Alyaska yupikləri
Alyaska yupikləri və ya qısa formada Yupiklər (öz dilində olan adı: Yupik və ya Yupiyak) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının qərb və cənub-qərb hissələrində yaşayan Yupik xalqları sinifinə daxil olan Eskimos mənşəli xalq.
Alyaska yupiklərindən olan gənc oğlan. (şəkil 1930-cu ildə Hoper körfəzində çəkilmişdir.) | |||
Ümumi sayı | |||
---|---|---|---|
24.300 [1] | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Xristianlıq (əksəriyyətlə Pravoslavlıq) | |||
Qohum xalqlar | |||
5 yupik xalqı arasında ən çox əhalisi olanı Alyaska yupikləridir. Alyaska yupiklərini digər xalqlardan fərqləndirən əsas cəhətlərdən biri, Alyaskada yaşayan ən böyük etnos olmalarıdır. Alyaskada 23 min nəfər Alyaska yupik soyundan olan şəxs yaşayır.
Alyaska yupikləridə digər yupik xalqları kimi ovçuluq və yığıcılıq əsas peşə sahəsi olmuşdur. Alyaskada çətin iqlimə öyrəşən Alyaska yupikləri əldə edilən istənilən növ qidanı qəbul etməyi mənimsəmişdilər. Burada əsasən bəzi növ dəniz canlıların ətlərinin çiy formada yeyilməsini qeyd etmək lazımdır. Digər yupik xalqları ilə qohumluq münasibətlərinin saxlanılmasına hər zaman önəm verilmişdir. Alyaska yupikləri ov zamanı, ovlanan heyvanların dərilərindən geyim və ayaqqabı kimi əşyaların hazırlanmasını digər dörd yupik xalqından qabaq başlamışlar.
Bütün yupik xalqlarında oluğu kimi Alyaska yupikləridə Şamanizm dini böyük yer tutur. Ən qədim zamanlarda xüsusən yupik xalqlarının bir yerdə yaşadığı və eyni dili danışdığı illərdə belə yupiklərin şamanları var idi və onlar tayfaların idarə edilməsində böyük rola malik idilər. Alyaska yupikləri müasir zamanda belə qədim Şamanizm ayinləri təşkil edirlər. Onlar hər bir subyektin ruha malik olduğunu düşünürlər. Yupik xalqlarının əsas oxşar cəhəti dini ayinlərin və mərasimlərin bir–birindən köklü formada fərqlənməməsidir. Alyaska yupikləri üzərində araşdırma aparmış ilk və ən məşhur alim An Fienip Riondan hesab edilir.
Etimologiyası
Alyaska yupikləri özlərini çox vaxt yukpiak adalandırılar. Bu söz yerli dildə yuk (insan) və piaq (əsil) sözlərinin birləşməsindən əmələ gəlmişdir.[4][5] Alyaska yupikləri öz dilləri olan Alyaska yupikcəsini Yugtun adlandırılar. Bu sözün mənası isə əsil insanların danışdığı dil anlamını verir.
Alyaska yupikləri anlayışı bəzi hallarda digər az saylı etnoslara da aid edilir. Məsələn, Alyaskanın şimal hissəsində yaşayan Unaliq və Pastuliq etnosları, supik xalıq ilə eyni soyun nümayənləri olan Egekik etnosu. Alyaskanın şərqində yaşayan Yukon və Kuskokvim yerliləridə çox vaxt öz adları ilə deyil, sadəcə yupik və ya Alyaska yupikləri olaraq adlandırılırlar. Bu kiçik etnosların Alyaska yupikləri ilə heç bir qohumluq əlaqələri yoxdur və hətta bir qisminin öz dilləri belə vardır. Sadəcə bu ərazidə olan səyyahlar tərəfindən ayrı-ayrı etnoslara ümumilikdə Alyaka yupikləri adı verilmişdir.
Əsas qismi Müqqədəs Lourens adasında yaşayan Sibir yupikləri digər yupik xalqlarına nisbətən Alyaska yupiklərinə daha yaxın etnos hesab edilirlər. Ancaq mədəni quruluşları tamam fərqlidir. Sibir yupikləri daha çox İnyupiklərlə mədəni əlaqələr qurmuşlar. Hər iki etnosun dilləri olan Alyaska yupikcəsi və Sibir yupikcəsi bir birindən həm qrammatik, həm də leksik baxımından fərqlənir.
Təsnifatı
- Eskimos-Aleut xalqları
- Aleut xalqı
- Eskimoslar
- Sirenik eskimosları¹
- Yupik xalqları
- Sirenik yupikləri¹
- Əsl Yupik xalqları
- Sibir yupikləri
- Naukan yupikləri
- Alyaska yupikləri
- Nunivak çupikləri
- Supiklər
- İnuit xalqları
- İnyupiklər və ya Alyaska inuitləri
- İnuitlər və ya Kanada inuitləri
- Qərbi Kanada inuitləri
- Şərqi Kanada inuitləri
- Qrenlandiya inuitləri
Adlandırma
Özlərini yuk ('insan') sözü ilə -pik ya da -piaq ('gerçek') əkindən törətdikləri Yupʼik (< Yugpik) və ya Yupʼiaq ('əsl insan') adıyla ifadə edərlər.[4][5] Dillərini isə Yugtun və ya Yugcetun ('insana bənzər, insan kimi') olarak adlandırırlar.
İnyupiklərlə qonşu olan şimaldakı Norton Sound bölgəsindəki Unaliq və Pastuliq yerliləri ilə Supiklərlə qonşu olan Egegik (Bristol Bay) yerliləri və mərkəzi Alyaskada şərqdən Atabask hindularıyla qonşu olan Yukon ve Kuskokwim yerliləri Yupik (Yup’ik) adıyla tanınarkən Hooper Bay ilə Chevak (Cevʼaq) bölgəsindəki az sayda yerli Çupik (Cup’ik), Nunivak adasındakılar isə Nunivak çupikləri (Cup’ig) olaraq adlandırılar. İngiliscədə hamısını birləşdirərək Y/Cuʼpik forması da görülə bilməkdədir.
Yenə Alyaskadakı Müqəddəs Lourens adasının yerliləri fərqli bir dil danışan Sibir yupikləri olub, bunlara gündəlik Alyaska İngiliscəsində apostrofsuz Yupik biçimində adlandırılır ikən, apostroflu Yup’ik biçimi Alaska yupiklərini ifadə edər. Sibir yupikləri mədəni olaraq Alyaska yupiklərinə deyil, İnyupiklərə bənzərlər.
Dialekt və qəbilələri
Eskimos qəbilə adları "-miut" ('xalq') şəkilçisi ilə yaradılır.
