Alpout (Qazax)
Alpout — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Kənd | |
Alpout | |
---|---|
41°05′15″ şm. e. 45°12′45″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qazax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 551 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 658 nəfər (2008)[1]. nəfər |
Milli tərkibi | azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
|
Qazax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Coğaz çayının sol sahilində, dağ ətəyindədir.[2]
Tarixi
- Toponim qədim türk mənbələrində 8 əsrdən adı çəkilən alpout (alpavut) tayfaların adı ilə əlaqədardır. Onlar XI-XII əsrlərdə Səlcuqi oğuzlarının, XIV-XV əsrlərdə Qaraqoyunlu və Ağqoyunlu, XV əsrin axırlarından isə qızılbaş tayfasının tərkibində Ön Asiya və Cənubi Qafqazın siyasi hadisələrində fəal iştirak etmişlər. Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində, o cümlədən Qazaxda, torpaqlar almışdılar.[3]
- Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Bu da Alpout adının yayılma arealına öz təsirini göstərmişdir.
- Hazırda bu adda yaşayış məskəni Laçın, Göyçay, Ucar, Goranboy və Bərdə rayonlarında da vardır. Mənbələrdə bu sözün Alp Azux, Alp-ər Tonqa, Alp Arslan tərkiblərinə də rast gəlinir. Alp igid mənasında XV əsərə qədər Azərbaycan dilində işlənmişdir. XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir. "Dədə Qorqud"da "alp" sözü ilə yanaşı "dəli" sözü də igid mənasında işlənnmişdir (Dəli Domrul, Dəli Budaq). XV əsrdən sonra alp sözü arxa plana keçmiş, dəli sözü igid mənasında ümumişləklik qazanmışdır. "Koroğlu" dastanında (Dəli Həsən) igidlərin hamısı dəli adlanandırılır (Koroğlunun dəliləri deyilir). Sonralar bu söz də arxaikləşmiş və dilimizdə igid sözü işlənmişdir.
- Alpout sözündəki ikinci komponent "oud" isə bout, boyat, boud, oud, bayat-el mənasında işlənir. Yəni igid boyat eli, igid oğuz eli (oud-oğuz) mənasında işlənir.
Əhalisi
2009-cu ilin məlumatına əsasən kəndə 666 nəfər əhali yaşayır. Əhalinin 326 nəfəri kişilər, 340 nəfəri qadınlardan ibarətdir.[4]
Görkəmli şəxsləri
- Əhməd Vəliyev (d. 1946) — alim, Odlar Yurdu Universitetinin rektoru, Azərbaycan Respublikası Milli Məclisinin III (2005-2010) və IV (2010-2015) çağırış deputatı, Fizika-riyaziyyat elmləri doktoru, professor, "Şöhrət" ordenli. Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü Sosial və pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür.
- Samir Vəliyev (Samir Əhməd oğlu Vəliyev) - Hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikası təhsil nazirinin müşaviri, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi. Əhməd Vəliyevin oğludur. Alpout kəndindəndir, Bakı şəhərində anadan olub.
- Munir Vəliyev - (Munir Əhməd oğlu Vəliyev) - İqtisadiyyat üzrə fəlsəfə doktoru, professor. Əhməd Vəliyevin oğludur. Alpout kəndindəndir, Bakı şəhərində anadan olub.
Həmçinin bax
Xarici keçidlər
Mənbə
- Azərbaycan toponimlərinin ensklopedik lüğəti. II cilddə. Bakı: 2007, I cild, səh.38.
- Əli Əliyev. Laçın – Qədim Oğuz yurdu. Bakı: Avropa, 2009, səh.20.
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 389. ISBN 978-9952-441-02-4.
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- "Arxivlənmiş surət". 2015-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-04.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.