Anabadgədik dağı

Anabadgədik dağı — KəngərliBabək rayonları sərhədində zirvə (hünd. 2081,1 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun suayrıcısında yerləşir.  Lizbirtçayın (Cəhriçayın sağ qolu) sağ sahilində, Çalxanqala kəndindən 3 km şimal-şərqdədir. Üst Triasın Karni mərtəbəsinə aid Tənənəm lay dəstəsinin dolomitəhəng daşlarından təşkil olunmuş qayalıqdan ibarətdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım sahəsində müşahidə edilən Qaraquş antiklinalının tağ hissəsində yerləşir. Şimal-şərq yamacında şimal-qərb istiqamətli Anabadgədik dərinlik qırılması boyu Üst Triasın dolomitləri Alt Yuranın vulkanogenləri (Nehrəm lay dəstəsi) və Üst Tabaşirin terrigen-karbonat süxurları (Kotam lay dəstəsi) ilə tektonik təmasdadır. Şimal-qərb və cənub-şərq yamaclarında şimal-şərq istiqamətli fay-yerdəyişmələri izlənilir.[1]

Anabadgədik dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2081,1 m
Yerləşməsi
39°27′33″ şm. e. 45°15′35″ ş. u.
Ölkə  Azərbaycan
Vilayət
Anabadgədik dağı xəritədə
Anabadgədik dağı
Anabadgədik dağı

Həmçinin bax:

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.