Analar və laylalar (film, 1991)
Analar və laylalar qısametrajlı cizgi televiziya filmi rejissor Vaqif Behbudov tərəfindən 1991-ci ildə çəkilmişdir. Film "Azərbaycantelefilm"də istehsal edilmişdir. Kukla filmidir. Körpələr təbiətin hədiyyəsidir. Ananın beşik başında oturub oxuması xeyir haqqında ilk söhbətidir. Uşaqların hamısı analar üçün eynidir.
Analar və laylalar | |
---|---|
Janr |
qısametrajlı cizgi |
Rejissor | Vaqif Behbudov |
Ssenari müəllifi | Teymur Elçin |
Baş rollarda |
Nərgiz Cəlilova Fikrət Hüseynov |
Operator | Vaqif Behbudov |
Bəstəkar | Ramiz Mirişli |
Rəssam | Vaqif Məmmədov |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 1992 |
Filmin növü | qısametrajlı cizgi televiziya filmi |
Müddət | 16 dəq. |
Ölkələr | Azərbaycan |
İl | 1991 |
Texniki məlumatlar |
1 hissə 270 metr |
Rəng | rəngli |
Məzmun
Kukla filmidir. Körpələr təbiətin hədiyyəsidir. Ananın beşik başında oturub oxuması xeyir haqqında ilk söhbətidir. Uşaqların hamısı analar üçün eynidir.[1]
Cizgi filmi bəşəriyyətin yaranışından üzü bəri dünyada var olan, əbədi yaşayan ana məhəbbətinə, övlada olan sevgiyə ucaldılmış abidədir. Turac, qurbağa, delfin, kirpi, canavar və ən nəhayət, insan hərəsi öz dilində balasının şirin yuxuya getməsi üçün laylasını deyir. Bu laylaların hər birində övlada, balaya ananın əbədi məhəbbəti bulaq kimi çağlayır.[2]
Filmin üzərində işləyənlər
Ssenari müəllifi: Teymur Elçin
Rejissor: Vaqif Behbudov
Operator: Vaqif Behbudov
Rəssam: Vaqif Məmmədov
Bəstəkar: Ramiz Mirişli
Mahnıları ifa edir: Flora Kərimova
Rollarda
Nərgiz Cəlilova — ana
Fikrət Hüseynov — Aydın
İstinadlar
- Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 212
- Esmira Fuad. "Göydən endim ağappaq…" (az.). Xalq cəbhəsi. 26 avqust 2016. 2016-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-17.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
1991-ci ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı