Amerikalılar (teleserial, 2013)

Amerikalılar (ing. The Americans) — Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşı Co Uayzberq ideya müəllifi və rejisoru olduğu ABŞ teleserialı.[3] Serial dram janrındadır. Serialın premiyerası 30 yanvar, 2013-cü ildə ABŞ-nin FX kanalında olmuşdu və 3-cü mövsümü 22 aprel, 2015-ci ildə tamamlanmışdı.

Amerikalılar
ing. The Americans
Loqonun şəkli
Janr Dram filmi
İlk baxış tarixləri 5 fevral 2014[1]
Rejissor Co Uayzberq
Coel Filds
Qrem Yost
Qavin O'Konnor
Tomas Şlamme
Castin Falvey
Derril Frank
Yaradıcısı Co Uayzberq
Rollarda
  • Keri Rassell
  • Metyu Ris
  • Maksimiliano Hernandez
  • Holli Teylor
  • Keydriç Sellati
  • Noa Emmeriç
  • Annet Mahendru
  • Suzan Misner
  • Alison Rayt
  • Lev Qorn
  • Kosta Ronin
  • Riçard Tomas
İstehsalçı ölkə ABŞ ABŞ
İl 2013
Dil İngilis dili, Rus dili
İlk çıxış tarixi 30 yanvar, 2013
Növü Teleserial
Rəng Rəngli
Mövsüm sayı 6
Seriya sayı 75
Seriya vaxtı 42-50 dəqiqə
69 dəqiqə (Pilot)[2]
Davametmə müddəti 30 yanvar, 2013 - indiyədək
Telekanal FX
IMDb ID2149175
fxnetworks.com/theameric…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Serialın mövzusu 1980-ci illərin əvvəllərində - Soyuq Müharibə dövründə Vaşinqtonda evli amerikalı ailə maskası altında gizlənən iki SSRİ Dövlət Təhlükəsizlik Komitəsi agenti - ElizabetFlip Cenninqs, onların sirlərindən xəbərsiz PeycHenri və qonşuları olan FTB əks-kəşfiyyat agenti Stan Biman haqqındadır.[4]

31 mart, 2013-cü ildə FX kanalı serialın 13 seriyadan ibarət 4-cü mövsümünün çəkildiyini elan etdi. Bu mövsümün premiyerası 16 mart 2016-cı ildə olacaq.[5][6]

İstehsal

Konsepsiya

Amerikalılar keçmiş Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşı Co Uayzberq tərəfindən yaradılıb.[3] Baxmayaraq ki, serial casusluq xarakterlidir, Uayzberq evlilik mövzusunu əsas hədəfdə saxlayıb.[7] Hekayə əsasən Cenninqslərin şəxsi və peşəkar həyatına yönəlsə də, bəzən hekayəyə real həyat hadisələri də daxil edilir. Yaradıcısı daha çox evlilik haqqında serial kimi xarakterizə edir.[8] "Amerikalılar evliliyin tam özəyində durur. Beynəlxalq əlaqələr insan münasibətləri üçün sadəcə alleqoriyadır. Evlilikdə və uşaqlarla mübarizə aparmaq bəzən ölüm dirim məsələsidir. Flip və Elizabet üçün bu tez-tez yaşanır." [9] Baş rejissor Coel Filds serialı müxtəlif səviyyəli gerçəkliklərlə işləmək kimi təsvir edir : Elizabet və Flipin uydurma evliliyi və Soyuq Müharibə dövründə real həyatın personajları əhatə etməsi.[9]

"Mərkəzi Kəşfiyyat İdarəsində işlədiyim müddətdə müşahidə etdiyim ən maraqlı hadisə ölkədən xaricdə həyat yoldaşı və uşaqları ilə birlikdə xidmət edən agentlərin ailə həyatı idi. Həqiqət budur ki, onlar onlar da öz həyatları üçün gedən sadə insanlardır. İş sadəcə bir ünsürdür və onların üzləşdiyi çətinlikləri təcəssüm edərək, televiziyaya real şəkildə verə bilsək, bu yenilik olar."

