Alparslan Türkeş

Alparslan Türkeş (25 noyabr 1917, Nikosiya, Nikosiya rayonu[d]4 aprel 1997, Ankara) — Türk hərbçi, siyasətçi, Milliyətçi Hərəkat Partiyasının qururcusu və ilk sədri.

Alparslan Türkeş
türk. Alparslan Türkeş
8 fevral 1969 5 aprel 1997
SonrakıDövlət Baxçalı
Şəxsi məlumatlar
Doğum tarixi 25 noyabr 1917(1917-11-25)
Doğum yeri
Vəfat tarixi 4 aprel 1997(1997-04-04) (79 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Uşaqları
Dini islam
Rütbəsi polkovnik
Elmi fəaliyyəti
Elm sahəsi millətçilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Alparslan Türkeş 25 noyabr 1917-ci ildə Əhməd Həmdi əfəndi və Fatmagül Zəhra xanımın ailəsində Lefkoşada dünyaya gəlmişdir.[1] Əslən Kayserilidir.

İlk və orta təhsilini Lefkoşda almışdır. 1933-cü ildə ailəsi ilə birlikdə İstanbula köçmüşdür. Hərbi sferaya böyük sevgisi olan Alparslan Türkeş, 1936-cı ildə Qülləli Hərbi Liseyinə daxil olmuş, 1938-ci ildə kiçik leytenant rütbəsi ilə məzunu olmuşdur. 1940-cı ildə Refik Yurdsevərin qardaşı qızı Müzəffər xanımla evlənmiş, daha sonra isə Seval xanımla ailə qurmuşdur. Türkeşin 2 evlilikdən 7 uşağı olmuşdur.

1997-ci ildə Ankarada vəfat etmişdir.

Hərbi fəaliyyəti

Erkən fəaliyyəti

1944-cü ildə baş leytenant Türkeş, Nihal Atsız və Nejdət Sancarla birlikdə "İrqçilik-turançılıq" məhkəmə iddiası üzrə mühakimə olunur. 9 aydan artıq bir müddətdə Topxana Hərbi həbsxanasında saxlanılır. 1945-ci ildə həbsdən azad olunur və 1947-ci ildə bəraət alır.1955-cildə Hərbi Akademiyanı bitirdikdən sonra ABŞ-yə göndərilir. Türkeş orda piyada məktəbində təhsilini alır. 1955–1957-ci illərdə Vaşinqton NATO Daimi Nümayəndəliyində türk ordusunu təmsil edən heyətin tərkibində yer alır. Eyni zamanda, Türkiyənin Vaşinqtonda olan Hərbi Akademiyasında yüksək vəzifələrdə çalışır.

1959-cu ildə də Almaniyanın Atom və Nüvə Tədris Mərkəzinə göndərilir. Buradakı təhsilinin ardınca polkovnik rütbəsi alaraq, Türkiyə Quru Qoşunlarının NATO şöbəsinin müdiri təyin olunur.

Dövlət çevrilişində iştirakı

27 may 1960-cı ildə Demokrat Partiyası hökumətini devirən xuntanın daxilində yer almışdır. Həmin gün radio vasitəsilə çıxış edən Türkeş baş verən hadisələr haqqında ictimaiyyəti məlumatlandırmışdır. Daha sonra o dövləti müvəqqəti olaraq idarə edən Milli Birlik Komitəsinə (MBK) daxil olmuşdur.

MBK daxilində gedən münaqişlər sözügedən təşkilatın bölünməsi ilə nəticələndi. MBK üzvü olan 14 hərbçi ölkə xaricində müxtəlif vəzifələrə göndərildi. Alparslan Türkeş də bu qrupun içində idi.

Diplomatik fəaliyyəti

MBK daxilindəki çəkişmələrin nəticəsi olaraq Türkeş 1960-cı ildə diplomatik fəaliyyətə başlamaq məcburiyyətində qalır. 1960–1963-cü illərdə Türkiyə Respublikasının Dehli səfirliyində səfirin siyasi məsələlər üzrə müşaviri vəzifəsində çalışmışdır. Fəaliyyəti dövründə Türkiyənin daxili siyasi məsələlərinə dair fikirlərini mətbuatla bölüşür.

Siyasi fəaliyyəti

1963–1980-ci illər arasında 4 çağırış Ankara və Adanadan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir.

1975-ci ildən sonra qurulan 1-ci və 2-ci Milli cəbhə hökumətləri dövründə baş nazirin müavini vəzifələrində çalışmışdır.

1965-ci ildə Cümhuriyyətçi Kəndli Millət Partiyasının, 1969-cu ildə isə Milliyətçi Hərəkat Partiyasının sədri seçilmişdir.

Əsərləri

  1. Dokuz Işık Arxivləşdirilib 2016-06-29 at the Wayback Machine

İstinadlar

  1. "Başbuğ'un Hayatı". Milliyətçi Hərəkat Partiyası. Archived from the original on 2015-10-05. İstifadə tarixi: 5 oktyabr 2015..  (türk.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.