- Unaliq-Pastuliq yupikləri və yupikcəsi (İngiliscə Norton Sound Yup’ik)
- Unaliq yupikləri və yupikcəsi (öz dilində olan adı: Unalirmiut; İngiliscə Unaliq subdialect)
- Atnegmiut
- Kuuyuŋmiut
- Eŋlutaleġmiut
- Caxtulegmiut
- Uŋallaqłiŋmiut
- Tacirmiut
- Pastuliq yupikləri və yupikcəsi (öz dilində olan adı: Pastulirmiut; İngiliscə Kotlik subdialect)
- Unaliq yupikləri və yupikcəsi (öz dilində olan adı: Unalirmiut; İngiliscə Unaliq subdialect)
- Yukon-Kuskokwim yupikləri və yupikcəsi (öz dilində olan adı: Yugtun və ya Yugcetun [dil], Yupiaq [tək], Yupiik [iki], Yupiit [cəm]; İngiliscə General Central Yup’ik)
- Qerauranermiut
- Kuigularmiut
- Qip’ngayarmiut
- Qaluyaarmiut
- Marayaarmiut
- Chnagmiut
- Kuigpagmiut
- Akulmiut
- Caninermiut
- Kusquqvagmiut
- Unegkumiut
- Kiatagmiut
- Egegik yupikləri və yupikcəsi (öz dilində olan adı: Aglurmiut; İngiliscə Egegik Yup’ik, Bristol Bay Yup’ik)
- Çupiklər və Çupikcə (öz dilində olan adı: Cugtun və ya Cugcestun [dil], Cup’ik [tək], Cupiik [iki], Cupiit [cəm]; İngiliscə Cup’ik, Hooper Bay-Chevak Cup’ik). Yupik əlifbasında c hərfi ç (ch) səsinə bərabərdir.
- Hooper Bay Çupikçesi (öz dilində olan adı: Askinarmiut; İngiliscə Hooper Bay subdialect)
- Chevak Çupikçesi (öz dilində olan adı: Qissunamiut; İngiliscə Chevak subdialect)
- Nunivak çupikcəsi (öz dilində olan adı: Cugtun [dil], Cup’ig [tək], Cupiik [iki], Cupiit [cəm], Nuniwarmiut; İngilizce Cup’ig, Nunivak Cup’ig or Cup’ik). Nunivak adasında Nunivak çupikləri tərəfindən danışılır.
Əhali
Alyaska ştatında ən böyük əhaliyə sahib olan xalq Alyaska yupikləridir. 23.000 [2] nəfər Alyaska yupiki olan şəxs Alyaska ştatında yaşayır. Alyaska yupiklərinin 75% kənd tipli yaşayış yerlərində yaşayırlar. Yerli əhali sayları 200 və 1000 arasında dəyişən 56 kənddə yaşamağda davam edir. Alyaska yupiklərinin 25% şəhərəşmiş ərazilərdə yaşayırlar. Demək olar ki, şəhərdə yaşayan əhalinin 90% əhalisi Alyaska yupiklərindən ibarət olan Bethel şəhərində yaşayır. Şəhərdə 7 min nəfər Alyaska Yupiki yaşayır. Alyaska yupiklərindən 14 min nəfəri ana dilləri olan Alyaska yupikcəsini danışa bilir və çox zaman gündəlik həyatda bu dildən istifadə edir. Digər 9 min nəfər isə daha çox ingilis dilində danışmağı üstünlük verirlər. Gündəlik işlərlə əlaqədər olaraq Alyaska yupiklərini qoçalar istisna olmaqla yerdə qalan hissəsi ingilis dilində danışa və yaza bilir. Alyaskada 1980 və 1992-ci illərdə, Eskimo-Aleut dillərində dannışa bilən əhali sayının müəyyən ediməsi məqsədi aparılmış araşdırmadan sonra aşağıda qeyd olunan nəticə alınmışdır.[6]
Ayaska | etnik sayı | anadilində danışa bilənlərin sayı | % | danışa bilənlərin orta yaş həddi |
1980 | . | . | . | . |
Sibir Yupikləri | 1.100 | 1.050 | 95 | Orta nəslin çoxu və uşaqların hamısı |
Yupikler | 17.000 | 14.000 | 80 | Orta nəslin çoxu və uşaqların bir qismi |
İnyupikler | 12.000 | 5.000 | 40 | Orta nəslin çoxu və uşaqların bir qismi |
Supikler | 3.000 | 1.000 | 33 | Orta nəslin çoxu və uşaqların bir qismi |
Aleutlar | 2.200 | 700 | 35 | Orta nəslin çoxu və uşaqların bir qismi |
1992 | . | . | . | . |
Sibir Yupikləri | 1.100 | 1.050 | 95 | Orta nəslin hamısı və uşaqların böyük bir qismi |
Yupiklər | 18.000 | 12.000 | 67 | Orta nəslin hamısı və uşaqların kiçik bir qismi |
İnyupiklər | 13.000 | 4.000 | 31 | Orta nəslin çoxu və uşaqların bir qismi |
Supiklər | 3.100 | 600 | 19 | Orta nəslin çoxu və uşaqların bir qismi |
Aleutlar | 2.100 | 400 | 19 | Orta nəslin çoxu və uşaqların bir qismi |
Dil və təhsil
Təsnifatı
- Eskimos-Aleut dil ailəsi
- Aleut qolu
- Eskimos qolu
- Sirenik yupik dili (öz dilində olan adı: Uqeghllistun)¹
- Yupik dilləri
- Sirenik yupik dili¹
- Əsl Yupik dilləri
- Sibir yupik dili (öz dilində olan adı: Yupigestun)
- Naukan yupik dili (öz dilində olan adı: нывуӄаӷмит)
- Alyaska yupik dili (öz adları Yugtun, Yugcetun, Cugtun)
- Unaliq-Pastuliq yupikcəsi : Norton Sound bölgəsində danışılır
- Əsl Alyaska yupikcəsi : Yukon və Kuskokvim bölgələrində danışılır (öz dilində olan adı: Yugtun, Yugcetun)
- Egegik yupikcəsi : Bristol Bay bölgəsində danışılır
- Çupikcə : Hooper Bay və Chevak bölgələrində danışılır (öz dilində olan adı: Cugtun)
- Nunivak çupikcəsi (öz dilində olan adı: Cugtun)
- Supik dili və ya Alyutik dili (öz dilində olan adı: Sugcestun, Sugtestun və ya Alutiitstun)
- İnuit dilləri
- İnyupik dili və ya Alyaska inuit dili (öz adı Iñupiatun)
- Qərbi Kanada inuit dili (öz dilində olan adı: Inuvialuktun)
- Şərqi Kanada inuit dili (öz dilində olan adı: Inuktitut)
- Qrenlandiya inuit dili və ya Qrenlandiya dili (öz dilində olan adı: Kalaallisut
¹yeri qəti deyil
Alyaska yupiklərinin sayı 23 min nəfər olsada, onlardan yalnız 14 min nəfəri ana dilini bilir. Kuskovkim distant məktəbinin verdiyi məlumata əsasən bu rəqəm 15 min nəfərdir.[7] 15 min nəfərin böyük bir qismi ingilis dilini bilmir. 1993-cü ildə aparılmış araşdırmaya əsasən məlum olmuşdur ki, Alyaskada yaşayan Alyaska yupiklərinin 42% ingilis dilini bilmir və Alyaska yupikləri Alyaskada yaşayan etnoslar arasında ingilis dilini bilməyən ən böyük etnosdurlar.[8]