Co Uayzberq, Amerikalılar-ın yaradıcısı və serialdan məsul şəxs[8]

MKİ-də işləməsini səhv kimi qəbul etsə də, Uayzberqin bu təcrübəsi serialda hekayələrin təkmilləşdirməsinə,[10] real həyat hadisələrinə əsaslanmasına [10] və təlim müddətində öyrəndiklərinin əlaqələndirməsinə kömək edib.[11] Ailəsi ilə birlikdə ölkədən xaricdə xidmət edən agentlərdən eşitdiyi hekayələr Uayzberqi heyran etmişdi.[11] O bir şəxsin deyil, ailənin cəsus olduğu konsepsiyanı televiziyaya gətirməklə maraqlanırdı.[11] MKİ-nin ona təsadüfən cəsuslar haqqında serial yaratmağa necə ideya verdiyini o belə izah edir : "Mən poliqraf testinə girdikdə onlar mənə belə bir sual verdilər ki, Siz daha sonra kəşfiyyat kollektivi haqqında məlumat toplayaraq yazıçı olmaq məqsədilə MKİ-də işə başlamaq istəyirsiniz?. Bu mənim heç ağılma gəlməmişdi. Mən MKİ-yə sadəcə cəsus olmaq istəydiyim üçün işə düzəlirdim. Onlar sualı təkrarladıqda mən düşündüm ki, testi keçə bilməyəcəm."[12]

Uayzberq pilot mətnini yazarkən Qanunsuzlar Proqramından ilham almışdı. Onun tədqiqat materialları Vasili Mitroxinin Soyuq Müharibə dövrüna aid qeydləri və MKİ-dəki köhnə iş yoldaşları ilə olan söhbətləri olmuşdu.[7] Baxmayarq ki, Qanunsuzlar Proqramı müasir dövrə aiddir və ən pik nöqtəsinə 2010-cu ildə çatmışdı, o bunun 1980-ci illərin əvvələri kimi göstərmişdi. Uayzberq bunun "müasir dünyaya tətbiqi gözəl ideya kimi görünmədiyini" deyir və əlavə edir ""Həmin dövrdə (2010-cu ildə) insanlar bundan şok olmuşdular və Rusiya ilə artıq düşmən kimi görünmədiklərini əsas gətirərək bu skandaldan imtina edirdilər. Bunun də əlacı serialı Soyuq Müharibə dövrünə geri qaytarmaq idi. İlk əvvəl mən 70-ci illərə müraciət etmək istədim, çünki o dövrün saç dəbi və musiqisini sevirdim. Amma Ronald Reyqanın şeytan imperiyası haqqında qışqırdığı 80-ci illərdən daha yaxşı bir seçim olduğunu düşünə bilərdiniz?"[7]

İnkişaf

An Ordinary Spy əsərini oxuduqdan sonra Qrem Yost Uayzberqin cəsus janrında seriallar üçün də senari yazdığını öyrənir. Bu senariləri oxuduqdan sonra onun həddən artıq gözəl olduğunu kəşf edir. Bu isə ona serialı inkişaf etdirməkdə motivasiya olur.[13] Pilot seriyanın çəkilişinə 2012-ci ilin may ayında başlanılmış, iyun ayının ortasında tamamlanmışdı. I mövsümün çəkilişlərinə 2012-ci ilin noyabr ayında Nyu York şəhərində başlanılmışdı. Filmin yaradıcı heyəti əsasən Vaşinqtona bənzər yerləri seçmişdilər. Çəkilişlərin ilk dövründə Sendi qasırğası səbəbi ilə meydana gələn daşqınlar gecikməyə səbəb olmuşdu.[14] II mövsümün çəkilişlərinə 2013-cü ilin oktyabr ayında[10], III mövsümün çəkilişləri 2014-cü ilin oktyabr ayında[15] başlanılmışdı.

