnir
1.3 Oktyabr 1965Georgios Karaiskakis stadionu, Pirey, YunanıstanYunanıstan Yunanıstan0–21–41966 FİFA Dünya Kubokunun seçmə mərhələsi
2.3 Oktyabr 1965Georgios Karaiskakis stadionu, Pirey, YunanıstanYunanıstan Yunanıstan1–31–41966 FİFA Dünya Kubokunun seçmə mərhələsi
3.3 Oktyabr 1965Georgios Karaiskakis stadionu, Pirey, YunanıstanYunanıstan Yunanıstan1–41–41966 FİFA Dünya Kubokunun seçmə mərhələsi
4.17 Oktyabr 1965Kopenhagen İdman Parkı, Kopenhagen, DanimarkaDanimarka Danimarka0–21–31966 FİFA Dünya Kubokunun seçmə mərhələsi
5.27 Oktyabr 1965Ninian Park, Kardiff, UelsUels Uels0–12–11966 FİFA Dünya Kubokunun seçmə mərhələsi
6.21 Noyabr 1965Marakana stadionu, Rio-de-Janeyro, BraziliyaBraziliya Braziliya2–12–2Yoldaşlıq oyunu
7.1 Dekabr 1965Monumental stadionu, Buenos-Ayres, ArgentinaArgentina Argentina0–11–1Yoldaşlıq oyunu
8.4 Dekabr 1965Sentenario stadionu, Montevideo, UruqvayUruqvay Uruqvay1–21–3Yoldaşlıq oyunu
9.18 May 1966Generali Arena, Praqa, ÇexoslovakiyaÇexoslovakiya Çexoslovakiya0–11–2Yoldaşlıq oyunu
10.18 May 1966Generali Arena, Praqa, ÇexoslovakiyaÇexoslovakiya Çexoslovakiya1–21–2Yoldaşlıq oyunu
11.5 İyun 1966Mərkəzi Lenin stadionu, Moskva, SSRİFransa Fransa2–23–3Yoldaşlıq oyunu
12.12 İyul 1966Eyrsom Park, Midlsbro, Birləşmiş KrallıqŞimali Koreya Şimali Koreya2–03–01966 FİFA Dünya Kuboku
13.16 İyul 1967Tbilisi Mərkəzi stadionu, Tbilisi, SSRİYunanıstan Yunanıstan1–04–0UEFA Avro 1968 seçmə mərhələsi
14.16 İyul 1967Tbilisi Mərkəzi stadionu, Tbilisi, SSRİYunanıstan Yunanıstan3–04–0UEFA Avro 1968 seçmə mərhələsi
15.6 Sentyabr 1967Kupittaan stadionu, Turku, FinlandiyaFinlandiya Finlandiya2-32–5UEFA Avro 1968 seçmə mərhələsi
16.31 Oktyabr 1967Georgios Karaiskakis stadionu, Pirey, YunanıstanYunanıstan Yunanıstan0-10-1UEFA Avro 1968 seçmə mərhələsi
17.7 İyun 1971Mərkəzi Lenin stadionu, Moskva, SSRİKipr Kipr5-16-1UEFA Avro 1972 seçmə mərhələsi
18.19 Aprel 1972Olimpiya Milli İdman Kompleksi, Kiyev, SSRİPeru Peru1-02-0Yoldaşlıq oyunu
19.13 May 1972Mərkəzi Lenin stadionu, Moskva, SSRİYuqoslaviya Yuqoslaviya2-03-0UEFA Avro 1972 seçmə mərhələ 1/4 final

Təltif və mükafatları

İstinadlar

  1. Anatoliy Banishevskiy // FBref.com (çd.).
  2. "Anatoli Banişevski - 70". news.atv.az. news.atv.az. 3 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
  3. ""Anatoli Banişevski əvvəl hərəkət edir, sonra fikirləşirdi"". www.anspress.com. www.anspress.com. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2016.
  4. "Azərbaycanın futbol əfsanəsi - Banişevski". muallim.edu.az. muallim.edu.az. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2016.
  5. Qaradağlı, Süleyman. "Ulduz, məşhur "doqquz" və sonsuz sevgi". qol.az (az.). 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  6. Верность и мастерство Şablon:İn lang
  7. "Anatoli Banişevskinin nəvəsi Əli Babayev "Neftçi" klubunun sıralarına qoşulmuşdur". İstifadə tarixi: 4 mart 2024.
  8. "Azerbaijan - Ə. Banişevski - Profile with news, career statistics and history - Soccerway". uk.soccerway.com. 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2024.
  9. "​Bu gün Anatoli Banişevskinin yubileyidir". report.az. report.az. 3 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
  10. ""Bir qolun tarixçəsi" adlı kitabı nəşr olunmuşdur// """. 2019-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-11.
  11. "A.A.Banişevskinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". idman.com.az. idman.com.az. 2015-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
  12. "Anatoli Banişevski Azərbaycanda yüzilliyin futbolçusu seçildi". news.lent.az. news.lent.az. 10 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2016.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.