Alyaska yupiklərinə məktəbdə çox zaman ingilis dili tədris edilir. Ancaq ana dillərindədə dərslər keçirlir. Kənar ərazilərdə yaşayan Alyaska yupikləri üçün distant təhsil sistemi tətbiq edilmişdir. Bu işlə Alyaska Yerli Dil Mərkəzi məşğul olur. 25 kənddə distant təhsil mərkəzləri yaradılmışdır.[9]. Yukon və Kuskokvim, Chevak və Nunivak şivəsi üçün dövlət tərəfindən kitablar hazırlanır. Hazırlanan kitablar dərs vəsaitləri deyil, bu kitablarda çox vaxt hekayə və yerli nağıllardan bəhs edilir.[10] Bu addım yalnız yeni nəsil Alyaska yupiklərinin ana dillərini unutmamaları məqsədi ilə atılmışdır. Alyaska yupikcəsinin şimal dialekti hesab edilən Nunivak çupikcəsi yalnız Nunivak adasında yerləşən Mekoryuk qəsəbəsində yaşlı insanlar tərəfindən danışılır. Alimlər prosesin bu formada inkişaf edəcəyi halda Nunivak çupikcəsinin yaxın 25 il ərzində ölü dillərin sırasına əlavə ediləcəyni bildirlər.[7]
1987 və 1988 – ci illərdə Alyaskada distant və orta məktəb təhsili alan yupik şagirdlərin sayı:[11]
məktəb bölgəsi | ana dilində danışa bilənlərin sayı | ana dilində danışa bilməyənlərin sayı | cəmi şagird sayı |
Ankoric | 11 | 66 | 77 |
Bering əraziləri | 4 | 194 | 198 |
Bristol körfəzi | . | 6 | 6 |
Dilingem | 16 | 50 | 66 |
Feirbanks | . | 7 | 7 |
İditarod | . | 15 | 15 |
Kuspuk | . | 116 | 116 |
Göl və yarımada əraziləri | . | 41 | 41 |
Kuskovkim | 1.422 | 484 | 1.906 |
aşağı Yukon bölgəsi | 38 | 1.219 | 1.257 |
Mat-Su | 1 | 2 | 3 |
Nome şəhəri | . | 3 | 3 |
Şimal qərb əraziləri | . | 2 | 2 |
Cənub qərb əraziləri | 199 | 285 | 484 |
Müqqədəs Maria | 13 | 21 | 34 |
Yupiit | 206 | 44 | 250 |
CƏMİ | 1.910 | 2.555 | 4.465 |
Orta məktəblər və distant təhsil verən distant təhsil mərkəzləri:
- Aşağı Yukon Distant Məktəb Bölgəsi (qısaltması LYSD, ing. Lower Yukon School District) : Yukon deltasında yerləşən və sahəsi Luiziana ştatının yarısı böyüklüyündə olan distant məktəb bölgəsidir. 11 kiçik qəsəbədən ibarətdir. İki dilli (Yupikcə ve İngiliscə) təhsil verilir. Əsas olaraq Yukon-Kuskokvim mənşəli ümumi Yupikçə tədris edilir. Əraziyə tabe olan məktəblər məktəblər: Alakanuk, Emmonak, Hooper Bay, Ignatius Beans Memorial, Kotlik, Marshall, Pilot Station, Pitkas Point, Russian Mission, Scammon körfəzi, Sheldon burnu.[12]
- Aşağı Kuskokvim Distant Məktəb Bölgəsi (qısaltması LKSD, ing. Lower Kuskokwim School District) Amerika Birləşmiş Ştatlarında ən böyük çöl bölgəsini əhatə edən məktəb ərazisidir. Sertifikatlı təhsil verən beş Yupik məktəb bölgəsi içində ən böyüyü hesab edilir. 345 müəllimin fəaliyyət göstərdiyi məktəbdə 3900 şagird təhsil alır. 1974-ci ildən etibarən iki dilli (Yupikcə ve İngiliscə) təhsil verilir. Əsas olaraq Yukon-Kuskokvim mənşəli ümumi Yupikçe tədris edilir. Yalnız Mekoryuk qəsəbəsində Nunivak çupikcəsində təhsil verilir. Əraziyə tabe olan məktəblər: Atmautluak, Akiuk-Kasigluk, Akula-Kasigluk, Ayaprun, BABS School, Bethel High School, Chefornak, EEK, Goodnews Bay, Gladys Jung, Kipnuk, Kongiganak, Kwethluk, Kwigillingok, M.E. School, Mekoryuk, Napakiak, Napaskiak, Newtok, Nightmute, Nunapitchuk, Oscarville, Platinum, Quinhagak, Toksook Bay, Tuntutuliak, Tununak, Pre-School. [13]
- Yupiit Distant Məktəb Bölgəsi (qısaltması YSD, ing. Yupiit School District) : 1984-ci ildə yaradılmışdır.Hal-hazırda 450 nəfər şagird təhsil alır. Dərslər Yupikcə və İngiliscə təhsil tədris edilir. Əsas olaraq Yukon-Kuskokvim mənşəli ümumi Yupikçə öyrədilir. Əraziyə tabe olan məktəblər: Akiachak (K-12), Akiak (PK-12), Tuluksak (PK-12) [14]
- Kashunamiut Distant Məktəb Bölgəsi (qısaltması KSD, ing. Kashunamiut School District) : Chevak bölgəsində yerləşən yeganə məktəb bölgəsidir. Digər bölgələrdə olduğu kimi Kashunamiutda da iki dildə təhsil verilir.[15]
- Kuspuk Distant Məktəb Bölgəsi (ing. Kuspuk School District) : Kuspukta yerli əhalinin 90% – ini yupiklər təşkil edir. Ərazidə 8 distant məktəb fəaliyyət göstərir: Lower Kalskag, Kalskag, Aniak, Chuathbaluk, Crooked creek, Red Devil, Sleetmute, Stony River.[16]
- Cənub-Qərbi Distant Məktəb Bölgəsi (qısaltması SWRSD, (ing. Southwest Region School District) : Ərazidə olan şagirdlər Bristol körfəzi və Nushagak çayı bölgələrində olan 8 qəsəbə yaşayırlar. Distant məktəblərdə də bu qəsəbələrdə yaşayan uşaqlar təhsil alır. Məktəblərin siyahısı: Aleknagik, Clarks Point, Ekwok, Koliganek, Manokotak, Yeni Stuyahok, Togiak, Tvin təpələri [17][18]
İctimai həyat
Ailə
