Anar Salmanov
Anar Salmanov (Anar Salmanov;4 oktyabr 1980, Bakı) — Azərbaycanlı futbol hakimi, FİFA kateqoriyalı, Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunun müəllimidir. 2003-cü ildə futbol üzrə Azərbaycan çempionatının oyunlarına hakim təyin olunub. Beynəlxalq oyunlara 2010-cu ildən xidmət edir. [2].
Anar Salmanov | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 4 oktyabr 1980 (43 yaş) |
Doğum yeri | |
İdman növü | futbol[1] |
Karyera illəri | 2003–h. h. |
Həyatı
Anar Salmanov 1980-ci il oktyabrın 4-də Bakıda anadan olub. Yeddi yaşında Bakının “Neftçi” klubunun nəzdindəki futbol məktəbində futbol oynamağa başlayıb. 16 yaşında “Neftçi”də oynayıb, lakin zədə səbəbindən futbolçu karyerasını tərk edərək hakimlik edib. 1997-ci ildə Salmanov Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutuna daxil olub. Ordudan qayıtdıqdan sonra magistraturaya daxil oldu. 2003-cü ildən həmin institutda dərs deyir. Anar Salmanov 2004-cü ildən oyunlarda hakimlik edir. 2010-cu ildə FİFAnın hakimi səviyyəsini alıb.
Fəaliyyəti
Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 136 dəfə baş hakim olmuşdur[3].
İstinadlar
- worldreferee.com (ing.).
- "Anar Salmanov". fifa.com. 2015-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-18.
- Yüzün astanasında olan hakimlər və onların sərt qərarları - LAYİHƏ Arxivləşdirilib 2016-07-29 at the Wayback Machine. apasport.az, 18.06.2016 (az.)