Altı siqma

Altı siqma (6σ) proseslərin optimallaşdırılması və stabilləşdirilməsi yolları ilə, onun xətasız axarına imkan verən üsuldur. Əsas məqsədi keyfiyyətin artırılması və eyni zamanda maya dəyərinin aşağı salınmasıdır. Altı siqma anlayışı riyazi statistikadan məlumdur. Siqma-σ ilə dəyişən parametr kimi statistik toplumun orta kvadratik meyillənməsi işarə olunur. Mənası ona gətirilir ki, prosesin riyazi gözləməsi və müsaidə sahəsinin sərhədləri arasındakı məsafə altı siqmaya bərabər olduqda istehsal prosesi zaysız işləyir. Bu iddia istehsal proseslərinin araşdırlması zamanı əldə olunmuş biliklərə əsaslanır. Altı siqma Yaponiyada istehsal proseslərinin öyrənilməsində yaranmışdır. İlkin olaraq bu terminlə istehsal olunan məmulların böyük hisəssinin qoyulmuş tələbləri ödəməsi halı təsvir olunurdu. Keyfiyyət göstəriciləri uzun müddət altı siqma daxilində yerləşən proseslərdə məmulun zaylığının bir milyona düşən sayı 3,4-ü keçmir. Burada riyazi gözləmənin uzunluğu mərkəzdən hər iki tərəfə 4,5 civarıda yerləşir. Altı siqmanın məqsədi zaylığın bu həddinə bütün istehsal mərhələlərində nail olmaqdır. Bir çox böyük müəssisələr bu konsepti daxil etməklə böyük nailiyytlər əldə etmişlər. Son vaxtlar altı siqma ilə qənaətcil istehsal birləşdirilərək "altı siqma -lean" üsulu işlənmişdir. Normal səpələnmə əyrisi altı siqma modelinin approksimasiyadır. Üfüqi X oxu üzrə orta kvadratik meyillənmənin σ qiyməti qoyulur. O, riyazi gözləmədən (µ) əyrinin əyilməsinə qədər olan məsafəni göstərir. Əyrinin qiymətlərinin səpələnməsinin ölçüsü orta kvadratik meyillən-mənin qiymətindən bir başa asılıdır. Qrafikdə σ və µ -nün müxtəlif qiymətləri üçün əyrilər göstərilmişdir.

Altı siqma simvolu
İstehsalatda sarı və yaşıl yox, mavi rənglə göstərilmiş qrafikə uyğun proses almağa çalışırlar

Mənbə

  • Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.