Alxanlı (Siyəzən)
Alxanlı — Siyəzən rayonunda yerləşən qədim kənd. Yaranma tarixi XVIII əsrin sonu-XIX əsrin əvvəllərinə təsadüf edir. Kənd haqqında qısaca olaraq Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində məlumat verilib.[1]
Alxanlı | |
---|---|
Ölkə |
Toponimikası
"Alxanlı" adının mənası haqqında müxtəlif fikirlər var. Azərbaycanın digər rayonlarında eyni adlı kəndlər vardır.Mənşəyinin eyni olduğu düşünülür.Kəngərli tayfasının bir qolu olduğu və XVIII əsrdə Pənahəli xanın Naxçıvandan köçürdüyü camaat olması barədə fikirlər vardır.
Tarixi
XX əsrin 50-ci illərinə qədər Alxanlı kəndi böyük yaşayış məskəni kimi qalıb. Lakin həmin dövrdə SSRİ rəhbərliyi tərəfindən "xam torpaqlara hücum" elan edilməsi nəticəsində kəndin əhalisi 6–7 km şərqdə, Xəzər dənizinə doğru düzən ərazidə salınmış Yenikənd kəndinə köçürülmüşdür. Hazırda kənddə əsasən maldarlıqla məşğul olan bir-neçə ailə yaşayır. Kəndin ərazisində qədim məscid, istifadə olunmayan kəhriz qalıqları, qədim qəbiristanlıq və evlərin xarabalıqları qalmaqdadır.
Coğrafiyası və iqlimi
Kənd Bakı-Quba avtomobil yolunun üzərində, Gilgilçayın sol sahilindəki dağ yamacında yerləşir.
İstinadlar
- Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.