Aktyorların seçimi

Uayzberqin öz dediyinə görə, kastinqlər başlamadan əvvəl serialın ulduzunun kim olacağı haqqında heç birfikri yox idi.[16] FX-in rəhbəri Con Landqraf Keri Rasselin serialda rol təklif etmək haqqında düşünürdü.[16] DreamWorks şirkətinin kastinq müdiri Lesli Feldman Metyu Risin oyununu görmüş və onu Uayzberqə tövsiyə etmişdi.[16] Rassel və Ris bir necə il əvvəl qonaqlıqda tanış olsalar da bir-birlərini yaxşı tanımırdılar.[17] Onları seriala cəlb edən rollarının bir-birilə olan əlaqəsi idi. Ris deyir :"Bir çox çətin riskə girərək həyatlarını inanılmaz qədər qəribə yaşayan iki insan var, evlilikləri təmamilə yalandır və ilk seriyanın sonunda onlar sanki bir-birlərini yenidən tanıyırlar."[17]

Rassel pilot mətnini "maraqlı" olaraq xarakterizə edərək deyir: "Bu prosessual üsuldan çox uzaqdır. Və mən bunu istədiyimi bilmirdim. Mən heçnə etmək istəmirdim.(Gülür) Amma bunun haqqında düşünmədən dayana bilmirdim. Onu oxudum və anlamağa çalışdım, çünki bu çox aydın deyildi. Hələ də mənə aydın deyil. Amma burda bir çox səviyyələr var."[18] Ris öz rolu barədə deyir : "Onun çox yönlü və çox istiqamətli olması onun üçün hədiyyə idi. Və siz onunla tanış olduqda o, həyatında bütün hər şeyin dəyişdiyi nöqtədə idi. Siz hər şeyi görürsünüz. Siz kunq-fu, emosional səhnələr və maskalanmağı görürsünüz. Bu bir aktyor üçün tam paketdir. Bu xəyaldır."[18] Noa Emeriç əvvəllər serialdakı rol haqqında tərəddütdə idi. O izah edir : "Həqiqət budur ki, mən ən əvvəldən düşünürdüm ki, silah və döş nişanı gəzdirəcəyim bir serialda oynamaq istəmirdim. Mən silah və döş nişanları ilə işimi bitirdim. Mən artıq bunu istəmirəm. İlk dəfə senarini oxuyanda fikirləşdim : "Bəli, bu çox maraqlı və yaxşıdır, lakin mən FTB agenti olmaq istəmirəm."[19] Yaxın dostu olan ilk seriyanın rejisoru Qavin O'Konnor onu rola daha diqqətlə nəzər salması üçün razı saldı.[19] Emeriç ailəsi və evliliyindən də cavabdeh olduğunu gördü. "Bu, həqiqətən maraqlı idi və həqiqətən ağıllı və qeyri-adi idi və tamamilə yeni idi."[19]

Birinci mövsüm bitdikdən sonra Sandra Biman, Nina və Marta Hanson rollarını ifa edən Suzan Misner, Annet MahendruAlison Rayt serialın ikinci mövsümün başlanğıcından əsas heyətinə daxil edildi.[20][21] İlk iki mövsüm bitdikdən sonra isə Arkadi İvanoviç Zotov rolunu ifa edən Lev Qorn üçüncü mövsümün əsas heyətinə qoşuldu.[22]

Çəkiliş və məkanlar

Serial Nyu-York şəhərinin[23] Bruklin bölgəsində yerləşən Eastern Effects Studios-da çəkilir.[24] Bundan başqa Mamaronek,[25] Koni Aylend küçəsi,[26] Kyu Qardnz,[27] Morninqsayd Heyts,[28] və Farminqdeyldə[29] də çəkilişlər aparılır.

Aktyorlar və rollar

Rus personajların soyadları tam açıq şəkildə ifadə olunmur. Sovet səfirliyində çəkilən səhnələrdə personajlar bir-birinə səmimi və hörtmətlə xitab edirlər, lakin soyadlardan istifadə etmirlər. Əsasən İvanoviç, Serqeyevna kimi istifadə edirlər.

Əsas rollarda

Aktyorun (aktrisanın) adı Personajın adı Qeyd
Keri Rassell Elizabet Cenninqs DTK agenti
Metyu Ris Flip Cenninqs DTK agenti
Holli Teylor Peyc Cenninqs Flip və Elizabetin qızı
Keydriç Sellati Henri Cenninqs Flip və Elizabetin oğlu
Noa Emmeriç Stan Biman FTB agenti
Maksimiliano Hernandez Kris Amador FTB agenti
Suzan Misner Sandra Biman Stanın həyat yoldaşı
Annet Mahendru Nina Serqeyevna Krilova Sovet səfirliyinin işçisi
Riçard Tomas Frenk Qaad FTB nəzarətçisi
Alison Rayt Marta Hanson Qaadın katibəsi
Lev Qorn Arkadi İvanoviç Zotov Sovet səfirliyində rezident
Kosta Ronin Oleq İqoreviç Burov Sovet səfirliyində elm və texnologiya mütəxəssisi