Alyaska yupiklərində qohumlar arasında evlilik halları tez-tez baş verir. Əsasən ərlər tək arvad alırlar, Ancaq bəzi hallarda 2 arvadlı ərlərədə rast gəlinir ki, bu halda son zamanlar azalmışdır. Xristianlıq dinindən əvvəl Alyaska yupiklərinin özünə məxsus toy adədləri var idi. Bəyin gəlinə müxtəlif növ qeyimlər hədiyyə etməsinin misal olaraq qeyd etmək olar. İlin fəsillərindən aslı olaraq ailənin üzvülərinin saylarıda müxtəlif olurdu. Qış aylarında bütün ailə üzvüləri bir biri ilə yeraltı tunellərlə bağlanmış İqlolarda qalırdılar. Bu cur yaxın qohumluq münasibətlərin olması tərəflər arasında olan münasibətlərin daha da möhkəmlənməsinə kömək edirdi. Ancaq digər fəsillərdə yalnız əsas ailə üzvüləri bir yerdə olurdu. Muasir zamanda Alyaska yupikləri İqlolardan istifadə etmirlər. Qədim zamanlardan etibarən, yupik ovçuları ov əldə etmək məqsədi ilə uzun səfərlərə çıxırdılar. Belə səfərlər zamanı onlar gecələmək məqsədi ilə qasgi adlanan evlərdə qalırdılar. Gasgi bir növ cadıra idi, lakin Alyaskada yaşayan istənilən etnos üçün gasgi daha böyük məna ifadə etmişdir. Onlar aylarla gasgidə yaşamışdılar. Alyaska yupiklərinin qədim nəsilləridə ilk vaxtlar gasigə yaşadığları, yerli əfsanə və ravayətlərdə nağıl edilmişdir. Gasgidə yalnız kişilər qalırdı. Ov zamanı qadınlar evlərində olurdular. Əvvəllər qadınların yanında heç kəs qalmırdı. Lakin daha sonra vəhşi ayıların hücumlarından qorunmaq üçün 3 və ya 4 silahlı kişi keşikci məqsədi ilə qadınların yanlarında qalırdılar. XIX əsrdən başlayaraq Alyaskaya qələn ruslar gasgi adədinin aradan qaldırmaq üçün əməli işə keçmişdilər. Həmin zamanlar gasigiglər dağıdılır və bu tipli yaşayış yerlərinin tikiləməsi qadağan edilirdi. Muasir zamanlarda yupik ailələri güclü hesab edilir. Boşanma halları nadir hallarda olur. Bunun əsas səbəblərindən bir, nigahın ağsaqqal şəxslər tərəfindən razılaşdırılmasıdır. Qadınlara secimlə bağlı seçim etmək hüququ verilmir. Bəzi hallarda oğlanların fikirləridə nəzərə alınmır. Alyaska yupiklərində qohum olan şəxslərin ailə həyatı qurması adi haldır. Vəfat edən şəxsin əmlakı onun vəsiyyət etdiyi şəxsə və ya ailəsinə keçir. Həmin şəxsin şəxsi əşyaları isə məzarın yayına qoyulurdu. Bu qədim Yupik adədi ilə bağlı idi. 1960-cı ilə kimi bu adətdən istifadə edilmişdir. Kilsə bu cür ayinlərin icra edilməsini pisləyirdi və ən əsası müxətlif yollarla qarşısını almağa calışırdı. Muasir zamanda bu ayindən istifadə edilmir.[19]
Qasgi
Yupikcə (qasgi') [20][21]; Çupikcə (qaygiq) [22]; Nunivak çupikcəsi (kiiyar), İnyupikcə (qargi) İngiliscə (community house) Alyaskada İnyupiklər ilə Yupiklər tərəfindən istidadə edilən cadıra tipli ev. Gasgi daxmaya bənzəyir və yarısı torpağa basdırılmış formada olur. Yalnız kişilər tərəfindən istifadə edilən gasgilər ov zamanı qurulur. Bəzi gasgi daxmaları evi xatırladır. Onların qapıları və pəncərələri belə olur. Gasginin damına saman ilə örtülürdü. Bəzi hallarda isə balina dərsindən istifadə edilmişdir. Lakin balina dərisi çox bahalı hesab edildiyindən damı balina dərsindən olan gasgilərə az hallarda rast gəlinmişdir. Gasginin döşəməsinə xüsusi formada qurudulmuş ot düzülürdü. Dam tərəfədən kiçik oyuğ acılırdı, bununla həm hazırlanan yeməklərin buxarı çıxırdı, həm də gasgiyə təmiz hava daxil olurdu.
Gasgilərdə çox vaxt kişilər ilə birlikdə oğlan uşaqlarıda qalırdı. Onlara ovlanma üsulları öyrədilirdi. Əsasən hansı heyvanı hansl mövsümdə ovlamaq və ya nadir tapılan heyvanların kütləvi formada yaşadığları yerləri necə müəyyən etmək kimi məsələlər, ətrafı bir şəkildə ataları tərəfindən övladlarına öyrədilirdi. Gasgilərdə hər axşam müxtəlif hekayə və əhvalatlar danışılırdı. Eskimo xalqlarının zəngin şifahi xalq ədəbiyyatları olmuşdur. Gasgilərdə danışılan əhvalatlar isə daha çox ovçuluqla bağlı idi. Belə əhvalatlar yerli dildə qulirat qanemcit-llu adlanır. Bəzi hallarda gasgilərin icərisi daha geniş olurdu. Bir gasgini digərindən fərqləndirən əsas şərt, onun icərsində ağacdan oyulmuş əşyaların olması idi. Hələ orta əsrlərdə Alyaskada yaşayan xalqlar odun məmulatlarını əldə etmək üçün uzun yol getməli olurdular. Ona görədə ağacdan hazırlanmış istənilən növ məmulat qiymətli hesab edilirdi. Gasgilərin icərsində bəzi əşyalar olurdu. Bunlar günədlik həyatda istifadə edilən ən zəruri əşyalar hesab edilirdi.
- qasgim aklui – dolça
- merʼun – qaşıq və ya çömcə
- kenngessuutet – qədim eskimo üsulu ilə hazırlanmış lampa
- ciklaq' – balta [23]
Qadınlar heç vaxt gasgilərdə yaşamırdılar. Bu milli adətə zidd bir addım hesab edilirdi. Onlar əsasən ova yollanmış ərlərinə və ovu öyrənməyə getmiş övladlarına yemək aparırdılar. Bəzən uşaqlar üçün kiçik ölcüdə gasgilər düzəldilirdi ki, bu da qasgiruaq' adlanırdı. Gasgidə yalnız bir bayram qeyd edilirdi. Nakaciuq adlı bayramda ov mövsümünün başlaması qeyd edilirdi.
Bayramlar və Mərasimlər
- Uqiquq (ing. seal party)[24] : Yazda ovçu adamın mövsümün ilk adi saqqallı suitini (Erignathus barbatus) tutduğunda, ovçunun arvadı, anası və ya ailəsindən hər hansı bir qadın yaxını yalnız qadınların qatıldığı bir mərasim (uqiquq) nizamlar və ovu parçalayaraq ailədən olmayan insanlara paylayar. Qadınlar ailədəki hər kişinin ilk ovunu paylaştırdığı üçün yazda bu mərasimlər bir neçə dəfə təkrar edər. Yüzlərlə dollar edəcək olan əti ailə xaricindəkilərə paylaşdırma ənənəsi dövrümüzdə də canlılığını qorumaqdadır. İnyupiklərdəki Nalukataq bayramını xatırladan bu ənənənin Yupiklərin ictimailəşməsini və köməkləşməsində (ikayurtaagutleq) əhəmiyyətli bir rolu vardır. Suiti yağının daşınmasında Uqisaqsuun deyilən qancadan istifadə edilir.
