Altay (tank)

Altay — Türkiyənin inkişaf etdirməkdə olduğu 3+ nəsil əsas döyüş tankı. Türkiyənin Milli Tank İstehsal Layihəsi (MİTÜP-Milli Tank Üretim Projesi) dairəsində 30 mart 2007-ci ildə Müdafiə Sənayesi İcra Komitəsi iclasının nəticəsində Müdafiə Sənayesi Müstəşarlığı tərəfindən proyektə əsas yüklənici kimi Otokar Otomotiv ve Savunma Sanayi A. Ş. seçildi. Tankın adı İstiqlaliyyət müharibəsində 5. Süvari Kopusuna komandanlıq edən Fəxrəddin Altayın adından alınmışdır. Fəxrəddin Altaya isə soyadı Altay İdman Klubundan ilhamlanaraq Mustafa Kamal Atatürk tərəfindən verilmişdir.

Altay Əsas Döyüş Tankı
Tipi Əsas Döyüş Tankı
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 2021-ci ildən sonra
İstismara başlanması 16 oktyabr 2010
İstismar edənlər Gələcəkdə Türkiyə
İstehsal tarixçəsi
Konstruktor

Otokar,Aselsan,MKEK,Roketsan,

Hyundai Rotem
Konstruksiya tarixi 2008-2012
İstehsalçı Otokar
İstehsal illəri Testlər üçün 2 prototip istehal edildi
İstehsal sayı İlk mərhələdə 250 ədəd , cəmi 1000 ədəd
Xüsusiyyətləri
Ağırlığı 60+ ton (dəyişiklik ola bilər)
Zireh Roetsanın yaratdiğı Vor əsaslı yeni gizli bir zireh.
Sürət maksimum 65 km/saat
Əsas silah 120 mm yivsiz top
Köməkçi silah

1x Aselsan stabil idarə olunan taret

1x 12.7 mm pulemyot
Uzunluğu 7.5 metr(gövdə),10.3 metr (lülə ilə birlikdə)
Eni 3.6 metr
Hündürlüyü 2.4 metr
Ekipaj 4 (sürücü, tank komandiri,
doldurucu, nişancı)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

"Altay" tankları Türkiyənin inkişaf etdirdiyi 3+ nəsilə aid əsas döyüş tankıdır. Altay layihəsinin texniki dəstəyi Cənubi Koreyaın Rotem firmasıdır. "Altay" olaraq adlandırılan tankın dizaynı, təkmilləşdirilməsi, prototip istehsalı, test ve lisenziyalaşdırılması mərhələləri üçün 500 milyon dollar maddi vəsait ayrılmışdır. Üçüncü nəsil əsas döyüş tankı olaraq dizayn edilən texnikanın prototip testləri və kalifikasiya işləri 2013-cü ildə bitirilməsi, kütləvi istehalına isə 2016-cı ildə başlanılması planlaşdırılırdı. Dizayn mərhələsində Cənubi Koreya istehsalı XK-2 əsas döyüş tankı proyektindən əldə edilmiş təcrübələrdən də istifadə olunması nəzərdə tutulur.[1] Proyektin sonunda açılacaq yeni bir tender (hərrac) ilə kütləvi istehsalını üstlənəcək qurum müəyyən olunacaq. İlk mərhələdə 250 ədəd tank istehsal olunacaq. TSQ ehtiyacları ilə bu say arta bilər (sonradan bu 1.000 ədəd ola bilər).