Köməkçi rollarda

Aktyorun (aktrisanın) adı Personajın adı Qeyd
Marqo Martindeyl Klaudiya Cenninqslərin DTK nəzarətçisi
Danyel Flaerti Metyu Biman Stanın oğlu
Piter Von Berq Vasili Nikolayeviç Sovet səfirliyinin keçmiş rezident
Derek Lyuk Qriqori DTK-ya işləyən köhnə qaradərili hüquq müdafiəsi hərəkatçısı və Elizabetin keçmiş sevgilisi
Ren Şmidt Keyt Cenninqslərin yeni DTK nəzarətçisi
Kelli OKoyn Pastor (Keşiş) Tim Peyc Cenninqsin üzv olduğu kilsənin rəhbəri
Frenk Lancella Qabriel Cenninqslərin keçmiş DTK nəzarətçisi

Seriyalar

Mövsüm Seriyaların sayı Yayım tarixi
İlk yayım Sonuncu yayım
1 13 30 yanvar 2013 (2013-01-30) 1 may 2013 (2013-05-01)
2 13 26 fevral 2014 (2014-02-26) 21 may 2014 (2014-05-21)
3 13 28 yanvar 2015 (2015-01-28) 22 aprel 2015 (2015-04-22)
4 13[30] 16 mart 2016 (2016-03-16)[6] 8 iyun 2016 (2016-06-08)[31]

Ümumi sujeti şəxsiyyətlərini uşaqları və ətrafdakılardan gizlədərək Elizabet və Flip Cenninqs adlı amerikalı cütlük roluna bürünən KQB-nin 1-ci Baş İdarəsinin agenti Nadejda və Mişanın Ronald Reyqan-nın ABŞ prezidenti seçilməsindən qısa bir müddət sonra gizli kəşfiyyat əməliyyatları aparması təşkil edir.

1-ci mövsümdə Stan Biman rezidenturada işləyən Nina Krilovanı amerikalı cəsusa çevirir. Biman öz dostunun qətlində şübhəli bildiyi gənc və təcrübəsiz DTK agenti Vladı öldürdükdən sonra Nina rezidenturada cəsusluğunu etiraf edərək üçlü agentə çevrilir. Mövsüm sonunda Nina Elizabetin tutulması üçün hazırlanan əməliyyatı puça çıxarır, lakin Elizabet ağır yaralanır.

2-ci mövsümdə Cenninqslər ABŞ-nin yeni gizli təyyarə hazırlanması cəhdi haqqında məlumat toplamağa çalışırlar. Həmçinin 1-ci Baş İdarənin öldürülən iki əməkdaşının qətlini də araşdırırlar. Cinayətdən məsul olduğunu düşündükləri hərbi donanma kapitanı olan Larriki şantaj edərək ondan Nikaraqua Kantralarının təlim-məşq məəntəqəsinə girmələri üçün şərait yaratmasını tələb edirlər. Mövsümün sonunda Lienn və Emmetin oğlu Cared onların DTK-ya işlədiyini öyrənərək onları öldürür. Bundan sonra onlar Klaudiya ilə görüşürlər. Klaudiya onlara qızları Peycin "İkinci nəsil qanunsuzlar" proqramına seçildiyini açıqlayır. Beləcə o, problemsiz olaraq FTB və MKİ-də işə düzələ bilər.

3-cü mövsümdə Cenninqslər öz sirlərini Peycə açıqlamağın stresini yaşayırlar.

