Anadır rayonu
Anadır rayonu (çuk. Кагыргын район) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Anadır şəhəridir (rayonun tərkibinə daxil deyil).
Anadır rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
65°16′48″ şm. e. 172°38′56″ ş. u. |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Anadır | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1927 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 119 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
- Çukotka muxtar dairəsinin cənubunda yerləşir.
- Rayonun sahəsi — 287 900 km².
- Rayonun cənub-şərq hissəsindən Rubikon çayı keçir.
Tarixi
Anadır rayonunda aşkar edilmiş bir neçə qədim yaşayış yerində aparılan qazıntılar bu yerlərdə ilk insanların erkən neolit dövrünə təsadüf etdiyini göstərir.
1649-cu ildə səyyah Semyon Dejnev indiki Markovo kəndinin yaxınlığında qurulmuş qışlama yerində Anadır istinadgahının tikintisinə başladı. Kamçatka və ora gedən dəniz yolu kəşf edilməmişdən əvvəl Anadır istinadgahı xüsusi rol oynayırdı. Ancaq 1766-cı ildə İmperatriça II Yekaterinanın fərmanı ilə Anadır istinadgahı ləğv edilir. Bu proses 1771-ci ildə baş verir. 100 ildən sonra mərkəzi Morkovo olan Anadır dairəsi təşkil edilir. Dairənin ərazisinə təxminən müasir Anadır, Çukotka, Provideniya, İultinski və qismən Bilibino rayonlarının ərazisini daxil idi. Rayonun ilk başçısı Leonid Qrineveski idi. 1909-cu ildə Kamçatka vilayəti təşkil olundu və Anadır qəzası onun tərkibinə daxil edildi. 1930-cu ildə Çukotka Milli Dairəsinin yaranması ilə əlaqədar olaraq Markovski rayonu Anadir rayonundan ayrıldı. Sonradan Markovski rayonu yenidən Anadır ilə birləşdirildi və cənub hissəsində yeni, Berinq rayonu təşkil edildi.
Qəzanın mərkəzi əvvəlcə Novo-Mariinsk (Anadır) idi. 1930-cu illərin ortalarında mərkəz Ust-Belaya kəndinə köçürüldü, sonra yenidən Anadıra qaytarıldı. Müharibədən sonra rayonun mərkəzi Kombinat kəndi idi (1960-cı illərdə Şaxtyorski adlandırılmışdır). 1974-cü ildə rayon mərkəzi yenidən Anadıra köçürüldü. 1992-ci ildə rayonun mərkəzi şəhər tipli Uqolnıe Kopi Qqəsəbəsi idi.
30 may 2008-ci ildə Çukotka Muxtar Dairəsinin 41-OZ saylı qanunu ilə Anadır və Berinq rayonları mərkəzi Uqolnıe Kopi qəsəbəsi olmaqla Sentralnaya rayonunda birləşdirildi.
18 noyabr 2008-ci il tarixində Çukotka Muxtar Dairəsi 145-OZ qanununa əsasən Sentralnaya rayonunun adı Anadır rayonu olaraq dəyişdirildi. Uqolnıe Kopi qəsəbəsindən başqa Anadır rayonu ərazisinə başqa bir şəhər tipli qəsəbə (Berinq q) və 11 kənd yaşayış məntəqəsi daxildir.
Çukotka Muxtar Dairəsinin 26 may 2011-ci il tarixli 44-OZ nömrəli qanunu ilə Berinq rayonu inzibati ərazi vahidi olaraq ləğv edildi və ərazisi Anadır rayonu inzibati-ərazi vahidliyə birləşdirildi[3].
Çukotka Muxtar Dairəsinin 24 Noyabr 2008-ci il tarixli 148-OZ "Çukotka Muxtar Dairəsinin Anadır rayonundakı vahidlərin vəziyyəti, sərhədləri və inzibati mərkəzləri haqqında" Qanununa uyğun olaraq, Anadır şəhəri Anadır rayonunun inzibati mərkəzi olaraq dəyişdirildi.
Nəqliyyat
Yanacaq, ərzaq, avadanlıq və bölgə kəndlərinin həyatı üçün lazım olan hər şey, Anadır limanı üzərindən yay naviqasiyası zamanı dənizdən ölkənin digər bölgələrindən gətirilir.
Rayonun hava qapısı Ugolnı beynəlxalq hava limanıdır. Hava limnaı isə Çukotkanın bütün yaşayış məntəqələri ilə müntəzəm əlaqə qurulur.
Seysmik aktivlik
Seysmoloji monitorinqə görə Anadır rayonu ərazisində 6 bal, cənub hissəsində 8 bal gücündə zəlzələlərin olması mümkündür. Lakin bütün instrumental müşahidələr tarixində (1928-ci ildən bəri), 7 baldan yuxarı zəlzələlər qeydə alınmamışdır[4].
Təbiətin qorunması
1974-cü ildən etibarən ümumi sahəsi 415.5 min ha olan Ust-Tanyurerski regional təbiət qoruğu fəaliyyət göstərir[5].
İstinadlar
- http://www.gks.ru/dbscripts/munst/munst77/DBInet.cgi.
- 26. Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2018 года. Rusiya Dövlət Federal Statistika Xidməti.
- Закон Чукотского автономного округа от 26.05.2011 № 44-ОЗ «О преобразовании некоторых административно-территориальных образований в Чукотском автономном округе и внесении изменений в Закон Чукотского автономного округа „Об административно-территориальном устройстве Чукотского автономного округа“»
- "Сейсмологическая обстановка на территории ЧАО". ГУ МЧС РФ по Чукотскому автономному округу. 20 мая 2017. 2018-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
- "Ботанический сад ДВО РАН". 2010-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-10.