Altınca

AltıncaAzərbaycan Respublikasının Qubadlı rayonunun Ulaşlı kənd inzibati ərazi dairəsində kənd.[2]

Altınca
39°13′ şm. e. 46°40′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Qubadlı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 149[1]. nəfər (2008)
Altınca xəritədə
Altınca
Altınca

Tarixi

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir

Toponimikası

Altınca kəndi Həkəri çayının sahilində, dağətəyi erazidədir. Keçmiş adı Altınca Qiyaslı, yaxud Narlı Qiyaslı olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, XIX əsrdə Naxçıvanın Nehrəm kəndindən qiyaslı nəslinə mənsub ailələr Narlı (Narlı-dərə) adlanan bu əraziyə keçərək kəndin bünövrəsini qoymuşlar. Bu oykonim 1917 və 1933-cü illərdə Altıncı, 1961-ci ildə Altıncı şəklində qeydə alınmışdır. Türk dillərində altın/altun "qızıl", "mis" mənasında işlənir, -çı isə peşə, sənət bildirən şək.-dir. Beləliklə, əsli Altıncı olan bu oykonim "zərgər" və ya "misgər" deməkdir.[3]

Həmçinin bax

İstinadlar

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A  Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 398. ISBN 978-9952-441-02-4.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.