Altunsaç (roman)
Altunsaç (alm. Das Mädchen vom Goldenen Horn; azərb. Qızıl buynuzdan olan qız) — Qurban Səid təxəllüsü ilə yazılmış 2-ci əsər.
Altunsaç | |
---|---|
alm. Das Mädchen vom Goldenen Horn | |
![]() Romanın 2018-ci il azərbaycanca nəşrinin üz qabığı | |
Müəllif | Qurban Səid |
Janr | Roman |
Orijinalın dili | Almanca |
Ölkələr |
![]() |
Orijinalın nəşr ili | 1938 |
Tərcüməçi | Çərkəz Qurbanlı |
Nəşriyyat | Bakı Kitab Klubu (2018) |
Səhifə | 272 (2018) |
Tiraj | 100 |
Əvvəlki | Əli və Nino |
ISBN | 2009: ISBN 978-3-929345-43-8 |
Yusif Vəzir Çəmənzəminli Azərbaycan Yazıçılar İttifaqından çıxarılmazdan 3–4 ay əvvəl yazdığı "Altunsaç" adlı kinossenarisini də Azərfilmə vermişdi. Geniş mütəxəssis müşavirəsində oxunub bəyənilməsinə baxmayaraq "Azərfilm"in direktoru Merkel son mərhələdə Yusif Vəzirə müraciət edərək demişdi: "Studentlər" romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya bilməyəcəyəm.[1]
Məzmun
Adı Avropada XX yüzilin 100 ən çox oxunan yazarları siyahısına düşmüş Azərbaycanın emiqrant yazıçısı Qurban Səidin "Altunsaç" romanının süjeti həyata Şərq-Qərb baxışının toqquşmaları və ziddiyyətləri üzərində qurulmuşdur.
Tarixi qaynaq və məlumatlarla zəngin olan bu romanı müəllif özünəməxsus bir üslubla alman dilində yazmışdır.
Nəşr və tərcümə
Əsər ilk dəfə 1938-ci ildə Zinnen nəşriyyatı tərəfindən Vyanada nəşr olunub.[2]
Roman Çərkəz Qurbanlı tərəfindən alman dilindən Azərbaycan dilinə tərcümə olunub, 2018-ci ildə Bakıda Bakı Kitab Klubunda 272 səhifədə, 100 tirajla çap edilib.[3]
İstinadlar
- "Ağır xəstəliyə tutuldu, ölümlə təhdid olundu, həbsdə həyatını itirdi – Səfalət içində ölən məşhur yazıçımız". 2022-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.
- Elfriede, Bnin Ehrenfels von Bodmershof, Leo Noussimbaum: Das Mädchen vom Goldenen Horn. Zinnen-Verl., Wien [usw.] 1. Januar 1938 (worldcat.org [abgerufen am 30. April 2017])
- Bakı Kitab Klubu. "Altunsaç (roman)" ( (az.)). kitabklubu.org. 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
Həmçinin bax
Xarici keçidlər
- Bakı Kitab Klubu. "Altunsaç (roman)" ( (az.)). kitabklubu.org. 2017-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
- Əsəri oxu