- Nakaciuq [25][26] / Nakaciuryaraq [27] (İng. Bladder Festival, Bladder Feast "mesane bayramı") : Adı, sözündən gəlir. Ovlanan suitilərin ruhlarının sakitləşməsi və təmin edilən et və yağ üçün minnətdarlıq duyğularının ortaya qoyulması üçün hər ov mövsümündə bir dəfə edilərdi. Ümumiyyətlə qış gün dönümündə (20–23 dekabr) keçirilir. Şamanizm inancına görə öldürülən suitilərin ruhları mesane içində yaşamaqdadır. Ov mövsümündə öldürülən bütün suitilərin mesanedən toplanaraq qurudular. Qurudulmuş suiti mesanesi şişirilir və otdan örülme ağ bir səbət içində tutular. Mesanedə qorunan suiti ruhu, bağlı qaldıqca həm insanlara zərər verə bilməz həm də edilən mərasimdə ruhu sakitləşər və gələcək ov mövsümündə bir çatışmazlıq çıxmaz. Rəqsin sürətli hərəkətləri sepetteki şişirdilmiş mesanedən rəqslərlə qıpırdamasını təmin edər. Kənd otağında (Qasgiq) beş gün (bəzi qəbilələrdə altı gün) davam edən mərasimlər edilər. Son gün (beşinci gün) dənizə gedilərək və buzlar içində bir suiti dəliyindən içəri atılır. Suiti ruhlarının gələcək ilə təkrar suiti olaraq gəlməsi təmin olunur. Əvvəllər sonu cinsi fəaliyyət ilə bitən bu bayram illər əvvəl tərk edilmişdir və bu gün yenidən keşfedilerek daha çox rəqs istiqamətiylə folklorik dəyər daşımaqdadır.[28][29]
Elriq (ing. Festival of the Dead): Daha çox Nelson Adasında beş-on ildə bir dəfə keçirilir. Ölülər aləmiylə canlıların aləminin görüşmə nöqtəsi bayramın edildiyi yerdir və ölənlərin ruhları burada periodik olaraq olaraq yatıştırılır. Yukon çayında isə ildə iki dəfə, birincisi Nakaciuq bayramından sonra, digəri yazda balıq ovu başlamazdan əvvəl edilir. Mərasimdə çox yavaş oğurlanan barabanlar yoldaşlığında edilən rəqsdə "ağlamaq" (qia-) feilindən mənşə alan və Qiatait deyilən kədərli mahnılar deyilər.[30][31]
Petugtaq (ing. Gift festival): Bir kənddən kişi və qadınlar arasında hediyeleşme bayramıdır. Qışda edilir.[31]
Kevgiq (ing. Messenger Feast): İki kənd arasında hediyeleşme və rəqs bayramıdır. Bayramlaşılacak kəndə iki xəbərçi göndərildiyi üçün bu adı alır.[31]
Kelek / Qaariitaaq / Itruka’ar / Agayuyaraq (ing. Inviting-In Feast): Adı, mənşə olaraq keleg- (azərb. birinin evinə çağırmaq) sözündən gəlir. Qışda son bayramıdır.[27][30][32]
Ovçuluq və yığıcılıq
Bütün eskimos xalqları kimi Yupikler də ovçu və yığıcıdır. Yazdan etibarən qadın kişi bütün Yupiklər davamlı iş halındadırlar. Yupik coğrafiyası, xüsusilə Yukon–Kuskokwim Deltası balıq, məməli və kuşlarca zəngindir. Lakin, bunları ovlamaq asan deyil və zəhmət tələb edir. Günümüzün lazımlı vəsaitlərindən olan qar motosikleti (snowmobile), kayık (skiff), mühərrik və sursat ilə yanacaq qiymətləri isə yüksəkdir. Bütün bu mənfi şərtlərə baxmayaraq Yupiklərdə qarışıq iqtisadiyyat görülər.
Yupiklər ili dörd deyil altı mövsümə bölərlər: Uksuaryartuq (ilk payız), Uksuaq (son payız), Uksuq (ilk qış), Iqukvaq (son qış), Up'nerkaq (yaz), Kiak (yay).
Yaz ayları ovçuluq mevisimidir. Aprel ayında yaz düşərgəsinə gedilincə kəndlər bomboş qalar. Kişilər okeanda buz kütlələri üzərində dinlənilən suiti və morjları ovlar ikən, qadınlar da ovlananların kəsim və qurudum işlərini quruda edərlər. Ovlanıb quruya gətirilən ovlar və yeni ovlar üçün təkrar okeana açılmalar bir dövr olaraq davam edər.[33]
Aprel (Tengmiirvik 'quş yeri') ayında milyonlarla quş törəməyə cənub-qərb Alyaskada toplanar. Bu dövrdə qadın və uşaqlar quagciq, angukaq, ikiituq kimi yeyilə biləcək tərəvəzləri (naunrat) toplayırlar. Qağayılar (narusvak), durna (qucillgaq), qaz (lagiq) və ördək (uqsuqerpak) kimi quşların (yaqulget) yumurtaları qiymətli olub xüsusi olaraq toplanır. Sahil bölgələrdə isə midiya və ustritsa kimi dəniz molyuskları qumlarda eşilerek alınar.[34]
Balıqçılıq mövsümü iyunun əvvəllərindən başlayır. Dəniz sahilindəki ilk ov Sakit okean siyənəyi olub dutulduqdan sonra qış üçün qurudular. İyun ayından etibarən milyonlarla qızılbalıq dənizdən şirin sulara törəməyə üçün gəlirlər. Yazın Yukon, Kuskokwim və Nushagak çaylarından ovlanan ən qiymətli balıq Sakit okean sümüklüsü cinsindən qızılbalıq növləridir: Oncorhynchus tshawytscha (taryaqvak), Oncorhynchus nerka (sayak), Oncorhynchus kisutch (qakiiyaq), Oncorhynchus gorbuscha (amaqaayak), Oncorhynchus keta (iqalluk). Balıqlar qurutularak, tütsülenerek qışda insan və köpək yeməyi kimi istifadə etmək saxlanılır. Bundan başqa, Ulduz kambalası (naternaq), halibut (Hippoglossus stenolepis), Stenodus leucichthys (ciiq), durnabalığı (Esox lucius; luqruuyak), qızılbalıq (Salvelinus malma), Lota lota və Dallia pectoralis (canʼgiiq) ovlanan digər balıq növləridir. Tundradaki göllərdə dutulan Siqi (akakiik) da unudulmamalıdır.[34] Balıqların yeyilməyən tək qisimi qılçıqlarıdır.
