Altuntaxt
Altuntaxt — Babək rayonu ərazisindəki Qaraquş dağının şərq yamacında, şimal-qərb istiqamətində uzunluğu 500–600 m, eni 150–200 m olan düzənlik sahə də təbii abidə.
Cənubdan Bağırsaq dərə, şimaldan Buğa çeşmə dərəsi, şərqdən Lizbirt dərəsi ilə əhatə olunur. Buradan cənubda Çalxan Qala, şərqdə Sala xanqaya, Qazan yaylağı, şimalda Yeddi bulaq, Halla-Halla, Xan yurdu və s. sahələr "əl içi" kimi görünür. Arxa tərəfdən Qaraquş dağı (2600 m) ilə, üç tərəfdən dik yamaclarla əhatələnən bu yer ətrafa nəzarət etmək imkanı verir.
Qərbi Azərbaycanda (indiki Ermənistan), Göyçə gölünün qərb hissəsindəki Göyəm dağlıq sahədə də Altuntaxt adlı iki qədim kənd olmuşdur. Burada Altuntaxt adlı dağın da olduğu məlumdur. "Kitabi-Dədə Qorqud"da Altuntaxtın adı oğuzların əsas yaşayış mərkəzlərindən biri kimi çəkilir.
Mənbə
- "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 22.