Altay dilləri
Altay dilləri — Ural-Altay dillərinin Altay qoluna verilən addır. Altay dilləri Avropadan, Orta Şərq və Orta Asiyadan Uzaq Şərqə qədər uzanan böyük bir ərazidə yayılmış dil ailəsidir. Bu dil ailəsinə türk dilləri, monqol dilləri,tunqus-mancur dilləri daxildir.
Haqqında
Altay dil ailəsi türk, monqol, tunqus-mancur və koreya-yapon budaqlarına şaxələnir. Türk dillərinin çoxlu təsnifatı mövcuddur. Onlardan biri türk dillərini beş qrupa ayırır:
Bulqar, cənub-qərb, şimal-qərb, cənub-şərq və şimal-şərq. Bu qrupun bütün dilləri hazırda da bir-birinə çox yaxındır.
Hazırda ölü dil olan bulqar və xəzər dilləri, habelə müasir çuvaş dili Bulqar qrupuna daxildir.
Cənub-qərb budağı ölü oğuz dilindən, türkmən, truxmen, azərbaycan, qaqauz və türk dillərindən təşkil olunmuşdur.
Tatar, başqırd, qazax, qırğız, altay, kumık, noqay, qaraqalpaq, qaraçay-balkar, qaraim, habelə ölü poloves və peçeneq dilləri; cənub-şərq qrupu özbək, uyğur və ölü caqatay dilləri Şimal-qərb qrupuna aiddir. Buraya yakut, tuva, xakas, şor, qaraqas, orxon habelə qədim uyqur ölü dili şimal-şərq dilinə aiddir.
Çingiz xanın imperiyasının dağılmasından sonra bir vaxtlar vahid olan monqol dili dialektlərə ayrılır və sonralar inkişaf edib müstəqil dillərə çevrildi. Hazırda monqol dillərinə: monqol, buryat, kalmık, moqol, monqor və daxur dilləri daxil edilir.
Altay dillərinin qollari.
- Türk dilləri
- Türkiyə türkcəsi
- Azərbaycan türkcəsi
- Özbək dili
- Türkmən dili
- Qazax dili
- Qırğız dili
- Uyğur dili
- Tatar dili
- Krım-tatar dili
- Başqırd dili
- Qaşqay dili
- Qaraçay-balkar dili
- Qaraqalpaq dili
- Noqay dili
- Qumuq dili
- Qaqauz
- Xələc dili
- Karaim dili
- Saka dili
- Çuvaş dili
- Saxa dili
- Tuva dili
- Xakas dili
- Şor dili
- Altay dili
- Sarı uyğur dili
- Salar dili
- Monqol dilləri
- Tunqus-mancur dilləri