Hamının redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hazırda Azərbaycan dilində 199.527 məqalə mövcuddur.

Azərbaycan
Teatr
Coğrafiya
Ədəbiyyat

Fəlsəfə
Astronomiya
Tibb
Biologiya

Memarlıq
Kino
Elm
Digər portallar

Hamının redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

199.527 məqalə arasından axtar

Hazırda Azərbaycan dilində 199.527 məqalə mövcuddur.

Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
BetmenDC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Finqerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Finqerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi.

Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynanın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Köhnə Müqəddəs Pavel kafedralı — 1666-cı ilə kimi müasir London şəhərindəki Müqəddəs Pavel kafedralının yerində mövcud olmuş kafedral kilsə. Ladqeyt-Hilldə inşa edilmiş dördüncü kilsə binası olduğu ehtimal edilir.

İnşasına 1087-ci ilin yanğınından sonra başlanmış kafedralda tikinti işləri iki yüz ildən artıq bir müddətdə davam etmiş, 1135-ci ilin yanğını isə işlərin yubanmasına səbəb olmuşdur. 1240-cı ildə kilsəyə xeyir-dua verilmiş, 1256 və 1300-cü illərin əvvəllərində kilsədə genişləndirmə işləri aparılmışdır. XIV əsrdə tikintisi tamamilə yekunlaşmış Müəddəs Pavel kafedralı dünyanın ən uzun kilsələrindən biri olmaqla, ən hündür qüllələrdən biri ilə tamamlanmış və dünyanın ən gözəl vitrajları ilə bəzədilmişdi.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Vətən Müharibəsi Qəhrəmanlarının siyahısı — Bu siyahı Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən 83 nəfərin adı və hərbi xidməti barədə qısa məlumatı əhatə edir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 83 nəfərə Vətən Müharibəsi Qəhrəmanı adı verildi.Onlardan 49 nəfərinə sağlığında, 34 nəfərinə isə ölümündən sonra.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
[[Şəkil:|300x300px]]
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.