Alp Arslan

Alp Arslan (20 yanvar 102915 dekabr 1072, Ceyhun, Qövr) — Səlcuq sultanı.

Alp Arslan
Əbu Fəth Adud əd-Dövlə Əbu Şuca Məhəmməd
Böyük Səlcuq Dövləti sultanı
1063 1072
ƏvvəlkiToğrul bəy
SonrakıI Məlikşah
Xorasan valisi
1060 1063
ƏvvəlkiÇağrı bəy
SonrakıArslan şah
Şəxsi məlumatlar
Doğum tarixi 20 yanvar 1029(1029-01-20)
Vəfat tarixi 15 dekabr 1072(1072-12-15) (43 yaşında)
Vəfat yeri
Vəfat səbəbi bıçaq xəsarəti[d]
Dəfn yeri
Fəaliyyəti hərbi lider[d]
Atası Çağrı bəy
Uşaqları
Ailəsi Səlcuqlular
Dini sünnilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Alp Arslanın doğum tarixi müxtəlif mənbələrdə 1029–1032-ci illər arasında götürülür. Böyük Səlcuq Dövlətinin qurucularından olan Çağrı bəyin oğlu və Səlcuqlu sultanı Toğrul bəyin qardaşı oğlu olan Alp Arslan, kiçik yaşlarından hərbi işlərlə məşğul olurdu.

Şərqin və Qərbin hakimi Toğrul bəy 1063-cü ildə təxminən 70 yaşında dünyasını dəyişəndə, onun övladı olmadığı üçün hakimiyyətə Alp Arslanın ögey qardaşı Əmir Süleyman keçdi. Lakin onun hakimiyyəti uzun sürmədi. Alp Arslan öz tərəfdarlarının köməyi ilə Reyə gələrək Əmir sultanı və onun yaxın köməkçisi olan Qutalmışın silahlı qüvvələrini məğlub edərək hakimiyyəti ələ aldı. 1064-cü il aprelin 27-də 36 yaşlı Alp Arslan sultan elan olundu. Onun dövründə Səlcuq dövləti qüdrətli bir dövlətə çevrildi.[1]

Hakimiyyəti

Xarici siyasət

Alp Arslan bacarıqlı döyüşçü nüfuzunu hakimiyyətə gəldikdən bir il sonra Heratı tutmaqla qazandı. Növbəti il ərzində o, ulu babası Səlcuq bəyin məzarının yerləşdiyi ərazini fəth etdi. Alp Arslan bacarıqlı döyüşçü nüfuzunu hakimiyyətə gəldikdən bir il sonra Heratı tutmaqda qazandı. Fars və Girman ərazisində nəzarətdən çıxan bölgələrdə nizam-intizam yaratdı, Məkkə və Mədinəni Fatimilərin əlindən aldı. Hələbi ələ keçirdi.[2]

Fatimilərin qızını oğlu Məlikşahla evləndirməsi dövlətin şərq və cənub sərhədlərində sülh və əmin-amanlığın bərpasına kömək etdi. Beləliklə, bəhs olunan dövrdə Səlcuq dövlətinin ərazisi Əfqanıstan sərhədindən Fatimilər sülaləsinin idarə etdiyi Misirə qədər olan əraziləri əhatə etdi. Yalnız qərb sərhədləri müdafiəsiz qaldı. Cənub-şərq-də onların sərhədi Antioxdan Malatyaya qədər uzanırdı. Müsəlmanların bu əraziyə daxil olmaları təhlükə yaratmağa başladı. Ona görə də, vaxtilə köçəri türkmənlərin yürüşlərinin Toğrul bəy tərəfindən qarşısının alınmasının üsuluna əl atdı. Görülən tədbirlər öz faydasını verdi. Nəticədə Səlcuq İmperiyasından narahat köçərilərin Bizans İmperiyasına kütləvi axınları başladı. İmperator II Vasili (976–1025) köçərilərin qarşısını almaq və səlcuqlardan qorunmaq üçün imperiyanın cənub-şərqində bufer zonası yaratmaq istədi. Lakin cənub-şərq sərhədində görülən bütün tədbirlərə baxmayaraq, Bizans ərazisində yaşayan İslam tərəfdarları möhkəmləndirilmiş bufer zonaya daim hücum edən müsəlman ordularından və qarətlə məşğul olan türklərdən yardım aldılar. Onların hərəkətləri yunanların həyatlarını çətinləşdirdi, bölgədə şəhər və kənd əhalisinin təhlükəsliyini təmin etməkdə çətinlik yaratdı. Bəzi yerlərdə müsəlmanlar yaşayan vilayətlər mərkəzi hakimiyyətdən demək olar ki, ayrıldılar. Bütün bunlar imperatoru məcbur edirdi ki, gürcü və erməni hakimlərini öz ərazilərinin bir hissəsini güzəştə getmələrinə razı sala bilsin. Gürcü çarı David bəzi əraziləri onlara verməyə razı oldu.