2007-ci ildə Milli Tank İstehsal Layihəsi (MİTÜP) çərçivəsində keçirilən Müdafiə Sənaye İcra Komitəsi konfransında, Müdafiə Sənayesi Müstəşarlığı tərəfindən Türkiyənin ilk milli tank layihəsinin həyata keçirilməsi üzrə işlər "Otokar Otomotiv ve Savunma Sanayi A. Ş" şirkətinə havalə edildi və müqavilə imzalandı. Tankın ilk nümunəsi 11 may 2011-ci il tarixdə İstanbulda keçirilən IDEX-2011 silah sərgisində ictimaiyyətə təqdim olunub[2]. 2015-ci ilin mart ayında Tümosan və SSM (Savunma Sanayi Mustesarligi) şirkətləri arasında 190 milyon avro dəyərində imzalanmış müqaviləyə əsasən xarici texniki yardımla "Altay" üçün 1500-dən 1800 at gücünə qədər dizel mühərrikinin yaradılması həyata keçirilməlidir. 2015-ci ilin oktyabr ayında Avstriyanın AVL List GmbH şirkəti mühərrikin yaradılması üzrə köməkçi qismində seçilib. AVL List GmbH şirkəti Tümosan şirkətinə yaradılacaq mühərrik üçün bütün texnologiya və hüquqları ötürməli idi. Lakin 2016-cı ilin sonunda silah və hərbi texnologiyaların Türkiyəyə tədarükü üzrə embarqonun tətbiqi ilə bağlı qəbul edilmiş qətnamədən sonra Avstriya hökuməti AVL List GmbH müqaviləsinə qadağa qoyub. Beləliklə, Tümosan və AVL list GmbH arasında əməkdaşlıq sazişi 2017-ci ilin yanvar ayında ləğv edildi və bunun nəticəsi olaraq, Tümosan və SSM arasında mühərrikin yaradılması və seriya istehsalı üzrə müqavilə fevralın 24-də ləğv edildi. Belə olan vəziyyətdə Türkiyə Ukrayna və Rusiya ilə əməkdaşlığı gücləndirdi. Bu döyüş maşınlarının seriya istehsalı 2020-ci ilin sonuna nəzərdə tutulub, silahlanmaya tədarükü isə 2021-ci ildə başlayacaq. 2021-ci ilin əvvəlinə olan məlumata gör, Türkiyə "Altay" tankının mühərrik problemini hələ də həll etməyə çalışır və bunun üçün adı açıqlanmayan xarici dövlətlə mühərrik almaq üçün danışıqlar aparır.[3]

Satışı

Türkiyə ordusu ilə imzalanan 3.5 milyard ABŞ dolları dəyərində müqaviləyə əsasən Silahlı Qüvvələrə 1 partiya, yəni 250 ədəd Altay tankı verilməlidir. Bu müqavilənin sonradan artırılaraq 3 partiya olma ehtimalı da var. Digər ölkələrdən Pakistan və Səudiyyə Ərəbistanı bu tankla daha ciddi maraqlanır. 2016-cı ilin sonuna olan məlumata əsasən Pakistan öz ordusu üçün Altay tankı sifariş verə bilər.

Texniki göstəriciləri

Tankın "Volkan-III" tank atəş nəzarət sistemi və komanda, rabitə, xəbərdarlıq və məlumat sistemi ASELSAN tərəfindən hazırlanıb. Şirkətin hazırladığı və tankda tətbiq edilən yeni STAMP (Sabit mexaniki silah platforması) kompleksi günün istənilən vaxtında, istənilən şəratdə hərəkətə olan tankdan hərəkətli hədəflərə qarşı dəqiq atəş açmağa inkan verən ən son texnologiyalardan hesab olunur. 120 mm-lik əsas silah sistemi, "Hyundai-Rotem" texnologiyasından istifadə edilərək MKE tərəfindən, zireh modul paketi isə ROKETSAN tərəfindən istehsal ediləcək.

"Otokar" şirkəti 4 ədəd prototipin dizaynı və inkişafı üçün 500 milyon ABŞ dolları həcmində təşviq mükafatına layiq görülüb. Tankın Türkiyə Silahlı Qüvvələrinin bütün mümkün əməliyyat şərtləri və BMT/NATO əməliyyatlarının tələblərinə cavab verməsi də nəzərə alınıb.

"Altay" tankı tank komandiri, tuşlayıcı, sürücü-mexanik və doldurucudan ibarət 4 nəfərlik ekipaja sahibdir. "Altay" tankları üstün atəş gücunə, dəqiqlik göstəricilərinə, manevr imkanlarına və funksionallığına görə Türkiyə Silahlı Qüvvələrinin ən əsas və dayanıqlı güclərindən biri olacaq.

Əsas silah və köməkçi silahların idarə olunması üçün yeni bir nəsil atəşi idarəetmə sisteminin tanka inteqrasiya edilməsi uğurla nəticələnib. Tankın kimyəvi, bioloji, radioaktiv və nüvə təhdidlərinin mövcud olduğu mühitlərdə belə vəzifələrini müvəffəqiyyətlə yerinə yetirməsinə imkan verən və hər cür təhlükələrə qarşı qorunmasını təmin edən kompozit modul zirehindən istifadə edilir. "Altay"da əsas silah olaraq, hərəkətdə olan hədəfləri belə yüksək dəqiqliklə vura bilən 120 mm-lik silindrli topdan istifadə edir.

