Amrak xaqan

Amrak xaqan - Taspar xaqanın oğlu idi. Qurultay tərəfindən xaqan seçilmişdi. Lakin elə həmin il İşbara xaqanın lehinə taxta iddia etməkdən əl çəkdi.

Aşina Anluo Amrak xaqan
阿史那庵逻
Vəzifədədir
581-ciildən
ƏvvəlkiTaspar xaqan
Sonrakıİşbara xaqan
Şəxsi məlumatlar
Vəfat tarixi 581
Vəfat yeri
Atası Taspar xaqan
Dini Tenqriçilik

Həyatı

Amrak xaqan VI əsrdə hökm sürmüş Göytürk yabqusu və xaqanıdır.[1][2][3][4][5] Hakimiyyət dövrü çox qısadır. Siyasi təzyiqlər onu xaqanlıqdan öz xoşu ilə əl çəkməyə məcbur etmişdir. Amrak şəxsi adıdır, xaqanlıq adı bilinməməkdədir. Çin qaynaqlarında adı Anluo Xaqan deyə keçməkdədir.

Amrakın atası Taspar xaqan imperiyanın dördüncü xaqanı idi. Amrak 581-ci ildə atasının ölümü ndən sonra taxta keçdi. Onun taxta keçməsindən qısa müddət sonra Muğan xaqanın oğlu Apa xaqan ona qarşı üsyan qaldırdı. Apa xaqan Tasparın ölməmişdən əvvəl xaqanlıq taxtını ona vəziyət etdiyini iddia edirdi. İssık xaqanın oğlu Şetu isə Amrakın hakimiyyətinə dəstək verdi. Bundan sonra hakimiyyət üzərindəki təsirini davam etdirməyi düşünən Amrak Şetunun lehinə xaqanlıqdan əl çəkdi. Buna qarşılıq Şetu (xaqanlıq adı İşbara) onu indiki Monqolustanda olan Tuul çayı vadisinə yabqu olaraq təyin etdi.[6]

İstinadlar

  1. "The Book of Omens" Arxivləşdirilib 2021-10-19 at the Wayback Machine Line 66 at Türik Bitig Arxivləşdirilib 2021-04-29 at the Wayback Machine
  2. Gumilyov, L.N. Ancient Turks "Chappter 33" Arxivləşdirilib 2012-03-06 at the Wayback Machine (in Russian)
  3. Tekin, Talat. (1993) "Irk Bitig (The Book of Omens)" Turcologia 18. Wiesbaden: Harrasowitz Verlag. p. 47
  4. Erdal, Marcel. (2004) A Grammar of Old Turkic Leiden: Brill. p. 108
  5. Bauer, Susan Wise. The History of the Medieval World: From the Conversion of Constantine to the First Crusade. W. W. Norton & Company. 2010. 238. ISBN 978-0-393-05975-5.
  6. Gümilev: Eski Türkler,(Trans:Ahsen Batur), Selenge yayınları, İstanbul,2002, ISBN 975-7856-39-8 , p.141
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.