An-140 qəzası (2005)
An-140 qəzası — 23 dekabr 2005-ci ildə Azərbaycan Hava Yolları "AZAL"a məxsus Bakı–Akatu reysi ilə hərəkət edən "An-140" təyyarəsinin qəzası.[1]
An-140 qəzası | |
---|---|
Ümumi məlumatlar | |
Tarix |
|
Yer | Azərbaycan |
Koordinatlar | 40°33′22″ şm. e. 50°00′20″ ş. u. |
Sərnişin sayı | 18 |
Komanda | 5 |
Yaralı sayı | 0 |
Ölü sayı | 23 |
Qurtulan sayı | 0 |
Təyyarə | |
Təyyarə modeli | An-140-100 |
Havayolu şirkəti | Azərbaycan Hava Yolları |
Qalxma yeri | Bakı, Azərbaycan |
İstiqamət | Bakı-Aktau |
Həmin gün Azərbaycan Hava Yollarına məxsus An-140-100 tipli sərnişin təyyarəsi Heydər Əliyev adına hava limanından saat 22:19-da havaya qalxdıqdan təxminən 7 dəqiqədən sonra beynəlxalq hava limanından 18 kilometr aralıda, Nardaran qəsəbəsi yaxınlığında yerə düşmüşdür.[2] Sonradan müəyyən olunub ki, təyyarənin sağ mühərrikində nasazlıq baş verib.[1]
Təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olmuşdur. Onların 15 nəfəri Azərbaycan Respublikasının, 8 nəfəri xarici ölkə vətəndaşlarıdır.[2]
Dövlət Komissiyası
Baş vermiş hadisənin səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2005-ci il tarixli, 1196 nömrəli Sərəncamına əsasən aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılmışdır:[2]
- Komissiyanın sədri
- Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri
- Komissiyanın üzvləri
- Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini
- Cahangir Əsgərov - Azərbaycan Hava Yolları ("Azal") Dövlət Konserninin baş direktoru
- Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri
- Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
- Zakir Qaralov - Azərbaycan Respublikasının baş prokuroru
- Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
- Eldar Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
- Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
- Əli Nağıyev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
- Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
İstinadlar
- Azərbaycanda baş vermiş dəhşətli təyyarə QƏZALARI - SİYAHI Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine. modern.az, 23.02.2015 (az.)
- "Azərbaycan Hava Yolları ("Azal") Dövlət Konserninə məxsus AN-140 tipli sərnişin təyyarəsinin Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün dövlət komissiyasının yaradılması haqqında" Arxivləşdirilib 2018-06-04 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2005-ci il tarixli, 1196 nömrəli Sərəncamı. e-qanun.az (az.)