Balıqçılıq avqust ayında yavaşlayar və tundradakı atsalugpiaq, tanʼgerpak, curaq kimi böyürtlensi və üzümsü meyvələr (atsat) toplanar. Bu meyvələr suiti yağı və şəkər ilə qarışdırılaraq akutaq istehsalında istifadə olunur.[34]
Qış ilıq keçsə Dekabr ayında açıq sularda ovçular tərəfindən təqib edilən suitilər çay ağızlarına dönərlər. Sahildəki Yupiklər okeandakı dəniz məməlilərinin ovuna odaklanmışken, iç bölgələrdə Mart sonu Aprel əvvəllərində, Kuskokwim boyunca, Kwethluk, Kisaralik və Ania çaylarında, sahildən köpek xizəkləriylə Kilbuck və Kuskokwim dağlarına doğru çıxılar. Burada May ayına qədər qalan ailələr müxtəlif boyda quru heyvanları, sığır (Alces alces; tuntuvak), şimal maralı (rangifer tarandus; tuntupiaq), qonur ayı (Ursus arctos ; tan'gerliq), sincab (qanganaq) ovlar.[34][35] Evə dönüş geniş dəri qayıqlarla (angyaqatak) çay üzərindən edilir. Bir düjün insanı daşıyacaq qədər böyük və geniş olan bu qayığın skeleti kavak və söğütten edilərək üzrə bir ayı dərisi ilə iki şimal maralı dərisinin birlikdə tikilməsi ilə su geçirmezlik təmin edilər. Kürək olaraq də sığır ın kürək sümüyü istifadə edilər.[36]
Qadınlar Lemminq (Lemmus trimucronatus; puveltuq, qilagmiıutaq) kimi gəmiricilərin qış üçün yığdığı müxtəlif bitki köklərini onların yuvasındakı anbardan çalarlar. Uzun keçən qış günlərində səbət hörmək üçün ot saplarını toplayırlar.[34] Gəmiricilər qışda yemək üzrə yaydan yığdıqları ərzaq anbarını tapıb yığıntıdaki bitki köklərini özləri yemək üçün edən Yupiklərin bu ənənəni müasir dünyada xoş görünməsi də coğrafiyanın çetinliğinde sağ qalmanın gərəklərindən biridir.
Payızda quş ovu başlayır. Avqustun ortalarından Sentyabr ortalarına qədər qaz (lakcakcar, lagilugpiaq, tuutangayak), durna (qucillgaq), qu (qugyuk); Oktyabr ortalarında isə ördək (tengesqaar, uqsuqaq, kepalek, kukumyar, payirpak, payiq, allgiar, anarnissagaq) və ağ kəklik (qangqiiq) avlanır.[34]
Dəniz məməliləri ovu
Okeandakı dəniz məməlilərinin ovu üçün lazım olan vasitələr(pissurcuutet imarpigmi) içində, ənənəvi ovun olmazsa olmazlarından olan və Eskimos qayığı adı da verilen kayak (qayaq [tək] qayat [cəm]), dəniz məməlilərinin ovu üçün hazırlanmış ən əhəmiyyətli vasitədir. Keçmişdə Yupiklər üçün kayaksız həyat düşünülə bilməzdi.
Kayakların skelet vəsaiti yüksək daxili bölgələrdən ırmaklarca daşınan quru odunlarla, xüsusilə də quru küknar odunu(murapiit) ilə edilir. Kürek olaraq tək istiqamətli anguarun və ya cüt istiqamətli paangrun istifadə olunur. Anguarun, kayak sürmədən istifadə edildiyi kimi kar kürümede də istifadə olunur.[37]
Kayak kokpitinde bilərzik dəstəği (ayaperviik) cüt olub taxtadan edilər və birinə gülümsəyən kişi, digərinə də çox sərt bir qadın üzü təsvir edilər. Kayakları qurudan okeana daşımaq üçün istifadə edilən xizəklərə kayak xizəyi (qamigautek) deyilir. Okeana ilk açılışda kayak və ovçu üzərindəki pisliklərin təmizlənilməsi üçün Labrador dənizi (Ledum palustre) (ayuq) deyilən bitkinin qurudulmuş sap və yarpaqları tütsü olaraq yandırılır. Yandırılan bitki kayak içinə qoyulur və kayağa oturan ovçunun bir müddət sonra kəmərini gevşetmesiyle duman geyimə keçib çıxar və kayak ilə ovçu arındırılırdı.[38]
Kayakdakı ov vəsaitləri içində qanca və zıpkınlar ön plandadır. Buzun qalınlığını və möhkəmliyini test edilən böyük uclu zıpkın formalı qanca (negcik) suya düşən ovçunu tutub çəkmək üçün də işə yarayar. Qaz avında, ovlanan qazları kayak içinə çəkmək üçün qancanın kiçik uclusundan (negcikcuar) istifadə edilər. Suiti ovlama mizrağı (nagiiquyaq), həm kişilər həm də qadınlar tərəfindən istifadə edilə bilən mizraq fırlatıcı (nuqaq) ilə fırlatılır. . Suiti sidik kisəsindən edilmə şamandıra daşıyan qancalı zıpkın (aklegaq), düşməz qancalı zıpkın (asaaquq), morj ovunda istifadə edilən və iri cüssələrindən çəkib sevketmek üçün uyğun olan zıpkın (aangruyak) müəyyən zıpkın növləridir. Morj zıpkını ucu (qalagyaq), küknar kökləri ilə bağlanmışdır. Tek parça bütün olaraq suiti dərisindən edilən (qerruinaq) şamandıra olaraq istifadə edilər.[38]
Tək bir adi saqqallı suiti bağırsağından edilmə küləyin soyuğundan qorunmaq üçün istifadə edilən parka (imarnitek), geniş eteğiyle kayağın kokpit bilərziyinə sıxışdırılaraq bədən istiliyinin içəridə qalması təmin edilər. Qızılbalığın dərisindən edilən tək barmaqlı əlcək (arilluuk) parkayı tamamlayan ünsürdür. Okean ovçusu üçün ən lazımlı paltarlardan biri olan sugeçirmez dəri bot (ivrucik) da digər bir ovçu geyəcəyidir.[38]
