Anaa

Anaa (fr. Anaa) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Taitidən 350 km şərqdədir.

Anaa adası
fr. Anaa
Ümumi məlumatlar
Sahəsi 38 km²
Hündür nöqtəsi 11 m
Əhalisi 461 nəfər (2007-ci il)
Yerləşməsi
17°23′ c. e. 145°30′ q. u.
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Anaa adası xəritədə
Anaa adası
Anaa adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atollun kosmosdan təsviri.

Coğrafiya

Yuvarlaq fornaya malikdir və 11 adacıqdan ibarətdir. Uzunluğu 29,5 km, eni isə 6,5 km təşkil edir. Atollun sahəsi 38 km²-dir. Daxilində laqun vardır.

Tarixi

Tahanea ilk dəfə 1769-cu ildə ingilis dənizçisi Ceyms Kuk tərəfindən kəşf edilmişdir. XIX əsrin əvvəllərindən Pomare sülaləsinin idarəsi altında olmuşdur. 1850-ci illərdə burada kopra hazırlamaq və mirvari toplamaq inkişaf etməyə başlayır. 1878-ci ildəki siklona qədər Tuamota arxipelaqının mərkəzi Anaada yerləşirdi. XIX əsrdə adanın əhalisi 2 min nəfərə çatırdı. Ancaq mormonlar və katolik misionerlərdə toqquşmalar nəticəsində əhalisinin sayında azalma baş vermişdir.

İnzibati bölgüsü

İnzibati baxımından Anaa, Faaite, Motutunqa və Tahanea atolları birlikdə Anaa kommunasını əmələ gətirir. Oda Tuatomu-Qambe inzibati bölgüsünə daxildir.

Ada / rifQuru sahəsi,
km²
Laqunun sahəsi,
km²
Əhali,
nəf. (2007)
İnzibati mərkəz
Anaa0.00038,000.000090,00.00461Tukuhora
Faaite0.00008,870.000227,00.00366Hitianau
Motutunqa0.00001,380.000126,00.00
Tahanea0.00007,700.000522,50.00
Anaa0.00055,950.000965,50.00827Tukuhora

Əhali

2007-ci il məlumatına görə adada 461 nəfər yaşayır. Yeganə yaşayış məntəqəsi — Tukuhora

İqtisadiyyat

Əhalinin əsas məşquliyyəti balıqçılıq, kopra istehsalı, mirvari toplamaqdır.

Təbiət hadisələri

Adada tez-tez fırtınalar baş verir. Ən güclü fırtınalar 1878 (bundan sonra paytaxt Fakaravaya köçürülür) və 1906-cı illərdə baş vermişdir.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.