Amazon rifi

Amazon rifi[1][2]Fransa Qvianası və Şimali Braziliyanın sahilində yerləşən geniş mərcansüngər rifi sistemi. O, dünyadakı ən böyük rif sistemlərindən biridir, sahəsi 9300 kvadrat kilometr və uzunluğu 970 kilometrdir. İllər əvvəl Amazon çayı deltası yaxınlığında böyük geoloji rif quruluşunun olmasıyla bağlı dəlillər ortaya çıxmış, 2012-ci ildə okeanoqrafik tədqiqat aparılmış, 2016-cı ilin aprelində Amazon rifinin kəşf edildiyi elan edilmişdir.

BraziliyaFransa Qvianası yaxınlığında yerləşən rifin xəritəsi, rif şimali, mərkəzi və cənubi olmaqla üç hissəyə bölünüb.

Coğrafiya və ekologiyası

Amazon çayının mənsəbi (yuxarı sağ hissədə göstərilib) rifin ən çox olduğu yerlərdir.

Rif sistemi mərcan və süngər rifi olaraq müəyyən edilib.[3] Alimlər rifin əhatə etdiyi sahəni 9300 kvadrat kilometr və uzunluğunu 970 kilometrdən çox olaraq qiymətləndirirlər.[1][3] Bu da onu dünyadakı ən böyük rif sistemlərindən biri edir. Sahə baxımından Kipr adasıyla müqayisə edilə bilər. Rifin sahəsi dənizdə 120 kilometrə qədər uzanır[4] və suda dərinliyi 30-120 metr aralığındadır.[1] Bu rifin mövcud olması qeyri-adidir. Səbəb odur ki, rif sistemləri aşağı duzluluq və yüksək turşuluğa görə Amazon kimi böyük çayların mənsəbinə yaxın yerləşmir.[5] Rifin kəşfindən əvvəl inanılırdı ki, Amazon çöküntü ilə zəngin plyumu ilə Atlantik okeanının qərbindəki rif yayılmış ərazilər arasında böyük bir boşluqdur.[6] Rifdə yaşayan 60-dan çox balıq növü və 73-dən çox süngər növü, lanqustlardəniz ulduzları aşkar edilib.[5][7] 1999-cu ildə kəşf edilən mərcan növləri Karib dənizində tapılanlara oxşardır. Bu da mərcan genlərinin Karibdən Amazon rifinə daşındığına işarə edir.[4]

Kəşfi

Amazon deltası regionunda mərcan və süngər rif sisteminin olmasıyla bağlı ilk dəlil 1950-ci illərin sonlarında Amerika Birləşmiş Ştatları araşdırma gəmisinin Amazon deltasının dibindən süngər toplaması idi.[8] 1977-ci ildə rif balığı ilk dəfə olaraq ərazidə müşahidə edilib[6][9] və 1999-cu ildə Karib dənizindən olan mərcan növləri Amazon deltası yaxınlığındakı təcrid olunmuş ərazilərdə tapılıb.[4] Ancaq 2012-ci ilə qədər rif sisteminin varlığı ilə bağlı heç bir böyük tədqiqat aparılmadı. 2012-ci ildə Rio-de-Janeyro Federal Universiteti və Corciya Universitetindən[6] alimlərin olduğu beynəlxalq elmi tədqiqat komandası "RV Atlantis" gəmisiylə ərazidə araşdırma apardı. Araşdırma 1970-ci illərdəki tapıntılara əsaslanırdı. Bunlardan biri Amazon sahili boyunca potensial rif ərazilərinin göstərildiyi ilkin xəritə idi.[4] Onların kəşfləri və tapıntıları 2016-cı ilin aprelində "Science Advances" elmi jurnalında çap edilən məqalədə təqdim edildi.[10]

İstinadlar

  1. Vidal, John. "Huge coral reef discovered at Amazon river mouth". The Guardian. Guardian Media Group. April 23, 2016. April 23, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 23, 2016.
  2. Stone, Maddie. "There's a Gigantic Reef Surrounding the Amazon River and Nobody Noticed". Gizmodo. Gawker Media. April 22, 2016. April 23, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 23, 2016.
  3. Meyer, Robinson. "Scientists Have Discovered a 600-Mile Coral Reef". The Atlantic. Atlantic Media. April 21, 2016. April 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 23, 2016.
  4. Welch, Craig. "Surprising, Vibrant Reef Discovered in the Muddy Amazon". National Geographic. National Geographic Society. April 22, 2016. April 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 22, 2016.
  5. Imam, Jareen. "Massive coral reef discovered in the Amazon River". CNN. Time Warner. April 23, 2016. April 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 23, 2016.
  6. Flurry, Alan. "Scientists discover new reef system at mouth of Amazon River". Phys.org. Omicron Technology Limited. April 22, 2016. April 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 23, 2016.
  7. Kennedy, Merrit. "Reef Larger Than Delaware Found At The Mouth Of The Amazon River". National Public Radio (NPR). National Public Radio, Inc. April 23, 2016. April 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 23, 2016.
  8. Nuwer, Rachel. "Shining Light on Brazil's Secret Coral Reef". Smithsonian. Smithsonian Institution. April 22, 2016. April 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 23, 2016.
  9. Bruce, Collette; Klaus, Ruetzler. "Reef Fishes Over Sponge Bottoms Off the Mouth of the Amazon River". Food and Agriculture Organization. United Nations. 1977. April 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 23, 2016.
  10. Moura, Rodrigo L.; Amado-Filho, Gilberto M.; Moraes, Fernando C.; Brasileiro, Poliana S.; Salomon, Paulo S.; Mahiques, Michel M.; Bastos, Alex C.; Almeida, Marcelo G.; Silva, Jomar M.; Araujo, Beatriz F.; Brito, Frederico P.; Rangel, Thiago P.; Oliveira, Braulio C. V.; Bahia, Ricardo G.; Paranhos, Rodolfo P.; Dias, Rodolfo J. S.; Siegle, Eduardo; Figueiredo, Alberto G.; Pereira, Renato C.; Leal, Camille V.; Hajdu, Eduardo; Asp, Nils E.; Gregoracci, Gustavo B.; Neumann-Leitão, Sigrid; Yager, Patricia L.; Francini-Filho, Ronaldo B.; Fróes, Adriana; Campeão, Mariana; Silva, Bruno S.; Moreira, Ana P. B.; Oliveira, Louisi; Soares, Ana C.; Araujo, Lais; Oliveira, Nara L.; Teixeira, João B.; Valle, Rogerio A. B.; Thompson, Cristiane C.; Rezende, Carlos E.; Thompson, Fabiano L."An extensive reef system at the Amazon River mouth". Science Advances (ingilis). American Association for the Advancement of Science. 2 (4): e1501252. April 1, 2016. doi:10.1126/sciadv.1501252. ISSN 2375-2548. April 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 23, 2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.