Altınbaş Universiteti
Altınbaş Universiteti – 2008-ci ildə İstanbul şəhərində fəaliyyətə başlamış özəl ali təhsil müəssisəsi. Əvvəlcə Kəmərburqaz Universiteti adı ilə fəaliyyət göstərən universitetin adı 1 iyul 2017-ci ildə dəyişdirilərək, Altınbaş Universiteti olmuşdur.[2]
Altınbaş Universiteti | |
---|---|
Altınbaş Üniversitesi[1] | |
41°03′25″ şm. e. 28°49′13″ ş. u. | |
Əvvəlki adı | Kəmərburqaz Universiteti |
Şüar | Səni "ən yaxşı sən" edir |
Əsası qoyulub | 22 may 2008 |
Rektor | Prof. Dr. Çağrı Ərxan |
Şəhər | İstanbul |
Ölkə | Türkiyə |
Ünvan | Mahmutbəy məhəlləsi. Dilmənlər prospekti 26-28 |
Sayt | altinbas.edu.tr |
|
Maddi-texniki baza
Altınbaş Universitetinin İstanbul şəhərində üç fərqli bölgədə kampusu, bir yataqxanası və bir Medikal Park ilə anlaşmalı xəstəxanası var. Universitetin idarəetməsinin də yerləşdiyi texnologiya korpusu Mahmutbəydə, səhiyyə elmləri korpusu Bakırköydə, sosial elmlər korpusu isə Qayrettəpədə yerləşir.
Altınbaş Universitetinin yataqxanası 400-dən çox tələbəyə ev sahibliyi etmə potensialına sahibdir və Mahmutbey korpusunun yaxınlığında yerləşir.
Fakültələr və ixtisaslar
Altınbaş Universitetində 9 fakültə, 1 institut, 1 xarici dillər məktəbi və 1 tibbi elmlər kolleci mövcuddur.
Mahmutbəy korpusunda aşağıdakı Mühəndislik və Memarlıq Fakültəsi, Xarici Dillər Məktəbi fəaliyyət göstərir. Qayrettəpə korpusunda isə Biznesin İdarəedilməsi, Hüquq, İqtisadi, İdarəetmə və Sosial Elmlər, Tətbiqi Elmlər, İncəsənət və Dizayn fakültələri yerləşir. Son olaraq, Bakırköy korpusunda isə Tibb, Diş Həkimliyi və Əczacılıq fakültələri ilə yanaşı tibbi elmlər kolleci fəalliyyət göstərir.
Türkiyənin Beynəlxalq Universiteti
Dünyanın 98 fərqli ölkəsindən 6000-dən çox beynəlxalq tələbənin təhsil aldığı universitet Türkiyənin ən beynəlxalqlaşmış universitetlər arasında yer almaqdadır. Bununla yanaşı, 230-dan çox universitet ilə qarşılıqlı anlaşması olan Altınbaş Universitetin tələbələri təhsil alma, işçiləri isə xüsusi təcrübə proqramından keçmə şansı əldə edirlər. Türk təhsil sistemində ilk Hüquq fakültəsi ikili diplom proyektinə imza atan Altınbaş Universiteti tarixə keçmişdir. Belə ki, Hüquq Fakültəsinin Türk-Alman Hüququ ixtisasında təhsil alan tələbələr təhsillərinin ilk iki ilini Köln Universitetində, geri qalan iki ilini Altınbaş Universitetində tamamlayaraq, hər iki universitetin diplomunu əldə edə bilirlər.
Fəxri Doktor Ünvanları[3]
Altınbaş Universitetinin fəxri doktorlarının siyahısı aşağıdakı kimidir:
- Günter Ferhoygen — Avropa İttifaqının Genişlənmə üzrə keçmiş komissiya üzvü
- Dr. Dərviş Əroğlu — Şimali Kipr Türk Respublikasının Keçmiş Prezidenti
- Mulatu Teşome — Efiopiya Federativ Demokratik Respublikasının keçmiş prezidenti
- Prof. Dr. Haynz-Peter Manzel — Türk-Alman Hüquqşünaslar Dərnəyinin idarə heyətinin üzvü
- Ərsin Tatar — Şimali Kipr Türk Respublikasının Prezidenti
- Prof. Dr. İbrahim Qalın — Türkiyə Milli Kəşfiyyat Təşkilatının sədri
Universitetin Azərbaycanla münasibətləri
24 noyabr 2023-cü ildə Altınbaş Universiteti Azərbaycan Respublikasının İstanbul Başkonsulluğu ilə birgə "Qərbi Zəngəzur Gerçəkliyi — Tarixi Həqiqətlər" adlı elmi konfransa ev sahibliyi etmişdir. Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Əziz Ələkbərli və Hikmət Babaoğlu iştirak ediblər.[4]
Münasibətlərin genişlənməsi məqsədilə universitet Azərbaycan vətəndaşlarına əlavə təqaüd proqramları təklif etməkdədir.
Xarici keçidlər
- https://web.archive.org/web/20230815060630/https://uye.ankos.org.tr/uyeler/.
- "Tarihçe". altinbas.edu.tr. 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
- "Fahri Doktora Ünvanları". altinbas.edu.tr. 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
- "Milli Məclisin deputatları Türkiyəyə səfər edəcəklər". meclis.gov.az (az.). 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.