Anşan
Anşan – Çinin şimal-şərqində, Lyaonin əyalətində şəhər.
Anşan | |
---|---|
41°06′24″ şm. e. 122°59′22″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1 dekabr 1937 |
Sahəsi | 9252 km² |
Mərkəzin hündürlüyü | 40 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3,44 mln. nəfər (2005) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +86 412 |
Poçt indeksi | 114000 |
Nəqliyyat kodu | 辽C |
Digər | |
anshan.gov.cn | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
Əhalisi 1,2 mln., aqlomerasiyada – 3,44 mln. (2005). Şərqi Mancuriya dağlarının ətəklərində, Anşan çayı sahilindədir. Nəqliyyat qovşağı. 1911-ci ilədək kiçik kənd olmuş Anşan yaxınlığındakı dəmir filizi yatağının istismarı ilə əlaqədar olaraq böyümüş və şəhər statusu almışdır. Mühüm ağır sənaye mərkəzlərindəndir. Ölkənin ən iri metallurgiya kombinatı Anşandadır. Maşınqayırma, kimya, sement, neft emalı sənayesi müəssisələri var.[1]
Qalereya
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 523. ISBN 978-9952-441-02-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.