Bütün bunlar imperatoru məcbur edirdi ki, gürcü və erməni hakimlərini öz ərazilərinin bir hissəsini güzəştə getmələrinə razı sala bilsin. Gürcü çarı David bəzi əraziləri onlara verməyə razı oldu. 1070-ci ildə eyni təkliflə Ərməniyyə hakiminə də müraciət olundu. Danışıqlar iki ilə qədər davam etdi, nəticədə bizanslılar hakimi inandıra bildi. Erməni hakimi əvəzində Tavrda yerləşən Sivası almaqla güzəştə getməyə razı oldu. Bizansın zəif nöqtəsini Toğrul hələ 1045-ci ildə müəyyənləşdirmişdi, o vaxt səlcuq qoşunları Van və Qarsa qədər gedib çıxmışdılar. 1047-ci ildə bizanslılar Ərzurumu ələ keçirməyə çalışan Səlcuq qoşunlarının qarşısını güclə ala bilmişdilər. Bir il sonra səlcuqlar yürüşlərini təkrar etdilər və şəhərin müdafiəsini yararaq əhalini qılıncdan keçirdilər. 1049-cu ildə Ani qarət olundu, 1053-cü ildə yenidən Qarsa hücum etdilər, 1056-cı ildə Malatyanı ələ keçirdilər, 1059-cu ildə Sivasa yürüş təşkil olundu. Nəzərə alsaq ki, bu yürüşlər kəşfiyyat xarakterli olub əvvəldən planlaşdırılmış nizamlı xarakter daşımasa da, yürüşlər yaxşı təşkil olunurdu. Bu dövrdə Bizansı imperator Konstantin Duka (1059–1067) idarə edirdi. Demokratik və liberal baxışlı imperator bir çox cəhətlərinə görə öz sələfi və eyni zamanda o dövrdə baş nazir vəzifəsini tu- tan Mixaillə bənzərlik təşkil edirdi. Onlar birlikdə bir sıra səhvlər etmişdilər ki, onlardan ən böyüyü hərbi qüvvələrə ayrılan maddi vəsaitin nəzərə çarpan dərəcədə azaldılması olmuşdu. Zabitlərin əməkhaqları və ehtiyata buraxılmaları ordunun döyüş qabiliyyətinin azalmasına gətirib çıxardı. Maliyyə ixtisarı təkcə hərbi işə yox, həm də hərblə bağlı sahələrə-hərbi bazalara da mənfi təsir göstərdi. Sərhəd qarnizonları gözəçarpan şəkildə ixtisara salındı.

Alp Arslanın daxili siyasəti

Sultan Alp Arslan atasının əmisi oğlu Qutalmışın Savə şəhərini tutaraq, Rey üzərindən onun üstünə gəldiyini eşitdi. Sultan ona qarşı ən təcrübəli əmirlərindən olan Savtəkin Alxası göndərdi. Hakistar kəndində doğulmuş bu bahadır öz kəndini şəhərə çevirmişdi. Bu böyük sərkərdə ölümündən sonra miras qoyduğu 1 milyon dinarı, 15 min dəst libası, 5 min atı, min dəvəni, 300 min qoyunu yoxsullara paylamağı vəsiyyət etmişdi.

456-cı ilin məhərrəm ayında (miladi tarixlə 1064-cü ilin yanvarında) Sultan Alp Arslan qiyamçıları cəzalandırdı və "öz ömrünü qoyun arxacında başa vurmuş" Qutalmışın cənazəsini sultan Toğrulun məqbərəsinin yanında dəfn etdirdi.

