An Vanq

An Vanq (ing. An Wang) – çin əsilli amerikalı mühəndis və sahibkar, Wang Laboratories kompüter şirkətinin banisi

An Vanq
Doğum tarixi 7 fevral 1920(1920-02-07)[1]
Doğum yeri
Vəfat tarixi 24 mart 1990(1990-03-24)[1] (70 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Təhsili
Fəaliyyəti fizik, ixtiraçı, iş adamı, informatik
Üzvlüyü

An Vanq 7 fevral 1920-ci ildə anadan olmuşdur.

1948-ci ildə Harvard Universitetinin fizika üzrə doktor elmi dərəcəsini alan Vanq həmin il element bazası maqnit oxlar olan yaddaş qurğularını yaratmışdır. Mikrosxemlərin yaranmasına qədər informasiyanın saxlanması üçün məhz bu qurğulardan istifadə edilirdi. 1951-ci ildə o, ofis kompüterləri və stolüstü kalkulyatorlar istehsal edən Wang Laboratories firmasının əsasını qoyur. 1986-cı ilə qədər şirkətin prezidenti vəzifəsində çalışan Vanq sonradan rəhbərliyi oğlu Frederikə tapşırır.

İstinadlar

  1. An Wang // Encyclopædia Britannica (ing.).

Ədəbiyyat

  • Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.