Adi saqqallı suitilərin yalnız sümükləri yeyilməz; digər hər şeyi yeyilir. Dəriləri (amiq) geyim, saxlama qabı, dəri ip, bot (piluguuk, ivrucik) istehsalatında, Suiti bağırsağı su keçirməz giysi üçün, suiti mədələri də su və yağ qabı kimi istifadə edilir. Adi saqqallı suiti bağırsağının (qiluq) hamar olan daxili səthi parkaların xaricini örtmədən istifadə edilər. Suitinin sidik torbasından edilən su matarası (qeciqutaq), okeanda saatlarla qalan ovçuların şirin su ehtiyacını qarşılamaq üçün qırılan buzlar içinə atılaraq, ovçular yatarkən və də bədən ısılarının köməyiylə buzların matarada suya çevrilməsi təmin edilər. Suiti pəncəsindən edilən və Cetugyugun olaraq adlandırılan köməkçi aldadıcı vasitə, buz üzərindəki suitilərə yanaşırken suitilərin gizlənmiş ovçudan qaçmamaları üçün buzda eynilə suiti pəncəsi izinə bənzəyən tırmalama izi buraxmaq üçündir. Suiti dərisindən edilən körpə bezi (terr'ilitaq), içi qurudulmuş quru yosunlarıyla doldurularaq otlardan hörülən bağcıkla körpəyə tutdurulur. Morj mədəsindən bag (qungasvik) edilər. Ağ balinanın quyruğundakı sinirlərdən əldə edilən kirişlerin (cetuat yualuit) bəzisi xam, bəzisi uzununa yarılmış və ya hörülmüş halda iplik kimi istifadə edilir.[39]
Bristol körfəzinin şimalında morj koloniyaları Black Rock (Ingricuar), Crooked Island (Nunalukaq), High Island (Ingriqvak), Round Island (Qayaciq), Summit Island (Qilkeq), Twins (Nunevragak) adalarında tapılar. Togiak sakinləri (Tuyuryarmiut qəbiləsi) suiti və morj ovçusu olaraq tanınırlar. Xüsusilə Round adasında (Yupikcə Qayaciq) bulunan Pasifik morjunu (asveq, Odobenus rosmarus divergens) ovlarlar. Ov limiti 10 morjla məhduddur. Morj ovunda suiti mesanesinden (qerruinaq) edilən və hava ilə şişirdilmiş iki şamandıra daşıyan zıpkını (cavegneq) yalnız iti bir nişançı (nukalpiaq) istifadə edir.[40]
Din
Şamanizm
Yupik kainatı və ya dünyası, universal həyat dövrünə malik üç hissədən ibarətdir: Təbiət aləmi (İng. Natural realm), Ruhlar aləmi (Spiritual realm) ve İnsanlar aləmi (Human realm).[41][42] Qalıcı bir ölüm yoxdur; bədənlər ölərkən ruhlar ölməz və başqa bədənlərə çevrilər. Kainat, yenidən doğuşlarla davamlı bir dövr içərisindədir.[5]
Kainat və ya dünya Yupikcədə Ella (Kuskokwim yupikcəsi, Nunivak çupikcəsi) və ya Cella (Yukon yupikcəsi) olaraq adlandırılar. "Kainat" mənasını verən bu söz həmçinin "hava, atmosfer; göy" mənasına da gəlməkdədir. Hal-hazırda bu söz daha çox "hava" mənasını sıxlaşmışdır və "kainat" üçün daha sonra 'böyük hava' mənasını verən Ellarpak (Nunivak çupikcəsi Ellarpag) sözü törədilmişdir. "Yağış" mənasını verən ellalluk (Kuskokwim yupikcəsi), ellallug (Nunivak çupikcəsi), cellalluk (Yukon yupikcəsi) sözü də digər bir törəməsidir.
Ellam Yua (Kuskokwim yupikcəsi) / Ellam Cua [43] (Nunivak çupikcəsi) / Cellam Yua (Yukon yupikcəsi)[44] (Supikcə Llam Sua [45]; İnuit dillərində: Sillap Inua, Hillap Inua) : Ellam (ella 'kainat; gök' sözünün relative forması) ilə Yua (Yuk 'insan' sözünün absolutive forması) sözlerinden kurulmuş olup kelimesi kelimesine "evrenin insanı" anlamına gelir. Yua sözü "ruh" (İng. spirite, soul, human-like spirite) olaraq da tərcumə edilər; çünki Yupiklər ruhları "insan" hesab edərlər. Yupik şamanizmində "yaradıcı güc" budur və insan Ellam Yua tərəfindən yaradılmışdır. Quzğun (Corvus corax) (Yupikcə tulukaruk [tək] tulukaruut [cəm] ; Nunivak çupikcəsi tulukarug) olaraq təsvir edilər. Bir başqa deyişlə insanlar quzğun tərəfindən yaradılmışdır.[46] Bu quzğun inancı, Hayda və Tlingit xindularında görüldüyü kimi Sibir və Kamçatka'daki yerlilərə də tapılar. Şamanizmdə Panteizm olmadığı halda, Ellam Yua günümüzün Xristian Yupik inancında Tanrı (God)[47] üçün də istifadə edilməkdədir.
Kainatda canlı-cansız hər şeyin bir ruhunun olduğuna inanılar. Öldürülən canlıların ruhlarının sakitləşməsi üçün mərasimlər edildiyi kimi, cansız şeylər üçün də təqdim etdikləri və ya təqdim edirlər nemətlər üçün də mərasim təşkil edilər. Ruhlarla insanlar arasında əlaqəni şamanlar təmin edər.
Şaman (Alyaska yupikcəsi Angalkuq və ya Angalkuk ; Nunivak çupikcəsi Angalku) (İnyupikcə Aŋatkuq ; Qərbi Kanada inuit dilində Angatkuq ; Şərqi Kanada inuit dilində Angakkuq ᐊᖓᑦᑯᖅ ; Qərb Supikcəsi Kallaʼalek, Şərq Supikcəsi Kallagalek) : Ruhlara çevrilmə və ya onları nəzarət etmə qabiliyyəti olduğuna inanılan kişi və ya qadın ruh liderlərinin. İnsanlara zərər verməməsi üçün ruhları yatıştırabildiği kimi, tərsini də edə bilərlər və ruhları qızışdıraraq insanların üzərinə yollarlar. Şamanlara, ailə ruhlarını (Tuunraq sg Tuunrat pl) istifadə etdikləri üçün Tuunralget ('Tuunraq 'lı birləri / ones with Tuunraq') adı da verilir.[48] Tuunraq'lar çox müxtəlifdir.
Xristianlıq
Yupiklər, Rus Amerikası dövründə Pravoslav Xristian ruslar tərəfindən (Slaaviq) xristianlaşdırıldılar. Yupikcənin fərqli diyalektlerinde Pravoslav mətnləri vardır.[49]
Pravoslav hegemoniyası 1885-ci ildə Kuskokwim çayı sahilindəki Bethel şəhərində Moravian missiyasının qurulması ilə başlayır. Üç il Nelson adasında Cizvit missiyası ilə davam edir. Cizvit missiyası bir il sonra da Yukon çayı ağzında yer alan Akuluraka daşınmışdır.[34]
Maska
Maska (Yupikcə kegginaquq [tək] kegginaquk [iki] kegginaqut [cəm] ; Nunivak çupikcəsi agayu) : Etimolojik olaraq kegginaq ('üz, sifət') sözündən və -quq ('... kimi şey, ...'e bənzəyən biri') əkindən (postbase) törədilmişdir və qrammatika baxımından "sifətə bənzəyən şey" mənasını verər.[50] İnyupiklərdə də maska (kiiñaġuq) eyni şəkildə (< kiiñaq 'surat' + -ġuq) adlandırılar. Yupik maskaları sürrealisttir.[51] Tek və ya cüt ola bilərlər.