456-cı ilin rəbiüləvvəl ayında (1064-cü ilin fevralında) sultan 180 minlik ordu ilə Reydən Ruma doğru hərəkətə başladı və yolda ikən bir dəstə kürdün Xulvan keçidini (indiki İraq respublikasının şimal-qərbində yerləşən Əsədabad aşırımı) kəsərək quldurluq etdiklərini eşitdi. Sultanın göndərdiyi qoşun bu quldurları cəzalandırdıqdan sonra onun yanına sağ qalmış kürdlərin nümayəndələri gəldilər və bundan sonra bu yolu quldurlardan qoruyacaqlarına söz verdilər. Sultan buranın idarəsini əmir Bəyarslana tapşırdı. Mərənd şəhərində dayanan sultana "azsaylı bir dəstə ilə rumluları pərişan edən əmir Tuğ Təkin" də qoşularaq ona bələdçilik etməyə başladı.

Alp Arslan və Gürcüstan

Tuğ Təkin gürcülərin diyarının rumlular üçün artım, küfr və zülm ocağına çevrildiyini bildirdi. Sultan o dövrdə Bizansla Böyük Səlcuq dövlətinin sərhəddində yerləşən və "İslamın alınmaz qalası" adlandırılan Naxçıvana çatdıqda oğlu Məlikşahı 80 minlik ordu ilə burada qoyaraq, özü 100 minlik ordu ilə gürcülərin ölkəsinə tərəf irəlilədi. Məlikşah Sürməli, Qarabağ qalalarında möhkəmləndikdən sonra Arpa çayının Araza töküldüyü yerdəki Məryəm-Nəşiman şəhərini fəth etdi və yenidən atasının ordusu ilə birləşdi. Sultan Alp Arslan Ağcaqalanı (indiki Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında yerləşir) və Samşvilde (gürcü dilindən tərcümə etdikdə Üç ox deməkdir) qalasını tutduqdan sonra Axalqala üzərinə yeridi. Bu qala üç tərəfdən dağlarla dördüncü tərəfdən isə Ceyhun çayı dərinlikdə su ilə əhatə olunmuşdu. İlk toqquşmadan sonra gürcülər tabe olmaq istədiklərini bildirdilər və danışıqlar aparmaq üçün elçilər istədilər.

Sultanın göndərdiyi iki elçi – İbn Mücahid və Əbu Sümrə gürcülər tərəfindən xaincəsinə qətlə yetirildilər. Axşam namazından sonra sultan ordunun önündə kafir şəhərinə hücum çəkərək onu tutdu. Abxaz (975-ci ildə abxaz qızı olan anasının varisi kimi Abxaziya hakimi olmuş I Baqrat 1008-ci ildə gürcü taxt-tacına da yiyələnmişdi) çarı IV Baqrat (1028–1072) bacısı qızını sultana ərə vermək istədiyini bildirərək, aman istədi. Bu hədiyyəni qəbul edən sultan gürcü şahzadəsini də vəziri Nizamülmülkə ərə verdirdi. Sultan IV Baqratdan ya islamı qəbul etməyi, ya da cizyə verməyi tələb etdikdə abxaz-gürcü hakimi ikincisini seçdi. Qars, Ani, Loru və Taşlıordu (Cavaxeti) əhalisi sultanın hüzuruna çıxaraqhaqq dinini qəbul etdilər. Bundan böyük sevinc duyan Alp Arslan onlar üçün məscidlər tikdirdi. Rumluların alınmaz hesab etdikləri Ani qalası Səlcuqlu ordusu tərəfindən mühasirəyə alındı. Rumlular türkləri yoldan çıxartmaq məqsədilə üzlərində tük bitməmiş oğlanları və şəhərin ən gözəl qızlarını şəhər kənarına çıxartdılar. Sultanın əmrilə onlar bir yerə topladıldı və onların üzərinə keşikçi qoyuldu.

Yemək, yuxu və su belə içməyi unudan türk ərənləri 16 avqust 1064-cü ildə Anini tutdular. Şəhərə yeni əmir təyin edən sultan Alp Arslan burada məscid tikdirdi və İsfahana qayıtdı. İsfahandan Kirmana, oradan da Xorasan gələn sultan ulu babası Səlcuğun qəbrini ziyarət etdi. 460-cı ildə (miladi təqvimlə 1067 – 1068) abxaz-gürcü hakimi IV Baqratın Bərdəni qarət etməsi sultanın qərbə doğru yeni yürüşə çıxmasına səbəb oldu. Yürüşün önündəki qoşuna Savtəkin Alxas başçılıq edirdi. Rumluların ordusunun içərisində ən döyüşkən dəstələr firəng süvarilərindən və Şəki piyadalarından ibarət idi. Şəki vilayətində Axsartan hakimlik edirdi. Bu vilayətin sıx meşələrində Rum və Abxazdan gələn quldurlar sığınacaq tapmışdılar. Sultan bu meşələrin bir hissəsini məhv etdirdikdən sonra orada iki qala aşkar olundu. Bu qalaların hakimlərilə Şəki hakimi arasında ədavət olduğundan onlar sultanın hüzuruna gələrək islamı qəbul edərək təslim oldular.

