Anar Səfərov
Anar Həsən oğlu Səfərov (1953, Sədərək, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I, II, III və IV çağırış deputatı, Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı.
Anar Səfərov | |
---|---|
16 dekabr 1995 – 2015 | |
Seçki dairəsi | 1995 - 2 saylı Sədərək 2000 - 2 saylı Qarağac 2005 - 2 saylı Heydərabad 2010 - 2 saylı Heydərabad |
Əvvəlki | Vəzifə təsis edildi. (2 saylı Sədərək) Vəzifə təsis edildi.(2 saylı Qarağac) Vəzifə təsis edildi.(2 saylı Heydərabad) |
Sonrakı | Vəzifə ləğv edildi. (2 saylı Sədərək) Vəzifə ləğv edildi. (2 saylı Qarağac) Vüsalə Əliyeva (2 saylı Heydərabad) |
Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin müavini | |
1996 – 2000 | |
1990 – 1995 | |
Sonrakı | Vəzifə ləğv edildi. |
17 noyabr 1990 – 12 noyabr 1995 | |
Seçki dairəsi | 44 nömrəli ikinci Sədərək |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1953 |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
Anar Həsən oğlu Səfərov 1953-cü ildə Sədərək kəndində doğulmuşdur. 1975-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumunu, 1985-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. O, ali təhsilini tamamladıqdan sonra Sədərək orta məktəbində müəllim olaraq çalışmışdır.[1]
Siyasi fəaliyyəti
Anar Səfərov 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinə keçirilmiş seçkilərdə 44 nömrəli ikinci Sədərək seçki dairəsi üzrə deputat seçilmişdir. O, elə həmin il Naxçıvan Ali Məclisi sədrinin müavini seçilmişdir.[1]
Anar Səfərov Naxçıvan Ali Məclisinə 12 noyabr 1995-ci il tarixində keçirilmiş seçkilərdə 2 saylı Sədərək, 5 noyabr 2000-ci il tarixində keçirilmiş seçkilərdə 2 saylı Qarağac dairəsindən, 2005-ci il və 2010-cu il tarixlərində keçirilmiş seçkilərdə isə 2 saylı Heydərabad dairəsindən deputat seçilmişdir.[1]
Anar Səfərov 1996-cı il tarixindən 2000-ci il tarixinədək Naxçıvan Muxtar Respublikası dövlət əmlak nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.[1]
Anar Səfərov Yeni Azərbaycan Partiyasının üzvüdür.[1]