Amerikanskaya Koşka

Amerikanskaya Koşka (rus. Американская Кошка) — Çukot Muxtar Dairəsinin cənubunda yerləşən burun. Sahillərini Anadır körfəzinin suları yuyur. Anadır çayının sağ sahili boyunca uzanan dilin sonucunu təşkil edir. Burunun sahilə sularında dərinlik 0,6 – 2 m arasında dəyişir. Əsasən çınqıl və qumdan təşkil olunmuşdur. Burun Markov kəndinin sakinləri tərəfindən adlandırılmışdır. Belə ki, 1865-ci ildə buradan transberinq telefon xəttini çəkərkən amerikalı işçilər işləmişdir. Kazaklar isə dil və ya dayazlığı "Koşka" olaraq adlandırırdılar[1]. Burunda RF Müdafiə Nazirliyi tərəfindən naviqasiya işarəsi qoyulmuşdur. Burunun sahilində güçlü qabarma və çəkilmə hadisəsi müşahidə olunur. Çəkilmənin sürəti 7–10 km/s, qabarmanın sürəti isə 0,7–1 km/s olur. Qabarma və çəkilmə elə tez baş verir ki, su burulğanları əmələ gətirir. Bu isə kiçik gəmilər üşün təhlükə törədir.

Amerikanskaya Koşka
Yerləşməsi
64°53′05″ şm. e. 176°14′31″ ş. u.
Akvatoriya Berinq dənizi
Ölkə  Rusiya
Amerikanskaya Koşka xəritədə
Amerikanskaya Koşka
Amerikanskaya Koşka

İstinadlar

  1. Леонтьев В. В., Новикова К. А. Топонимический словарь Северо-Востока СССР / науч. ред. Г. А. Меновщиков; ДВО АН СССР. Сев.-Вост. комплекс. НИИ. Лаб. археологии, истории и этнографии. — Магадан: Магад. кн. изд-во, 1989. — С. 65. — 456 с. — 15 000 экз. — ISBN 5-7581-0044-7.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.