Kegginaqut Inglukellriit və ya Inglukellriik kegginaquq (cüt maskalar) : Tək başına yarım qalan şeylər üçün cüt maska istifadə edilər. Bunlar, dəniz və quru, gecə və gündüz, qadın və kişi kimi bir-birini bütünleyen maskalardır.[52]
- Pitarkallruak kegginaquq
- Uiluruak kegginaquq
- Carayaguaq kegginaquq
- Irciruaq kegginaquq
- Tuquneruaq kegginaquq
- Tulukaruguaq kegginaquq
- Andreafski-rmiutaq kegginaquq
- Aniparuaq kegginaquq
- Kegguteliruarluni kegginaquq
- Kuigpagmiutaq kegginaquq
- Neqnguaq kegginaquq
- Kaviaruaq kegginaquq
- Melnguruaq kegginaquq
- Naunraruat kegginaqut
- Tegumiak
- Nepcetaq
Yupik maskaları, ləl-cəvahirat tasarımcılarına də ilham qaynağı olar.[53]
Mətbəx
Yupik mətbəxti
Şirniyyatlar-Qecirniirutet
- Akutaq
- Quagciq
- Qerpertaq
- Mak'aq
- Anllelget
- Ikiitulek
- Kemlek
- Tenguggluk
- Qanikcalek
- Tunulek
- Uqiinaq
Görkəmli şəxsiyyətlər
- Rita Pitka Blumenşteyn - həkim.
- Remi Bruks - xizək iti yetişdiricisidir.
Həmçinin bax
İstinadlar
- "We are Cup'it". 2011-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-06.
- "Yupiugukut". 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-06.
- 2000 ABD sayımı
- "Agayuliyararput Yup'ik Masks". 2010-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Phillip Charette, Yup'ik People". 2010-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- Panu Hallamaa (1997), Unangam Tunuu and Sugtestun: A Struggle for Continued Life Arxivləşdirilib 2012-11-14 at the Wayback Machine,
- "LKSD, Department of Academic Programs and Support". 2011-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- M. Travis (1993), Bilingual-bicultural education programs:1992-1993, Alaska Department of Education, Juneau: AK
- "www.ankn.uaf.edu". 2010-06-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Alaska Native Language Archive, Central Alaskan Yup'ik Collection Container List". 2011-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Bilingual/Bicultural Education Programs". 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Aşağı Yukon Məktəb Bölgəsi veb saytı". 2017-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Aşağı Kuskokwim Məktəb Bölgəsi veb saytı". 2012-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Yupiit Məktəb Ərazisinin veb saytı". 2009-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Kashunamiut School District". 2011-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Kuspuk Məktəb Bölgəsi veb saytı". 2011-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Southwest Məktəb Bölgəsi veb saytı". 2017-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- Elizabeth A. Hartley and Pam Johnson (1995), Toward a community-based transition to a Yup'ik first language (immersion) program with ESL component, The Bilingual Research journal, Summer/Fall 1995, Vol. 19., Nos. 3 & 4, pp. 571-585
- Central Yup'ik Eskimos Marriage and Family
- "Qasgimi : In the Qasgi (Yupiklərdə)". 2010-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Subsistence-Nerangnaqsaraput". 2012-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Qaygiq (Men's House), by Dr. John Pingayak (Çupiklərdə)". 2011-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Qasgim Aklui". 2012-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Uqiquq, Aruqsaq-llu". 2010-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Carole A. Barrett & Harvey Markowitz (2004), American Indian Culture: Bladder Festival". 2010-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- GOOGLE Book : Ann Fienup-Riordan (1995), Boundaries and Passages: Rule and Ritual in Yup'ik Eskimo Oral Tradition Arxivləşdirilib 2014-10-28 at the Wayback Machine, University of Oklahoma Press, 1995 pp. 389
- "GOOGLE Book : Lawrence E. Sullivan, Native religions and cultures of North America: anthropology of the sacred". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Bladder Dance by Zaz Hollander". 2015-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- The Yup'ik of Western Alaska Arxivləşdirilib 2012-12-18 at the Wayback Machine (Source of Information: Fienup-Riordan, A. (1990). Eskimo essays. New Brunswick, NJ: Rutgers University Press. )
- GOOGLE Book : Ann Fienup-Riordan (1995), Boundaries and Passages: Rule and Ritual in Yup'ik Eskimo Oral Tradition, University of Oklahoma Press, 1995 pp. 389
- "GOOGLE Book : Lawrence E. Sullivan (2003), Native religions and cultures of North America: Anthropology of the sacred". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Tails of Yup'ik Ground Squirrel Parka by Molly Gleeson, ASC Newsletter" (PDF). 2016-04-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-08-07.
- Cenami Up'nerkam Nalliini : On the Coast during Spring
- Ann Fienup-Riordan (2000), Hunting Tradition in a Changing World: Yup'ik Lives in Alaska Today
- "Kuigni Upʼnerkam Nalliini : On Rivers during Spring". 2010-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Angyaqatak". 2010-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Qayaq". 2010-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Pissurcuutet Imarpigmi". 2012-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Imarpigmiutarnek Piliat : Things made from Sea Mammals". 2010-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- James A. Fall and all. (1991), Walrus hunting at Togiak, Bristol Bay, Southwest Alaska Arxivləşdirilib 2009-04-30 at the Wayback Machine, Tachnical Paper no. 212, Alaska Departmenr of Fish and Game, Division of Subsistence, Juneau, Alaska, October 1991
- Angayuqaq Oscar Kawagley (1999), Alaska Native Education: History and Adaptation in the Millenium Arxivləşdirilib 2010-06-16 at the Wayback Machine, Journal of American Indian Education, Volume 39 Number 1, Fall 1999, Special Issue 2
- Yupiaq Education Revisited Arxivləşdirilib 2010-06-22 at the Wayback Machine by Angayuqaq Oscar Kawagley, University of Alaska Fairbanks
- "Nuniwarmiut Piciryarata Tamaryalkuti, Director's Messages". 2011-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Fairbanks Church Events". 2015-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Arxivlənmiş surət". 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Yupiat by Oscar Kawagley". 2010-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- Discipline Practices Inerquutet and Alerquutet To Implement Into Yup'ik Schools by Theresa Arevgaq John, Anchorage, Alaska, 1998
- Google Books: Agayuliyararput Kegginaqut, Kangiitllu / Our Way of Making Prayer Yup'ik Masks and the Stories They Tell, Transcribed and translated by Marie Meade, Edited by Ann FienupRiordan, 1996
- "Yup'ik Orthodox Language Texts". 2010-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- Ann Fienup-Riordan (1990), Eskimo Essays
- "Arxivlənmiş surət". 2015-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Kegginaqut Inglukellriit". 2012-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.
- "Arctic Transformations, The Jewelry of Denise and Samuel Wallace, Anchorage Museum of History and Art" (PDF). 2012-04-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-08-07.