Qəbul

Mükafatlar və nominasiyalar

İstinadlar

  1. IMDb (ing.). 1990.
  2. "The Americans". Amazon.com. October 6, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 4, 2016.
  3. Holson, Laura M. "The Dark Stuff, Distilled". The New York Times. March 29, 2013. February 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 15, 2013.
  4. Harnick, Chris. "'The Americans': FX Orders Cold War Spy Series Starring Keri Russell". The Huffington Post. August 9, 2012. October 21, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 30, 2012.
  5. Hibberd, James. "The Americans renewed for season 4". Entertainment Weekly. March 31, 2015. April 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2015.
  6. Wagmeister, Elizabeth. "'The Americans' Season 4 Premiere Date Revealed". Variety. January 16, 2016. May 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 16, 2016.
  7. Waxman, Olivia B. "The real CIA behind 'The Americans'". Time. January 30, 2013. October 22, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2013.
  8. Arnold-Ratliff, Katie. "Spy vs. Spy: A Q&A with The Americans Creator Joe Weisberg". Time. March 12, 2013. October 22, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2013.
  9. Thomas, June. "A Conversation With The Americans Showrunners Joe Weisberg and Joel Fields". Slate. January 31, 2013. August 11, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2013.
  10. Leeds, Sarene. "'The Americans' Invade New York's Paley Center". Rolling Stone. October 5, 2013. January 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2013.
  11. "DIRECTV Interview: The Americans Masterminds Joe Weisberg and Joel Fields". DirecTV. April 24, 2013. October 19, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 6, 2013.
  12. Bernstein, Paula. "'The Americans' Changes Focus in Season Two and Other Intel from PaleyFest". Indiewire. October 7, 2013. October 27, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 25, 2013.
  13. Brioux, Bill. "The Americans debuts on FX Canada Jan. 30". The Canadian Press. January 30, 2013. February 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 31, 2013.
  14. "FX's 'The Americans' Studio Flooded by Hurricane Sandy; Shooting Delayed (Exclusive)". TheWrap TV. November 7, 2012. March 28, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2013.
  15. Sarkar, Samit. "'The Americans' cast and creators preview season 3 at New York Comic Con". Polygon. October 20, 2014. December 7, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 29, 2014.
  16. Radish, Christina. "Creators Joseph Weisberg and Joel Fields Talk THE AMERICANS Season Finale, Crafting the Cliffhanger, Season 2, and More". Collider. December 13, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2013.
  17. Egner, Jeremy. "The Spy Who Married Me: Keri Russell and Matthew Rhys on 'The Americans'". The New York Times. January 24, 2013. December 14, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2013.
  18. Prudom, Laura. "'The Americans' Premiere: Keri Russell And Matthew Rhys Talk Sex, Spy Games And America Vs. Russia". The Huffington Post. January 30, 2013. February 3, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2013.
  19. Potts, Kimberly. "Yahoo! TV Q&A: 'The Americans' Star Noah Emmerich on His Character, His Twitter, and His Celebrity BFF". Yahoo!. March 11, 2013. October 22, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 5, 2013.
  20. Mitovich, Matt Webb. "Americans Ups Susan Misner to Series Regular". TVLine. March 8, 2013. March 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 14, 2013.
  21. Mitovich, Matt Webb. "FX's The Americans Promotes Two for Season 2". TVLine. May 7, 2013. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 7, 2013.
  22. Andreeva, Nellie. "Lev Gorn Upped To Regular On 'The Americans', Books 'NCIS' Arc". Deadline.com. September 5, 2014. September 6, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 6, 2014.
  23. ""The Americans" Filming On The UWS Today". The Upper West Side blog. December 3, 2012. December 11, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 8, 2013.
  24. "FX's 'The Americans' Studio Flooded by Hurricane Sandy; Shooting Delayed (Exclusive)". TheWrap TV. November 7, 2012. March 28, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2013.
  25. "FX television pilot 'The Americans' filming in Mamaroneck". Sound Shore. June 18, 2012. December 12, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 8, 2013.
  26. "The Americans, FX Television Show, Filming On Coney Island Avenue". Sheepshead Bites. October 11, 2013. December 18, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 8, 2013.
  27. Swanson, Carl. "How The Americans Blew Up a House". Vulture. February 25, 2013. December 12, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2013.
  28. Marya, Radhika. "8 Things You Didn't Know About Shooting 'The Americans' in New York City". DNAinfo. March 18, 2015. August 19, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 10, 2015.
  29. "FX television show 'The Americans' takes over Adventureland in Farmingdale". Newsday. October 15, 2013. December 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2013.
  30. Hibberd, James. "The Americans renewed for season 4". Entertainment Weekly. March 31, 2015. April 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2015.
  31. "Shows A-Z - americans, the on fx". The Futon Critic. İstifadə tarixi: February 17, 2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.