Alqayıt
Xəlilov Alqayıt Bayram oğlu (28 noyabr 1939, Daşkənd, Basarkeçər rayonu – 12 yanvar 2013, Xırdalan) — Azərbaycanlı aşıq, el şairi.
Alqayıt | |
---|---|
Alqayıt Bayram oğlu Xəlilov | |
| |
Doğum adı | Alqayıt |
Doğum tarixi | |
Doğum yeri | Daşkənd, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Xırdalan, Azərbaycan |
Vəfat səbəbi | infarkt |
Dəfn yeri |
|
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Aşıq Bayram Xəlilov |
Anası | Seyid Maral |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
İxtisası | Tarix-filologiya |
Fəaliyyəti | müəllimlik, şairlik |
Fəaliyyət illəri | 1967–2013 |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | şeir |
Janrlar | qoşma, gəraylı |
Həyatı
Aşıq Alqayıt 28 noyabr 1939-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Anası Seyid Maral Seyid Bayramın qızıdır. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə qəbul olmuş və 1967-ci ildə həmin institutun Dil və ədəbiyyat şöbəsini bitirmişdir. 1967-ci ildən 1972-ci ilə qədər Daşkənd kənd orta məktəbində müəllimlik etmişdir. 1972-ci ildə "Mingəçevir işıqları" qəzetində işləməyə dəvət olunmuş və 1974-cü ilə qədər burada fəaliyyət göstərmişdir. 1974-cü ildə yenidən Göyçə mahalına qayıtmış və Basarkeçər (11 iyun 1969-cu ildən Vardenis) rayonunda çap olunan "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışmışdır. 1979-cu ildən Göygöl rayonunda məskunlaşmış, Göygöl rayon mədəniyyət evində aşıqlar ansambılının bədii rəhbəri kimi fəaliyyət göstərmişdir. 1996-cı ildən ömrünün axırına qədər Bakı şəhərində yaşamışdır və özünəməxsus yaradıcılığını davam etdirmişdir.
Aşıq Alqayıt 2013-cü il yanvarın 12-də Xırdalan şəhərində vəfat etmişdir.
Yaradıcılığı
Tərlan Göyçəlinin "Göyçə aşıq məktəbi" (1998) kitabında Alqayıtın həyatı və yaradıcılığı haqqında geniş məlumat verilmişdir (səh.209-213).
Alqayıtın həyatı və yaradıcılığı haqqında 2007-ci ildə Sərraf Şiruyənin "Hər görüş bir xatirədir" kitabında da ətraflı məlumat verilmişdir (səh.116-124).
Əsərləri
- "Qalx ayağa Azərbaycan" (2000),
- "Yaralı qartal", Bakı, "Hərbi nəşriyyat", 2006, 560 səh., 1000 tiraj.
- "Seyid Bayram ocağı" (2007),
- "Analı dünyam", Bakı, "Hərbi nəşriyyat", 2011
Məqalələri
- "Sənətkar ömrü", 2008.
Mənbə
- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan"-2008.