Sonra Şəki hakimi Axsartan sultanın yanına gəldi və doqqazda dayanaraq, onun hüzuruna girməyə cəsarət etmədi. Sultan Alp Arslan qulluqçularına buyurdu : "adlı-sanlı nəsildən olan bu zatı içəri dəvət edin". Sultan çadırına buraxılan Axsartan belə söylədi: "İnsana xas olan yanlışlıqdan əl çəkərək sənin hüzuruna gəlməkdə mənim məqsədim xristianlıqla tamamilə üzülüşmək və islamı qabul etməkdir". Taxtdan enən sultan onun alnından öpdü və sonra da hər ikisi gözyaşlarını saxlaya bilməyərək ağladılar. Məlik Axsartan şəhadət gətirdikdən sonra ona sünnət edildi və yanına göndərilən fakih Quran surələrini izah etdi. 1067-ci ilin dekabrında sultan Alp Arslan Tiflis əmiri Əli ibn Cəfər və Gəncə hakimi Fəzlun ibn Əbüləsvarın müşayiətilə Tiflis şəhərinə gəldi. O, burada Süleyman peyğəmbərin tikdirdiyi hamamı gördü. Bu hamamın suyu yerdən isti çıxır. Sultan burada Cümə məscidi inşa etdirdi (Tiflisdə ilk məscid ərəb mənbələrinə görə hələ Həzrət Əli dövründə(656 – 661) tikilmişdir). Beş ay Gürcüstanda qalan sultan Gəncəyə, oradan Bərdəyə gəldi. Araz çayını keçən sultan onun sahilindəki Larcan kəndində yaşı iki yüzə çatan şeyxi ziyarət etdi və ona min dinar verdi.

Alp Arslan və Bizans

Alp Arslan Roman IV Diogeni
öz ayağına gətizdirir

Sultan Azərbaycanda olarkən Bizans imperatoru Roman IV Diogenin 300 minlik ordu ilə Azərbaycan üzərinə yeridiyini eşitdi. Bizans imperatorunun ordusunda ermənilər, farslar, gürcülər, Qərbi Avropa cəngavərləri, yunanlar, ruslar, çərkəzlər, habelə xristian oğuzlar, peçeneqlər və xəzərlər də var idi. İbn əl Vərdinin verdiyi məlumata görə isə Bizans ordusunda 400 mindən çox əsgər, 1000 araba silah, 400 araba nalbənd ləvazimatı, 1200 döyüşçünün qulluq etdiyi və hər biri 10 kintar (1 kintar 97,5 kq-a bərabərdir.) daş atan taran var idi. Bizans ordusunun yerlə-yeksan etdiyi Minbicə şəhərinin əhalisi kömək üçün sultan Alp Arslana müraciət etdilər. Sultan Alp Arslanın ordusunda isə 15 min atlı var idi. O, vəziri Nizamülmülkə və arvadına belə bir məktub göndərdi:"Mən yanımdakı ordumla düşmən üzərinə gedirəm. Əgər sağ qalsam bunu Allahın mərhəməti sayacağam, şəhid olsam bu Allahın lütfüdür. Mənim varisim oğlum Məlikşah olsun". 14 avqust 1071-ci ildə sultan Əhlətlə Malazgird arasındakı əz-Zöhrə adlanan yerə gəldi və Savtəkin alxası Bizans imperatorunun yanına sülh danışıqlarına göndərdi. Təkəbbürlü imperator elçiyə belə söylədi: "Bizim atlar axşam Təbrizdə su içəcək, səhərisi isə Reydə danışıqlar apararıq"! Savtəkin isə impəratora belə cavab verdi:"Atlarınız həqiqətən axşam Təbrizdə su içəcək, ancaq o atların süvariləri siz olmayacaqsınız"!

