Ambulatoriya

Ambulatoriya (lat. ambulatorius; azərb. səyyar) - əhaliyə xəstəxanadankənar həkim yardımı göstərən müalicə-profilaktika müəssisəsi. Ambulatoriya ərazi sahə prinsipi üzrə tibbi yardım göstərir. Ambulatoriyalar müstəqil və ya xəstəxana nəzdində ola bilər. Poliklinikadan fərqli olaraq, ambulatoriya xəstələrə yalnız əsas ixtisaslar üzrə (terapiya, cərrahiyyəstomatologiya, bəzən pediatriya, ginekologiya) tibbi yardım göstərir. Ambulatoriya dispanserizasiya (xəstələri vaxtında aşkara çıxartmaq) və səhiyyə maarifi ilə də məşğul olur. Səyyar ambulatoriyalarda var. Onlarda terapiya və cərahiyyə kabinetləri olur.

Rusiyanın Nijni Novqorod şəhəri yaxınlığında yerləşən Veliki kəndindəki ambulatoriya məntəqəsi.

Mənbə

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A  Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 414. ISBN 978-9952-441-02-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.