Altın əsr
Altın əsr (türkm. Altyn Asyr) — Türkmənistan şimalında yerləşən süni göl.
Altın əsr su anbarı | |
Ölkə | Türkmənistan |
Tikilmə tarixi | 2000 |
Sahəsi | 2.000 m² |
Coğrafiyası
Göl təbii Qaraşor çökəkliyində yerləşir[1]. Burada Baş Türkmən kanalı ilə Daşoğuz birləşir. Əsas kollektor Deynauda qəsəbəsi yaxınlığından başlayaraq Mərkəzi Qaraqum boyunca axır. Onun uzunluğu 720 km[2]. Daşoğuz isə 385 km uzunluğa malik olaraü şimalşərqə axır. O Göl kollektorunun 57-ci kilometrliyindən başlayaraq 140 km məsafədə Zengibaba enişi ilə axır. Zengibabadan kanal 45 km Uzboy yatağı ilə uzanır. Sonradan 160 km bu yataqla Kutış-Babaya axlr. Burada isə Baş Türkmən kollektoru ilə birləmir. Bu nöqtədən isə 26 km Uzboyun yatağı ilə cənuba istiqamətlənən əraziyə qədər axır. Buradan isə Qaraşora 54 kilometrlik kanal getir[3][4].
Tikilmə tarixi
1960-cı illərdə burada transxəzər kollektorunun inşası planlaşdırılırdı. Burada olan bütün drenaj suları kanalla Xəzər dənizinə[5] axıdılmalı idi.
70-ci illərdə isə bu suların yığılaraq Qaraşora yönəldilməsi planlaşdırılırdı[6]. Qaraşordan Kopetdağa belə kollektor planlaşdırılırdı. 1980-ci ildə tikinti işləri başlamışdır. Ancaq SSRİ dağıldıqdan sonra layihə işlənməmiş qalır[7]. Altın əsr gölünün inşasına 2000-ci ildən başlanmışdır. Tikinti işləri üç etapa bölünmüşdür. Tikinti bitdikdə artıq vahid drenaj sistemi yaradılacaqdır. Altın əsr gölünün uzunluğu 103 km, eni isə 18,6 km, orta dərinliyi 69 m, su tutumu 132 mld m³, sahəsi isə 2000 km² olmalıdır olmalıdır. Kollektorların ümumi uzunluğu 2654 km[8]-dir
2013-cü ildən kollektor-drenaj suları gələcək gölə yığılır[9].
Gölün tam dolmasına 15 vaxt və 4,5 mld dollar lazımdır[10].
Fauna
Altın əsr gölü və onun ətrafında yerləşən kollektorlarda 250 növ quş, 50 növ məməli və 15 növ balıq yaşayır[11]. Gölə yaxın ərazidə Kaplankır qoruğu[11] qərarlaşır.
Perespektivləri
Belə düşünülür ki, gölün yaradılması çala ərazilərin su ilə basılmasının qsrşısını alacaq və 4060 km² ərazini geri qaytararaq kənd təsərrüfatına yararlı sahəyə çevirəcəkdir[12]. Üstəlik suyun duzdan təmizlənməsi ilə şirin su əldə edilməsi və ehtiyatların ödənilmədinə yönəldilə bilər[11]. Üstəlik burada balıqçılıq inkişaf etdirilə bilər.
Layihə ilə bağlı mübahisələr
Kollektor-drenaj suları az minerallaşmışdır. İsti səhra şəraitində suda şorluluq arta bilər. Bu isə suyun keyfiyyətini aşağı salmaqla yanaşı onu istifadəsizləşdirə bilər. Üstəlik süni göl Dəryalıq və Ozernaya kollektorları ilə qidalanmalıdır. Sarıqamış gölünün özü belə Ozernaya kollektoru ilə qidalanır. Kollektor Sarıqamış gölünün səviyyəsinin artmasına səbəb olur. İki ölkə arasında yerləşən göl ərazi mübahisələrinə səbəb ola bilər.
İstinadlar
- "CAWATERinfo". 2019-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
- "Türkmən gölü Qaraqum səhrasında". 2013-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
- "Arxivlənmiş surət" (PDF). 2020-09-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-11-01.
- "Türkmən gölü haqqında sayt". 2008-11-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-11-22.
- "Самосозидание. Инфо". 2012-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
- "Kuqrad şəhərinin saytı". 2019-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
- "Mərkəzi Asiya". 2013-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
- Qızıl əsr gölü
- "Kollektor-drenaj suları tədricən «Altın əsr» gölünə yığılır". 2014-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
- "Qaraqum səhrasında nəhən süni göl yaranır". 2010-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
- "Altın əsr gölü". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-01.
- Saat qəzeti