Yohan Kroyf Arena
Yohan Kroyf Arena (nid. Johan Cruijff Arena) — Hollandiyanın Amsterdam şəhərində yerləşən stadion. Ayaks futbol klubu bu stadiondan istifadə edir. 1997–2007-ci illər arasında Avropa Amerika Futbol Liqası (NFL) komandalarından biri olan "Amsterdam Admiralları" bu stadiondan istifadə edib.
Yohan Kroyf Arena | |
---|---|
Johan Cruijff ArenA | |
| |
Tam adı | Johan Cruijff Arena |
Yeri | Arena Boulevard 29, Amsterdam, Niderland. |
Təməli qoyulub | 1993 |
Tikilib | 1996 |
Açılış tarixi | 14 avqust 1996 |
Tikinti xərcləri | 140 milyon avro |
Sahibi | Amsterdam bələdiyyəsi |
Tamaşaçı tutumu | 53.346[1] |
Ev sahibi komanda | Ayaks AFK |
Meydançanın ölçüləri | 105 x 68 metr |
Ot örtüyü | təbii |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Bu stadionun tikilməsi ilk dəfə 1992-ci ildə Amsterdamın Yay Olimpiya Oyunlarına namizəd olduğu zaman gündəmə çıxmışdı. Amma bu haqqı Barselona şəhəri qazandıqdan sonra bu layihə unudulmuşdur. Daha sonra bu layihə yenə gündəmə gəlmiş və 1993-cü ildə stadionun təməli atılmışdır. Kraliça Beatriks stadionun açılışını 14 avqust 1996-cu ildə etmişdir.[2]
Haqqında
Stadionda futbol və Amerikan futbolu müsabiqələri, konsertlər də keçirilir. İçində həmçinin restoranlar, konfrans otaqları və azarkeşlərin tələblərini ödəyən digər müəssəsələr vardır.[3] Ən əhəmiyyətli xüsusiyyəti damının açılıb-bağlana bilməsidir. Tikilməsinə 96 milyon avro xərclənmişdir. Hazırkı dəyəri isə 140 milyon avro-dur. 2000-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmişdir. Stadionun ot örtüyü fırtına, yağış, qar kimi hadisələrə davamlıdır, amma damın bağlı olması üzündən gün işığı görməyən otlar hər ay dəyişdirilməlidir. 8 dəqiqə ərzində boşaldıla bilən stadionda siqaret çəkmək qadağandır. UEFA-nın 5 ulduzlu stadionudur.[4] Maykl Cekson[5], Tina Torner, Devid Boui, Eminem, Robbi Vilyams, Selin Dion ve Madonna kimi müğənnilər burada konsert vermişdirlər.[6] 1998-ci ildə UEFA Çempionlar Liqasının finalı bu stadionda oynanmışdır. 2005-ci ildə məşhur futbol adamı Rinu Mişelsin ölümündən sonra ölümündən sonra Ayaks azarkeşləri bu stadionun Rinu Mişels stadionu olmasını istəmişdilər.
Avropa çempionatı - 2000
Tarix | Nəticə | Mərhələ | ||
---|---|---|---|---|
11 iyun 2000 | Niderland | 1–0 | Çexiya | D qrupu |
18 iyun 2000 | Sloveniya | 1–2 | İspaniya | C qrupu |
21 iyun 2000 | Fransa | 2–3 | Niderland | D qrupu |
24 iyun 2000 | Türkiyə | 0–2 | Portuqaliya | ¼ final |
29 iyun 2000 | Niderland | 0–0 | İtaliya | Yarımfinal |
Qalereya
- Çelsi-Benfika (2:1) oyunundan görüntü, 2013 Avropa Liqasının finalı.
- Ayaks-Ekselsior oyununda tribuna
- Stadionda konsert
- Yandan görünüş
İstinadlar
- "Arxivlənmiş surət". 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.
- "Arxivlənmiş surət". 2017-11-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.
- "Arxivlənmiş surət". 2008-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.
- "Arxivlənmiş surət". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.
- "Arxivlənmiş surət". 2010-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.
- "Arxivlənmiş surət". 2017-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.
Xarici keçidlər
- Rəsmi sayt
- Ayaks muzeyi Arxivləşdirilib 2008-06-17 at the Wayback Machine
- Amsterdam ArenA Stadion bələdçisi