Amazon ovalığı
Amazon ovalığı — Cənubi Amerikada Amazon çayı hövzəsində Yer kürəsinin ən böyük allüvial ovalığı. Sahəsi 5 mln. km²-dan artıqdır. Qərbi Amazoniyanın (eni 1600 km) iqlimi ekvatorialdır. Meşələrində qiymətli ağaclar bitir: süd ağacı, qırmızı ağac, heveya və s. Heyvanlar aləmi zəngindir. Şərqi Amazoniyanın (eni 350 km) iqlimi subekvatorialdır. Seyrək meşələri və savannaları var. Əhalisi hindilər və metislərdir. Amazon ovalığında kakao, tütün, qəhvə, banan, şəkər qamışı və s. becərilir; neft, qızıl, almaz, hematit, manqan filizi çıxarılır. Boliviya, Braziliya, Kolumbiya, Peru və Venesuelanı əhatə edir. Daxilində Amazon çayı, Madeyra və Tapajos çayları yerləşir.
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.