Anamın kitabı (film, 1994)
Anamın kitabı televiziya tamaşası rejissor Rövşən Almuradlı tərəfindən 1994-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası əsas etibarilə digər mədəniyyətlərin tariximizə dilimizə mədəniyyətimizə etdikləri təsirləri özündə əks etdirir. Əsas rolları Lətifə Əliyeva, Hüsniyyə Mürvətova, Cəfər Namiq Kamaloğlu, Kazım Abdullayev və Fikrət Vəliyev ifa edirlər.
Anamın kitabı | |
---|---|
Janr | dram |
Rejissor | Rövşən Almuradlı |
Prodüser | Ramiz Həsənoğlu |
Əsərin müəllifi | Cəlil Məmmədquluzadə |
Baş rollarda |
Lətifə Əliyeva Hüsniyyə Mürvətova Cəfər Namiq Kamaloğlu Kazım Abdullayev Fikrət Vəliyev |
Operator | Yusifəli Dadaşov |
Bəstəkar | Aydın Əzim Kərimoğlu |
Rəssam | Oqtay Quliyev |
İstehsalçılar |
Azərbaycan televiziyası ("Sabah" eksperimental yaradıcılıq emalatxanası) |
İlk baxış tarixi | 1994 |
Filmin növü | televiziya tamaşası |
Müddət | 57 dəq. |
Ölkələr |
![]() |
Dil | azərbaycanca |
İl | 1994 |
Rəng | rəngli |
Məzmun
Ananın üç oğlu və bir qızı var. Oğlanların hər biri başqa — başqa ölkələrdə təhsil görüblər. Biri Rusiyada, o biri Türkiyədə üçüncüsü İranda islam məktəbi keçib. Qardaşlar təhsil aldığı ölkələrin mədəniyətlərinə inteqrasiya etdikləri üçün heç vaxt ortaq məxrəcə gələ bilmirlər, hətta bacılarını ərə vermək fikri olduğunda belə.
Televiziya tamaşası əsas etibarilə digər mədəniyyətlərin tariximizə dilimizə mədəniyyətimizə etdikləri təsirləri özündə əks etdirir.
Film haqqında
Film Cəlil Məmmədquluzadənin "Anamın kitabı" dramının motivləri əsasında çəkilib.
Filmin üzərində işləyənlər
Əsərin müəllifi: Cəlil Məmmədquluzadə
Rejissor: Rövşən Almuradlı
Operator: Yusifəli Dadaşov
Prodüser: Ramiz Həsənoğlu
Rəssam: Oqtay Quliyev
Bəstəkar: Aydın Əzim Kərimoğlu
Rollarda
Lətifə Əliyeva — Zəhra bəyim
Hüsniyyə Mürvətova — Gülbahar
Cəfər Namiq Kamaloğlu — Rüstəm
Kazım Abdullayev — Məmmədəli
Fikrət Vəliyev — Səməd
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
1994-cü ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı