Altun Tamqan Tarkan abidəsi

Altun Tamqan Tarkan abidəsi, İhe Aşete abidəsi və ya Höl Asgat abidəsi — 1891-ci ilin avqust ayında rus elm adamı N.P.Levin tərəfindən tapılmışdır. Abidə Nikolay Yadrintsev, Vasili Radlov, Hüseyn Namiq Orkun və s. elm adamı tərəfindən araşdırılmışdır.[1][2]

Altun Tamqan Tarkan abidəsi və ya İhe Aşete abidəsi
Ölkə Monqolustan
Şəhər Bulqan
Yerləşir Bulqan vilayətinin Mogod rayonunda
Aidiyyatı Türk xalqları
Tikilmə tarixi 724-729
Vəziyyəti ziyan görmüş
KateqoriyaKitabə

Altun Tamqan Tarkan abidəsi Monqolustanın Bulqan bölgəsinin Mogod rayonunda, Tülee Uul dağının qərbində qalan Asgatan Höndiydəki Asgat vadisində yerləşir. Altun Tamqan Tarkan abidəsi Koşo Saydam gölü regionunda olan Orxon abidələrindən təxminən 53 km şimal-şərqdədir.

Abidə

Abidə 4 tərəfi də daş divardan ibarət iki məzardan ibarətdir. birinci daş məzarın 3 divarı qalmış, 1 divarı isə dağılmışdır. Rəsmlərlə bəzədilmiş olan yerin kənarında olan sətirlərin ortasında 1 quş rəsmi vardır. Abidənin önündə 1 relyef vardır. Relyefdə uzun başlıqları olan və əllərində qədəh tutan 3 kişi heykəli qoyulmuşdur. Sağ üst tərəfdə və onun altında Orxon abidələrində də olan dağ keçisi damğası mövcuddur.

Abidənin araşdırılması ilə məşğul olmuş Osava Takaşi abidənin Apa Yeğen İrkin tərəfindən yazıldığını bildirmişdir.[3]

Mətn

Mətnlər birinci divarın və dağılmış divarın üzərindədir. Birinci daşın ön tərəfində bir relyef ilə iki qısa mətn vardır. Bu mətnlərdən birincisi daşın sağ üst tərəfindən sola doğru üfüqi, aşağıya doğru isə şaquli olaraq yazılmışdır. Digər iki sətir də bu ilk sətirin içinə yazılmışdır. Dördüncü və son sətir isə ilk sətirin altına yazılmışdır. Üzərində mətn olan yıxıq divardakı mətnlər isə günümüzdə demək olar ki, oxuna bilməz vəziyyətə düşmüşdür.[4]

Mövzu

Abidə Göytürk bəyi olan Altun Tamqan Tarkan adına yaradılmışdır. Abidənin bir çox yeri silindiyi üçün mətnlərin mövzusu tam olaraq oxunmamışdır. Ancaq yenə də, oxuna bilən hissələrdən anlaşıldığına görə, Altun Tamqan Tarkan ölümündən insanların kədərləndiyi barədə bildirilir.

Tarixi

Abidə İkinci Göytürk xaqanlığı zamanı yaradılmışdır. Abidənin 724-cü ildə yaradıldığı güman olunsa da, yapon alim Osava Takaşi abidənin 729-cu ildə yazıldığını iddia edir.[5]

Həmçinin bax

İstinadlar

  1. Sertkaya. "KÖKTÜRK BENGÜ TAŞLARI" (Türkcə). 1995. 2020-07-12 tarixində arxivləşdirilib.
  2. Orçun Ünal. "İhe Ashete Yazıtı: Yeni Bir Okuma ve Anlamlandırma Denemesi" (Türkcə). 2015. 2019-02-15 tarixində orijinalından arxivləşdirilib.
  3. Ôsava Takashi. Khöl-Asgat Inscription in Mongolia from the Second Turkic Qaghanate. Studies on the Inner Asian Languages 25. 2010. səh. 73.
  4. M. Dobrovits. On the Burial Complex of Ikhe Askhete: The Funeral Amongst The Old Turks. Altay dünyasında gündelik hayat. Türk Dil Kurumu Yayınları. 2007. səh. 147-156.
  5. Andràs Ronà Tas. Hungarians and Europe in the Early Middle Ages. Central European University Press. 1999.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.