Sultanın faqihi Əbu Nəsr Məhəmməd ibn Əbdülməlik əl Buxari əl Hənifi danışıqların alınmamasından narahat olan Alp Arslana dedi: "Sən Allah dini uğrunda döyüşürsən! Mən inanıram ki, Uca Allah bu qələbəyə sənin adını yazacaq, Hücuma xətiblərin minbərlərdən allahsızlara qarşı döyüşənlərə qələbə duaları etdikləri müqəddəs cümə günündə hücum et. Onda o dualar müstəcəb olacaq". İraq, XorasanMazandaranda araqarışdıranların baş qaldırmamaları üçün vəzir Nizamülmülk Həmədana gəldi. Döyüşə atılan sultan öz döyüşçülərinə belə müraciət etdi : "Kim istəyirsə çıxıb gedə bilər çünki, burada nəyəsə icazə və ya qadağa qoyan sultan hakimiyyəti yox, Allahın hökmü keçir! "Ox- yayını yerə atan sultan qılıncı əlinə aldı və atını dulladı" (Qədim türk ənənəsinə görə döyüşdə öldürülmüş əsgərin atının quyruğu ya kəsilir, ya da düyünlənirdi. Bu mərasim dullama adlanırdı). Bizans imperatorunun ordusunun sağ və sol cinahlarında quzlar (xristian oğuzlar) və peçeneqlər, aryeqardda (qoşunun arxasında) isə Andronik Dukanın başçılıq etdiyi erməni-gürcü-yunan və s. xalqlardan ibarət dəstələr yerləşdirilmişdi. Səlcuqlu ordusu döyüşə qədim türk adəti üzrə "ura" və islam qaydası üzrə "Allah, Allah" nidaları ilə başladılar. "Ura" sədalarını eşidən quz və peçeneqlər qarşılarında öz soydaşlarının olduğunu bilərək, səlcuqlular tərəfinə keçdilər. Axşama yaxın döyüş başa çatdı. Sultan ordusunda xidmt edən məlüklərdən biri bizans imperatorunu əsir tutdu. Bu qulamı Nizamülmülkə bağışlamış Sədəddövlə onu təriflədikdə, Nizamülmülk demişdi: "Əşi, sən də bu qulamı elə tərifləyirsən ki, guya o bizə Rum hökmdarını tutub gətirəcək"! Allahın hökmü ilə doğrudan da bu qulam Bizans imperatorunu əsir tutdu. Gürcü mənbələrinə görə əsir tutulan Bizans imperatoru ilə sultan Alp Arslan arasında belə söhbət olmuşdur:

Alp Arslan: Sən məni əsir tutsaydın nə edərdin? Roman IV Diogen : Mən səni dəhşətli ölümə məhkum edərdim. Alp Arslan : Axı sizin dininizə görə adam öldürmək günah sayılır? Roman IV Diogen : Bunun müsəlmanlara aidiyyəti yoxdur. Alp Arslan : Mən isə öz dinimə uyğun olaraq səni azadlığa buraxıram. Gedə bilərsən. Sultan Alp Arslanın Roman IV Diogeni öldürməməsində hansısa bir siyasi məqsəd olduğundan şübhələnən Bizans əyanları onun gözlərini çıxartdıraraq, monastra göndərdilər. Sultan Alp Arslana əmirəlmömin əl-Qaim Biəmrillahdan gələn təbrik məktunda yazılmışdı : "Dinin dirəyi, ərəblərin və əcəmlərin hakimi, bütün müsəlmanların sultanı, müslümlərin pənahı, əmirəlmöminin gücünün təsdiqisən"!

1072-ci ilin sentyabrında Tabğac hakimi Şəms əl-Mülkə qarşı hərbi əməliyyatlar zamanı əsir tutulmuş Yusif əl-Xarəzmi sultan Alp Arslanı ağır yaraladı. Onun bu hərəkəti kimin tovlatması ilə etməsi hələ də məlum deyil. Çünki, sultanı ağır yaralayan Yusif, onun erməni fərraşı tərəfindən mızraqla öldürüldüyündən bu sui-qəsdi tam araşdırmaq mümkün olmamışdır. Ağır yaralanmış sultan 465-ci il rəbüiləvvəl ayının sonuncu şənbə günü (miladi təqvimlə 8 dəkabr 1072-ci il) vəfat etdi və Mərvdə atası ilə əmisinin yanında dəfn olundu.

İstinadlar

  1. Eldəniz Məmmədov.s.48.
  2. Eldəniz Məmmədov.s.49.

Ədəbiyyat

  • Eldəniz Əliş oğlu Məmmədov. Səlcuqlar. Bakı: "Mütərcim", 2015. – 204 səh.
  • Əkbər N. Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından — XIV əsrə qədər). Bakı, "Qanun", 2010.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.