Amrahbank
Amrahbank - Azərbaycanda 1993-cü ildə təsis edilmişdir. 2020-ci ildə müflis olaraq ləğv edilib.
Amrahbank | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Açıq Səhmdar Cəmiyyət |
Sənaye | Bank |
Təsis tarixi | 1993 |
Bağlanma tarixi | 2020 |
Baş qərargahın yeri | Bakı |
amrahbank.com |
Ümümi məlumat
Amrahbank aktivlərin (ROA) və kapitalın gəlirliliyi (ROE) göstəriciləri üzrə ölkənin ən gəlirli banklarından biri olmuşdur.
Amrahbank fəal tərzdə müfəssəl inkişaf strategiyasının həyata keçirilməsi işini aparır və bu işin tərkib hissələrindən biri Azərbaycanın bir çox bölgələrində filial şəbəkəsinin yaradılması və genişləndirilməsindən ibarətdir. Hazırda filialların sayına görə Amrahbank Azərbaycan bankları arasında on birinci yeri tutur. Bankın 26 filial və bölməsi var və bunlardan 19-u paytaxt Bakı şəhərində yerləşmişdir. Bankın 18000 müştərisinə 300 peşəkar və bacarıqlı əməkdaşı xidmət göstərir.
2008-ci ildə Bankın səhmlərinin strateji investor olan Bəhreyndə yerləşən "Beynəlxalq İnvestisiya Bankı"na ("BİB") 49% pay ilə satılması, Bankın tarixində mühüm bir mərhələ kimi qeyd olunur. Yaxın gələcək üçün Bankın strateji planları sırasına İslam və Şəriət prinsiplərinə uyğun gələn bankçılıq məhsullarını təqdim etməklə, bu sahədə Azərbaycan və ətraf ölkələrdəki geniş imkanlardan fayda görmək, Abu Dabi və Londonda nümayəndəliklər açmaq, beynəlxalq reytinq agentliklərindən reytinq almaq daxildir.
Amrahbank bir sıra ixtisaslaşmış təşkilatların da üzvüdür ki, bunların sırasına aşağıda qeyd olunanlar da daxildir: - Azərbaycan Banklar Assosiasiyası - Bakı Banklararası Valyuta Birjası - VISA İnternational - MasterCard - Azericard - SWIFT - WesternUnion - Sahibkarlığa Kömək Milli Fondu - Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu və s.
"Moody International " beynəlxalq şirkəti tərəfindən İSO-9001:2000 standartları üzrə aparılmış sertifikatlaşdırma aparılıb. Amrahbank ölkə daxilində kartların prosessinqi ilə məşğul olan Millikart Səhmdar Cəmiyyətinin təsisçilərindən biridir.
Ləğv olunması
2020-ci ilin əvvəlində Mərkəzi Bank tərəfindən Amrahbankda aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, bu bank ciddi maliyyə itkilərinə yol vermiş, öz kapitalını tam itirmiş və müflis vəziyyətinə düşmüşdür. "Amrah Bank"ın kapitalının mənfi 77 milyon manat olduğu üzə çıxıb.[1]
Bankın səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılmış və onlara bankları əlavə kapitallaşdırmaq təklif olunmuşdur, lakin onlar bu imkandan istifadə etməmişlər. Amrahbank və digər müflis olan bank Atabankın bank sektorun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində isə 3% təşkil edir. Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Amrahbank”a müvəqqəti inzibatçılar təyin olunub. Bankın idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn, bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.[2] Mərkəzi Bankın İdarə Heyətinin aprelin 28-i tarixli qərarına əsasən Amrahbankın lisenziyası həmin tarixdən etibarən ləğv edilib. Nəticədə bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.[3]
Təşkilati struktur
Səhmdarlar
Fiziki şəxslər – 54.16 %
Beynəlxalq İnvestisiya Bankı – 45.84 %
Xarici Keçidlər
İstinadlar
- "Elman Rüstəmov: "Məlum 4 bankın hamısının kapitalı mənfidir"". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-06.
- "Azərbaycanda bu bankların bütün səlahiyyətləri alındı". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-27.
- Mərkəzi Bank “Atabank” və “Amrah Bank”ın lisenziyalarını ləğv etdi