Anar Yusub

Yusubov Anar Abdul Vahid oğluAzərbaycanlı bəstəkarkamança ifaçısı.

Anar Yusub Abdul Vahid oğlu
Anar Yusub
Ümumi məlumatlar
Ləqəbi Yusub
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar, kamança ifaçısı
Fəaliyyət illəri 2004 - günümüz
Janrlar Xalq musiqisi və muğam
Musiqi aləti Kamança
Təhsili Tam ali

Həyatı

Yusubov Anar Abdul Vahid oğlu 6 yanvar 1989 cu ildə Bakı şəhərində anadan olmuşdur.[1]

Təhsili

  • İlk musiqi təhsilini 1998–2004 cü illərdə Fikrət Əmirov adına incəsənət məktəbinin "Kamança" sinfində almışdır.[2]
  • 2004–2008 ci illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecində;[3]
  • 2008–2012 ci illərdə isə Azərbaycan Milli Konservatoriyasında təhsil almışdır.[4]
  • 2014–2016 cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Magistr dərəcəsi almışdır.2020 ci ildə Almaniyanın Rostock şəhərində "Rostock Universiteti" nə Kompyuter elmləri ixtisasına qəbul olmuşdur.[5] Hal hazırda ikinci təhsilini alır[6]

Səhnə fəaliyyəti

İştirak etdiyi beynəlxalq festivallar

  • Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Almaniya, Avstriya, Slovakiya, Serbiya, Hindistan və bir çox ölkələrdə konsert proqramları və festivallarda çıxış etmişdir.
  • 2011-ci il 14–21 mart "Muğam aləmi" II Beynəlxalq Muğam Festivalı
  • 2012-ci il 20–27 aprel "Cappadocia geceleri" Festivalı
  • 2013-cu il 1–3 fevral Hindistanın Kolkata şəhərində "Sufi-sutra"Festivalı. Muğam ve Raganın sintezini hindistanli musiqiçilərlə birlikdə etmişdir. Bu layihe "Muraağam"adlanır.[8]
  • 2013-cu il 9 fevral Hindistanın Kalkotka şəhərində keçirilən "Fusion Fiesta" Beynəlxalq Festivalı
  • 2013-cu il 9 iyun Nevşehir Cappadocia da "Ideogram Tiyatro projesi" çərçivəsində "Muğam gecəsi" Festivalı
  • 2015-ci il 21–23 avqustda Türkiyənin Nevşehir Cappadocia şəhərində keçirilən "Cappadocia Teatr Festivalı"
  • 2016 ci il 4–10 iyul Slovakiyanın Nitra şəhərində "Akademicka Nitra" Festivalı
  • 2018-ci il 27 iyul- 1 iyul "İpək yolu" IX Beynəlxalq Musiqi Festivalı
  • 2019-cu ildən Türkiyənin məşhur productionu "Kınay production" ilə çalışır.

Pedaqoji fəaliyyəti

  • 2012-ci ildən bəri Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecində pedaqoji fəaliyyət göstərir.[9][10]

Bəstəkarlıq fəaliyyəti

İlk bəstələrini özü ifa etmişdir. Repertuarında olan "İlk və son", "Rising sun", "Xatirələr" adlı musiqilər özünə məxsusdur. Sonradan serial musiqiləri bəstələməyə başlamışdır. 2020-ci ildə Oksi media production tərəfındən çəkilən və 2020-ci ildə İTV telekanalında yayımlanan "Yalan həqiqət" adlı serialın və 2021-ci ildə ARB telekanalında yayımlanan "Son nəfəs" adlanan serialın bəstələri Anar Yusuba aiddir.[11]

İstinadlar

  1. "Məşhur və gənc musiqiçi Anar Yusubla müsahibə". www.zekaishiginda.az. İstifadə tarixi: 23 sentyabr 2021.
  2. "Anar Yusub". sabahinfo.az. 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2021.
  3. "Anar Yusub ilə müsahibə". aia.az. İstifadə tarixi: 23 sentyabr 2021.
  4. "Məşhur musiqiçi Anar Yusub ikinci ali təhsil alır". redaktor.az. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2021.
  5. "Anar Yusub Almaniyada təhsil alır". versiya.az. İstifadə tarixi: 23 sentyabr 2021.
  6. "Anar Yusub Almaniyada təhsil alır". sabahinfo.az. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2021.
  7. "Sənətə gəlmə tarixçəsi". adalet.az. 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2021.
  8. "Xalq artistlərini müşayət edən Anar Yusub". qarabaginfo.az. İstifadə tarixi: 23 sentyabr 2021.
  9. "Gənc kamança ifaçısı Anar Yusub". muz-tv.az. 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2021.
  10. "Anar Yusub: "Avropanın bir çox şəhərlərində konsertlərim düşünülüb"". www.zekaishiginda.az. İstifadə tarixi: 23 sentyabr 2021.
  11. "Anar Yusub Türkiyənin məşhur prodakşnı ilə müqavilə imzaladı". showbiz.az. İstifadə tarixi: 23 sentyabr 2021.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.