Amsterdamın müdafiə xətti
Amsterdamın müdafiə xətti (nid. Stelling van Amsterdam) — Amsterdam ətrafında 135 km uzunluğunda istehkam halqası. Toçkolyo tərəfindən layihələndirilən istehkam müharibə dövründə asanlıqla suyun altında qala biləcək, eləcə də mərkəzi və düzənlik hissələrdən 10–15 km aralıda yerləşən 42 qaladan ibarətdir.[1] Su basqını üçün təxminən 30 sm dərinlik nəzərdə tutulmuşdu, hansı ki bu ölçü qayıqların keçməsinə imkan vermirdi. Xəttin 1 km-dəki binalar, zəruri olduqda yandırılması və maneələrin aradan qaldırılması məqsədilə taxtadan hazırlanmışdı.
Amsterdamın müdafiə xətti | |
---|---|
52°22′28″ şm. e. 4°53′35″ ş. u. | |
Ölkə | Niderland |
Şəhər | Amsterdam |
Yerləşir | Şimali Hollandiya, Utrext |
Sahəsi |
|
Rəsmi sayt | stelling-amsterdam.nl/in… |
Rəsmi adı: Defence Line of Amsterdam | |
Tipi | Mədəni |
Kriteriya | ii, iv, v |
Təyin edilib | 1996 (20-ci sessiya) |
İstinad nöm. | 759 |
Dövlət | Niderland |
Region | Avropa |
Vikianbarda əlaqəli mediafayllar |
Amsterdamın müdafiə xətti 1880-1920-ci illərdə inşa edilmişdir. Xəttin tikintisinin bitməsi ilə eyni vaxtda təyyarə və tankın icad olunması qalaları istifadəsiz vəziyyətə gətirdi. Hazırda qalaların bir çoxu həm bələdiyyə şuralarının, həm də təbiət departamentlərinin nəzarəti altındadır. Ərazi ictimaiyyətə açıqdır. Sentyabr ayının ikinci şənbə günü keçirilən Memarlıq abidələri günündə isə giriş ödənişsizdir.
Funksiyası
İstehkam su müdafiə xətti (nid. waterlinie) kimi istifadə edilmişdir. Düşmən hücum etdikdə, Amsterdam ətrafındakı böyük ərazilər su ilə dolur və düşmənin irəliləməsinə mane olurdu. Niderlandın sonuncu qalası kimi Amsterdam milli istehkam hesab edilirdi. Su xətti ilə yollar, dəmir yolları və su bəndlərinin keçdiyi yerlərdə qalalar inşa edilmişdi. Belə yerlərdə düşmənin qarşısını almaq üçün su olmazdı və buna görə də qalalar düşməni atəşə tutmaq üçün nəzərdə tutulmuşdu.
Tikintisi
Amsterdamın müdafiə xəttinin tikintisi haqqında qanun 1874-cü ildə — Almaniyanın birləşməsindən bir neçə il sonra qəbul edilmişdi. Həmin tarixi hadisə Niderlandın şərq sərhədlərində yeni böyük gücün formalaşması ilə nəticələnmişdi. Tikintisindən əvvəl layihələndirmə zamanı istehkamın dizaynı, müasir texniki nailiyyətlərin əldə edildiyi zamana təsadüf etdiyindən artıq dövrlə ayaqlaşmırdı. Partlayıcı mərmilərin və raketlərin ixtira edilməsi artilleriya silahlarına hədəfi partlatmağa və asanlıqla kərpic istehkamları məhv etməyə imkan verdiyindən qalalar daşdan deyil, betondan tikilməyə başlandı. Hollandlar betondan istifadə etmək üzrə zəruri təcrübəyə malik deyildilər və odur ki, çoxsaylı sınaqlar və testlər keçirmək məcburiyyətində idilər. Beton konstruksiyalar o dövrdə mövcud olan ən ağır artilleriya ilə atəşə tutulurdu. İstehkamın inşası bir qədər də uzanmışdı: belə ki, qumdan bünövrələr çökməli və səthi düzləşdirilməli idi ki, onun üzərində qala tikmək mümkün olsun. Yalnız 1897-ci ildə istehkamın tikintisi nəhayət başlandı.
İstifadəsi
Amsterdamın müdafiə xətti heç vaxt döyüşlər zamanı istifadə edilməmişdi və Birinci Dünya müharibəsindən sonra hava gəmilərindən istifadə edilməsi müdafiə xəttindən yararlanmağa mane olurdu. Bununla belə, 1963-cü ildə istismardan çıxarılanadək istehkam davamlı olaraq bərpa edilmiş və xidmətə yararlı vəziyyətdə saxlanılmışdır.
Harlemmermerdən keçən su bəndi hazırda A4 magistral yolu ilə kəsişir. Həmin su bəndi polderin cənub hissəsində daşqınların baş verməsinin qarşısını alarkən, şimal hissədə Amsterdam üçün ərzaq məhsulları istehsal olunmaqdadır. Magistral yol həmçinin Rulofarendsvendə Rinqvart kanalının altından keçir. Həmin kanal isə Harlemmermer polderinin daşmasını və nəticə etibarilə gələcəkdə müdafiə xəttindən istifadə edilməsini mümkünsüz edir.
1996-cı ildə Amsterdamın müdafiə xətti bütövlükdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
İstinadlar
- "21 World Heritage Sites you have probably never heard of". Daily Telegraph. 2015-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.