Analitik
Analitik (alm. Analityk; fr. Analytique; ing. Analytic; yun. analytike)- Aristoteldə formal məntiqlə eyni mənada işlədilir: birinci analitiklər, ikinci analitiklər və s. XX əsr fəlsəfəsində cərəyandır, mahiyyət etibarilə fəlsəfənin ənənəvi qrupları, istiqamətləri, həmçinin problemlərin məzmununun aydınlaşdırılmasını dilin təhlilində görən ayrı-ayrı filosofları birləşdirir. Müasir dönəmdə analitik informasiya termini daha çox işlədilir. Analitik informasiya daha ətraflı, izahlı xəbər deməkdir.
Mənbə
- Adilə Nəzərova, "Fəlsəfə terminlərinin izahlı lüğəti"
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.