Ameka
Ameka - Zamua çarı (E.ə. IX əsrin I yarısı). Qaynaqlar onu "çar" adlandırır və paytaxtın – Zamri şəhəri olmağı haqqında məlumat verir.[1] E.ə. 880-cı ildə Assuriya hökmdarı II Aşşurnasirapalın Zamuaya yürüşü zamanı döyüşdə məğlubiyyətə uğramış, ölkənin paytaxtı Zamrini tərk edərək öz qoşunu ilə Etini dağlarına çəkilmişdir. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini möhkəmlətmişdi. Aşşur qoşunu ölkəni talan etmiş, lakin Amekanı ələ keçirə bilməmişdir. Ameka bir müddət aşşurlara qarşı müqavimətini davam etdirmişdir.
Mənbə
- Azərbaycan Milli Ensiklopediyası. I cild. Bakı,2009, səh.414.
İstinadlar
- ARAB, 1, 452-455.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.