Alvaro Servantes
Alvaro Servantes (isp. Álvaro Cervantes; doğ. 12 sentyabr 1989) - İspaniyalı teatr və kino aktyoru.
Alvaro Servantes | |
---|---|
isp. Álvaro Cervantes | |
Doğum tarixi | |
Doğum yeri |
Barselona, Kataloniya, İspaniya |
Vətəndaşlığı | İspaniya |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 2006— Bu günə kimi |
IMDb | ID2024943 |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
Barselona şəhərində anadan olmuş Alvaronun atası Xuan Ramon kompüter ticarəti üzrə mütəxəssis, anası Emilia isə floristdir. Məktəbdə oxuyarkən kiçik bir teatr tamaşasını oynadıqdan sonra, onda aktyorluq sənətinə böyük maraq yaranmışdı. O hələ incəsənət məktəbində təhsil alarkən, Xoakin Oristrelin rejissorluq etdiyi və ispan Televiziyası tərəfindən istehsal olunan "Nənə və yay tətili" teleserialında çəkilmişdi və bu onun aktyorluq sənətində ilk addımı idi. Ardından o təhsilini davam etdirmək üçün "Audiovizual kommunikasiyalar" fənnini öyrənməyə başladı, lakin onu tamamlaya bilmədi.
17 yaşı olarkən, Alvaro La invasion de los padres mutantes adlı qısametrajlı filmdə özünün ilk baş rolunu ifa edir; iki il sonra isə (yəni 2008-ci ildə), o Kataloniyalı kinorejissor Silvia Muntun "Bəraət" (isp. Pretextos) filmində aktrisa Laia Marull ilə birgə çəkilmişdir. Həmin ildə o həmçinin İnma Turbaunun "Asılmışın oyunu" adlı romanın katalanca ekranizasiyasında baş rolda çəkilmək üçün keçirilən yarışmada qalib gəlir və burada o Klara Laqo ilə birgə çəkilməyə başlayır. Məhz bu filmdə göstərdiyi mükəmməl performansa görə, Alvaro "Ən yaxşı debüt roluna görə" Qoya Mükafatına namizəd seçilmişdi.
Mario Kasas və Maria Valverde ilə yanaşı, Alvaro rejissor və ssenari müəllifi Federiko Moççianın iki adaptasiyasında çəkilmişdi; onlardan biri Göyün yeddinci qatında (2010), digəri isə Göyün yeddinci qatı. Mən səni istəyirəm (2012) filmləri idi. 2011-ci ildə ekranizasiya olunmuş "Hanna" filmində isə, o irlandiyalı aktrisa Sirşa Ronan ilə birgə çalışmağa başlamışdı.
2012-ci ildə rejissor Xavier Villaverde tərəfindən ekranizasiya olunmuş Mələklərin seksi filmində, Alvaro Astrid Berje Frisbi və Lorens Qonzaleslə birgə çəkilmişdi. Filmdə o homoseksual gənc rolunu ifa etmişdi.
Kino ilə parallel şəkildə, Alvaro həmçinin bir sıra teleseriallarda da çəkilmişdi. Onların içərisində "Okeanın ürəyi" (isp. El corazón del océano), "Bədr gecəsi" (isp. Luna, el misterio de Calenda) və "Al rəngli burun" (isp. Punta Escarlata) kimi teleserialların adlarını qeyd etmək olar.
Filmoqrafiya
Filmlər | ||||
---|---|---|---|---|
İl | Ad | Orijinal adı | Rol | Qeyd |
2006 | Mutant valideynlərin işğalı | La invasión de los padres mutantes | Hixo | Baş rolda (Qısametrajlı film) |
2007 | Davidin rəsmi | Dibujo de David | Maksi | Baş rolda (Qısametrajlı film) |
2008 | Bəraət | Pretextos | Lukas | İkincidərəcəli rol |
2009 | Asılmışın oyunu | El juego del ahorcado | David | Baş rolda |
2009 | Qara rəngdə həyat | Vivir de negro | Borxa | Baş rolda (Qısametrajlı film) |
2010 | Göyün yeddinci qatında | Tres metros sobre el cielo | Pollo | Baş rolda |
2010 | Siz buludlarla əlaqədəsiniz | El coito te nubla | David | Baş rolda (Qısametrajlı film) |
2011 | Faydasız | Inservibles | Xoven | Baş rolda (Qısametrajlı film) |
2011 | Kasita Blanka öz mebeli ilə | Meublé La Casita Blanca | Mark | Baş rolda |
2011 | Hanna | Hanna | Feliçiano | İkincidərəcəli rol |
2012 | Mələklərin seksi | El Sexo de los Ángeles | Rai | Baş rolda |
2012 | Göyün yeddinci qatı. Mən səni istəyirəm | Tengo ganas de ti | Pollo | İkincidərəcəli rol(fleşbek) |
2012 | 88 | 88 | Alvaro | Baş rolda |
2012 | Et Deux Par Deux | Et Deux Par Deux | ?? | Baş rolda (Qısametrajlı film) |
2014 | Otel otağının hekayəsi | A Hotel Room Story | Oğlan | Baş rolda (Qısametrajlı film) |
Televiziya
Teleseriallar | ||||
---|---|---|---|---|
İl | Ad | Orijinal adı | Rol | Qeydlər |
2005 | Nənə və yay tətili | Abuela de verano | Bioy | İkincidərəcəli rol |
2011 | Ermessenda | Ermessenda | Ramon Berenger | İkincidərəcəli rol |
2011 | Al rəngli burun | Punta Escarlata | Markos Rozas | Baş rolda |
2012-2013 | Bədr gecəsi | Luna, el misterio de Calenda | Xoel Bernal | Baş rolda |
2014 | Okeanın ürəyi | El corazón del océano | Alonso | Baş rolda |
2014 | Qardaşlıq | Hermanos | Alberto Torres | Baş rolda |
2015 | Karlos, imperator | Carlos, emperador | İmperator I Karlos | Baş rolda |
2015 | Bizimki | Los nuestros | Toni Serra | Baş rolda |
Teatr
Teatrda oynadığı obraz | ||||
---|---|---|---|---|
İl | Ad | Orijinal adı | Obraz | Qeydlər |
2011 | Kabus | Íncubo | Karmona | Baş rol |
Mükafat və nominasiyalar
Qoya Akademiyasının İllik Mükafatları[1]
İl | Kateqoriya | Film | Nəticə |
---|---|---|---|
2008 | Ən yaxşı aktyor debütu | Asılmışın oyunu | Namizəd |
Malaqa Kino Festivalı
İl | Kateqoriya | Film | Nəticə |
---|---|---|---|
2012 | Ən yaxşı ikincidərəcəli kişi rolu üçün | Mələklərin seksi | Qazandı |
Neoks Fan Mükafatı
İl | Kateqoriya | Film | Nəticə |
---|---|---|---|
2012 | Ən yaxşı film aktyoru | Mələklərin seksi | Namizəd[2] |
İstinadlar
- "Nominado al premio Goya a mejor actor revelación en 2009". 2014-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
- "Arxivlənmiş surət". 2017-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
Xarici keçidlər
- Rəsmi saytı Arxivləşdirilib 2011-10-24 at the Wayback Machine