Anatol Kolline Makosso

Anatol Kolline Makosso (fr. Anatole Collinet Makosso; 1965, Point-Noyr) — Konqo Respublikasının hazırkı Baş naziri.

Anatol Kolline Makosso
fr. Anatole Collinet Makosso
Konqo Respublikasının Baş naziri
12 may 2021 h.h
ƏvvəlkiKleman Muamba
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Fəaliyyəti siyasətçi, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Point-Noyrda müəllim işləyib. 1990-cı illərin əvvəllərində Kuilu departmentində siyasi məsləhətçisi, daha sonra Kuilu Departmenti Kabinetində direktor vəzifəsində çalışıb. 1998–2011-ci illərdə Prezident Deni Sassu-Nqessonun müşaviri olub. 2009-cu ildə Prezidentin qızı Edit Lüsi Bonqonun ölümündən sonra ona həsr etdiyi şeir və hekayələr toplusunu nəşr etdirdi.[1]

2010-cu ildə Panteon-Assas Universitetində hüquq üzrə doktorluq dissertasiyasını tamamladı.[2]

Kolline Makosso 17 avqust 2011-ci ildə kiçik dəyişikliklə hökumətdə Gənclər və Vətəndaş Təlimi Naziri vəzifəsinə təyin edildi. 25 avqust 2011-ci ildə postu sələfi Zaxari Kimpunidən aldı.[3]

Fəaliyyəti

10 avqust 2015-ci ildə Kolline Makosso vəzifələrini İbtidai və Orta Təhsil, Gənclər və Vətəndaş Təlimi Naziri vəzifəsinə təyin edildi. Sassu-Nqesso 2016-cı ildə prezident seçkilərində qazandığı qələbədən sonra Kolline Makossonu İbtidai, Orta Təhsil və Maarif Naziri vəzifəsində saxladı, 30 aprel 2016-cı il tarixində Kolline Makossonun yerinə Gənclər və Vətəndaş Təlimi Naziri vəzifəsinə Destini Armeliya Dukaqanı təyin etdi.[4]

2017-ci ilin iyulunda təşkil edilmiş parlament seçkilərində Kolline Makosso Point-Noyrda Loancili dairəsindən hakim Konqo İşçi Partiyasının namizədi olaraq qaldı. Səsvermənin ilk turunda səslərin 72%-i toplayaraq Demokratiya və Sosial Tərəqqi üçün Hərəkatın Baş katibi Jülyen Makaundi-Çibindanı məğlub etdi.[5]

14 may 2021-ci ildə Baş nazir təyin edildi.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2014-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.
  2. "Arxivlənmiş surət". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.
  3. https://web.archive.org/web/20120614223915/http://www.brazzaville-adiac.com/index.php?action=depeche&dep_id=52155&oldaction=liste&regpay_id=0&them_id=0&cat_id=0&ss_cat_id=0&LISTE_FROM=0&select_month=0&select_year=0
  4. "Arxivlənmiş surət". 2016-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.
  5. "Arxivlənmiş surət". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-25.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.