Alterasiya

Alterasiya (lat. alterare – dəyişmək, dəyişdirmək) — hər hansı bir səsin adını dəyişmədən yarımton yüksəlməsi və ya enməsi.

İşarələr

İşarələri bunlardır:

  1. Diyez
  2. Bemol
  3. Bekar
  4. Dubl – diyez
  5. Dubl – bemol

İşarələrin qoyulması:

  • Aid olduqları notdan əvvəl;

bunlara təsadüfi işarələr deyilir, yalnız notun yazıldığı xanənin sonuna qədər, bir oktavada həqiqidir.

  • Açardan sonra, not sətrinin əvvəlində;

açar işarələri adlandırılır, pyesin sonuna qədər və ya işarələrin dəyişməsinə qədər bütün oktavalarda həqiqidir.

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.