Amanu
Amanu (fr. Amanu) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hao atolundan 15 km şimalda yerləşir.
Amanu adası | |
---|---|
fr. Amanu | |
Ümumi məlumatlar | |
Sahəsi | 9,6 km² |
Əhalisi | 163 nəfər (2007-ci il) |
Yerləşməsi | |
17°43′ c. e. 140°39′ q. u. | |
Ölkə | Fransa Polineziyası |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
Ada dairəvi formaya malikdir. Atollun uzunluğu 29 км, eni — 10 km, quru sahəsi isə 9,6 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 240 km²-dir. Qərbdən laqun okeanla kiçik boğazlarla birləşir.
İnzibati bölgüsü
İnzibati baxımından Hao kommunasına daxildir.
Əhali
2007-ci il məlumatına görə adada 163 nəfər yaşayır. İkitake əsas yaşayış məntəqəsidir. Məntəqə adanın qərbində yerləşir.
Tarixi
Ada 12 fevral 1606-cı ildə dənizçi Pedro Kiros tərəfindən kəşf edilmişdir. Ada 1820-ci ildə rus dənizçisi Faddey Bellinshauzen tərəfindən ziyarət edərək ona Moller atollu adını verir.
Mənbə
- Ada haqqında informasiya (ing.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.