Alxasava

AlxasavaAzərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Göyçay rayonunun İncə kənd Sovetinin Birinci və İkinci Alxasova kəndləri vahid yaşayış məntəqəsi kimi birləşdiyindən həmin məntəqə Alxasova kəndi adlandırılmışdır. Alxasova kəndi İncə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Alxasova kənd Soveti yaradılmışdır.[1]

Alxasava
40°34′15″ şm. e. 47°56′12″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 41 m
Saat qurşağı
Alxasava xəritədə
Alxasava
Alxasava

Toponimikası

Alxasova oykonimi şəxs adı (Alxas) və oba sözlərindən ibarətdir. Oykonim "Alxasa məxsus oba" mənasındadır. 1993-cü ilədək Birinci və İkinci Alxasova (Alxasoba) kəndlərindən ibarət idi.[2]

Coğrafiyası və iqlimi

Kənd Böyük Qafqaz dağlarının cənubunda, Qaraməryəm tirəsinin ətəyində, Yuxarı Şirvan kanalının sağ sahilində, Şirvan düzündə yerləşir. Kəndin mövqeyi Dövranlı, İncə və Aşağı Qaraməryəm kəndlərinə daha yaxındır, Göyçay şəhərindən şərq istiqamətdə yerləşir. Ərazisinin 40%-i dağlıq, 60%-i düzənlikdir. Kəndin mərkəzindən Yuxarı Şirvan kanalı keçir.

Əhalisi

Əhalisinin əksər hissəsini qaraman türkləri təşkil edir. Əhalisinin sayı 809 (2009) nəfərdir.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti narçılıq, taxılçılıq, bağçılıq, əkinçilikheyvandarlıqdan ibarətdir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.