Ambu
Ambu — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Ambu | |
---|---|
38°44′58″ şm. e. 48°27′20″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Lerik rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.291 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 523 (2009) nəfər |
|
Əhalisi
Əhalisi 523 nəfərdir.[mənbə göstərin]
Tarixi
Ambu Lerik rayonunun Bilabənd inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Tədqiqatçıların fikrincə, ambu/ambo Talış mənşəli soz olub, "yabanı xurma", "armud", "anbar" deməkdir. Yerli əhalinin verdiyi məlumata görə kəndə ilk köç edən zamanlar burda qədim armud ağacının yaxınlığında məskən salınmışdı və bu kəndin adıda burdan göturlumuşdu Ambu (Amburə hulə) talışca yabanı armud deməkdi 1961-ci kəndin adı Anbu kimi qeyd olunmuşdu (”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 53.</ref>.)
Kəndin adının dəyişməsinə ilk okaraq kəndə olan məktəb sənədlərində rast gəlinir. O vaxt uşaqlara verilən arayışlarda kəndin adı Anbu kimi yazılmış və bu söz bir sıra təşkilatların sənədlərənədə nüfüz etmişdir.
Hazırda kəndin adı rəsmi sənədlərdə həm Anbu ( məktəbin adı , şəxsiyyət vərəqələrdə və s ) həmdə Ambu kimi işlənir. Kənd ərazisində əsasən kəndin aşağısında qədim qəbristanlıq möcvüddür. Kəndin aşağısında çay axır bu çay kəndi Mondigah kəndi ilə ayırır. Kənddə 2015-ci ildə 180 yerlik yeni məktəb binası tikilmişdi , kənddə qaz , asfalt vardı. Kəndin ən böyuk problemi su problemidi.
Kəndin əsas məşğuliyyəti maldarlıq , qoyunçuluq və qismındı arıçılıqdı. Kəndin prespektiv torpaq sahəsi çox azdı. Su olmadığı üçün bağçılıq çox zəif inkişaf etmişdi.[mənbə göstərin]
İnfrastruktur
Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci ilin dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir.[1] Kənddə 180 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdi (2015)
İstinadlar
- Lerikin beş kəndinə ilk dəfə olaraq təbii qaz verilmişdir. Arxivləşdirilib 2021-05-10 at the Wayback Machine azertag.az, 22.12.2012 (az.)