Amukta adası
Amukta adası (ing. Amukta Island) — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada. Siquam adasından şərqdə yerləşir.
Amukta adası | |
---|---|
ing. Amukta | |
Ümumi məlumatlar | |
Sahəsi | 75 km² |
Hündür nöqtəsi | 1055 m |
Əhalisi | 0 nəfər (2000-ci il) |
Yerləşməsi | |
52°29′44″ şm. e. 171°15′17″ q. u. | |
Ölkə | ABŞ |
Ştat | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Daxil olduğu adalar qrupunun ən qərbində yerləşən adadır. Adada aktiv olan Amukta vulkanı vardır. Adanın maksimal hündürlüyü 1055 metrdir. Ərazisi əsasən tundra bitkiləri, mamır və şibyə ilə örtülmüşdür. Duman və atmosfer yağıntıları adanın əsas xüsusiyyətlərindən biridir.
Tarixi
Ada 1768-ci ildə "M. Pavel"[1] gəmisində rus dənizçiləri tərəfindən kəşf edilmişdir. 1867-ci ildə Alyaskanın satın alınması zamanı Alyaska ilə birlikdə ABŞ-yə satılmışdır.
İstinadlar
- "АЛЕУТСКИЕ ОСТРОВА". 2012-06-16 tarixində arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.