Artıq "Altay"ın sifarişçilərindən bəziləri məlumdur. Eyni nəsildən analoqları olan T- 90 və "Leopard-2" tanklarından geri qalmayan "Altay" tanklarının dəyəri analoqlarından iki dəfə baha, təxminən 5.4 milyon dollar olmasına baxmayaraq, onlara olan təlabat bir çox mətləblərdən xəbər verir. Hazırda baş ofisi İzmirdə yerləşən BMC şirkəti ilə 3.5 milyard dollarlıq müqavilə üzrə ilk partiyada 35 ədəd, daha sonra isə 250 ədəd tankın təhvil verilməsi gözlənilir. Seriya istehsalının təşkili üçün Sakaryanın Qarasu şəhərində istehal zonası yaradılıb.

İlkin mərhələdə "Altay" tanklarında Almaniyanın Avstriya ilə müştərək istehsal etdiyi "Ka 501. 883 MTU MT" markalı dizel mühərriklərindən istifadə edilməsi nəzərdə tutulurdu. 2016–2017-ci ildə Berlin və Vyana, Ankara ilə hərbi texniki əməkdaşlığı məhdudlaşdıraraq mühərrik tədarükündən imtina etdilər. Mühəriklər 1-ci və 2-ci mərhələdə 1500 a.g, 3-cü və 4-cü mərhələdə isə 1800 a.g malik olacaq. 60 tonluq ağır tank maksimum 90 km/saat sürət toplaya biləcək. Tək aydın olmayan kritik məsələ, tankın su maneələrini keçməsi üsulları ilə bağlıdır.

Zirehdə istifadə olunan materialın kompozit olduğu söylənilsə də əslində hansı materiallardan istifadə edildiyi rəsmən açıqlanmır. ROKETSAN şirkətinin tankın zirehində B4C təkibli bor-karbon tərkibindən istifadə etdiyi ehtimal olunur.

250 ədəd kütləvi tank istehsalına istiqamətli tenderə "Otokar", BMC və FNSS şirkətlərindən təklif alındı. Uzun danışıqlardan və axtarışlardan sonra Türkiyə Müdafiə Sənayesi Müstəşarlığı "Altay" tanklarının seriyalı istehsalı üçün istehsalçı seçdiyini açıqladı. Seçim Türkiyənin "BMC Otomotiv Sanayi ve Ticaret A. Ş." üzərində oldu. Yayılan məlumatda, Müdafiə Sənayesi Müstəşarlığının İcra Komitəsi şirkətlə 250 ədəd tankın yaradılması barədə razılıq əldə etdiyi və müqavilədə tanklar üçün milli mühərrikin yaradılmasının nəzərdə tutulduğu bildirilirdi.

Uzunmüddətli dövrdə istehsal ediləcək tankların ümumi sayı 1000 ədədə yaxın nəzərdə tutulur. Beləliklə, TSQ-nin silahlanmasında olan əvvəlki nəsil tankların tam yenilənməsi gözlənilir. Təxminən 20 il davam edən layihənin iqtisadi dəyərinin 25–30 milyard dollara çatdırılması planlaşdırılıb.

Əslində Türkiyənin yerləşdiyi coğrafi ərazi, qonşularla münasibətləri, strateji planları, hərbi doktrinası və cəlb olunduğu münaqişələr 60 tonluq ağır tankların istifadəsini vacib şərt kimi irəli qabartmırdı. Lakin son onillikdə NATO müttəfiqlərinin gizlənpaç oynaması, Türkiyədən gərəkdiyində istifadə edib, ehtiyacı olduqda isə üç meymun oynamaları Ankaranı silah, sursat və texnologiya istehsalında müstəqil olaraq özünü təmin etməsinə və silah bazarında layiqli yer tutmaq istiqamətində məqsədyönlü fəaliyyətinə məcbur etdi.

Həmçinin bax

İstinadlar

  1. İlk yerli tank 2012'de TSK'ya verilecek Arxivləşdirilib 2012-03-07 at the Wayback Machine, Sabah gazetesi, 7 Nisan 2007. Erişim tarihi 23 mart 2008
  2. "Türkiyənin Altay tankının ilk təcrübə nümunəsi hazırlanmışdır". 2013-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-16.
  3. "Türkiyə "Altay" tanklarının mühərrik problemini həll etməyə çalışır". 2021-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-04.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.