Anar Sadıqov
Anar Sadıqov (Babalı) — Azərbaycanın teatr rejissoru,Lənkəran Dövlət Dram Teatrının baş rejissoru, Prezident mükafatçısı
Anar Sadıqov | |
---|---|
Anar Babalı oğlu Sadıqov | |
Digər adı | Anar Babalı |
Doğum tarixi | |
Doğum yeri | Bakı Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rejissor |
Mükafatları | Prezident mükafatçı |
Həyatı
Sadıqov Anar Babalı oğlu 1986-cı il 14 dekabr tarixində Bakı şəhərində anadan olub. 1993–2004-cü illərdə Sabunçu rayon Zabrat qəsəbəsində yerləşən 192 saylı orta məktəbdə oxuyub. 1995–2000-ci illərdə Zabrat qəsəbəsində yerləşən 32 saylı Uşaq Musiqi Məktəbində Qarmon ixtisası üzrə təhsil alıb. 2005–2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rejissorluq Fakültəsinin Dram Rejissoru ixtisası üzrə Azər Paşa Nemətov, Firdovsi Naibov, Fərhad İsrafilov kimi görkəmli teatr xadimlərindən təhsil almış və Universiteti fərqlənmə diplomu ilə bitirib.
2009–2010 cu illərdə Rəhman Əlizadənin yaratdığı Satira Teatr Studiyasında aktyor vəzifəsində çalışıb. 2010–2011-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor və aktyor kimi çalışıb. İ.Məlikzadə "Hərənin öz ulduzu" tamaşasına quruluş verib. 08.09.2011–07.01.2011-ci illərdə Maştağa qəsəbəsində yerləşən H.A.Abbasov adına Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Uşaq" dram dərnəyinin rəhbəri vəzifəsində çalışıb. 2011-ci ildə Azərbaycan Teatr Xadimlərinin təşəbbüsü ilə Moskvada keçirilən Çexov Festivalı ərəfəsində ustad dərslərində iştirak edib. 2012–2013-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında köməkçi rejissor vəzifəsində işləyib. İ.Əfəndiyev "Boy çiçəyi".Maks Friş "Don Juan və həndəsəyə məhəbbət" tamaşalarında rejissor assistenti olub.
2013-cü ildə Trem Tv Productionda köməkçi rejissor vəzifəsində işləyib. 2014–2016-cı illərdə isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında O.Kazımi, R.Heydər "Qızıl Toy", Ü.Hacıbəyov "O olmasın, bu olsun", A.Sadıqov " Yatmış gözəl və cırtdanlar" (Həm də ssenari müəlifi), T.Vəliyeva "Mən dəyərəm min cavana" S.Rəhman "Əliqulu evlənir", E.Sabitoğlu, Y.Şvarts "Qırmızı Papaq" Tamaşalarında rejissor assistenti vəzifəsində çalışıb. 2016-cı ildən Akademik Milli Dram Teatrında Rejissor vəzifəsində çalışır. Akademik Milli Dram Teatrı – A.Sadıqov "Keçəlin Şahlığı" , "Aldanmış Ulduzlar" əsərinə quruluş verib, Xalq artisti Azər Paşa Nemətovun quruluşunda "Ölülər" tamaşasında isə rejissor olub.
Onun hazırladığı "İuda" və "Manqurt" tamaşaları Bolqarıstan, Qırğızıstan, Qazaxıstan və Gürcüstanda keçirilən beynəlxalq teatr festivallarında mükafata layiq görülüb.
2019–2021-ci illərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında kimi çalışıb.
2022-ci ildə Mədəniyyət naziri Anar Kərimovun sərəncamı ilə Lənkəran Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunub.[1]
Lənkəran Dövlət Dram Teatrının səhnəsində qələmə aldığı və quruluş verdiyi “Haqqın 44 günü” tamaşası, K.Abdullanın "Casus", M.Əliyevin "Prokuror" səhnə əsərlərinə quruluş verib.
A.Sadıqov 2011, 2015, 2017 və 2019-cu illərdə Moskvada Gənc Rejissorların labaratoriyasında müdavim olub, Sergey Jenovaç, Mark Zaxarov, Kama Qinkas, Viktor Rıjakov və digər tanınmış teatr xadimlərinin mühazirələrini dinləyib.
Xarici keçidlər
- https://medeniyyet.az/page/news/60845/Lenkeran-Dovlet-Dram-Teatrina-yeni-bas-rejissor-teyin-edilib.html?lang=az
- https://www.azerbaijan-news.az/az/posts/detail/movsumu-ugurlu-tamasalarla-basa-vurmusuq-1659475989
- https://cenublu.az/aktual/g-nc-aktyorlar-inki-af-etm-kd-davam-edir/
- https://pia.az/amp/?id=91150
İstinadlar
- Anar Sadıqov Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
- President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.