Amfora

Amfora (yun. Αμφορέας; azərb. iki tərəfdən daşınan) - Qədim Yunanıstanda istifadə olunmuş əsasən gildən, bəzən də metaldan hazırlanan dar boğazlı iki qulplu antik qab. Arxeoloji qazıntılar e.ə. 2-ci minilliyin 2-ci yarısından etibarən Amforanınnın məişətdə istifadə edildiyini göstərir. Amforalar maye və yağların daşınması və saxlanması üçün, həmçinin ziyafətlərdə istifadə olunurdu.

Qalereya

Mənbə

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A  Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 440. ISBN 978-9952-441-02-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.