Altay Zahidov

Zahidov Altay Qulam oğlu — Azərbaycan jurnalisti.

Altay Zahidov
Altay Qulam oğlu Zahidov
Doğum tarixi
Doğum yeri Bakı
Təhsili
Fəaliyyəti aktyor, jurnalist
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı  — 1991

Həyatı

Altay Zahidov 1933-cü il mayın 16-da Bakı şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.

1954–1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir və şərhçi kimi fəaliyyət göstərib. 1974–1991-ci illərdə Azərbaycan Televiziya və Radiosunun Moskvadakı müxbir məntəqəsinin rəhbəri vəzifəsində çalışıb. 1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsinə seçilib. 1992-ci ildən Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyasının üzvüdür.

Qərb Universitetinin jurnalistika fakültəsinin baş müəllimidir. Əmək veteranıdır. Professordur.

Filmoqrafiya

  1. Yoxlama (film, 2006)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.