Alpı
Alpı — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Alpı | |
---|---|
40°29′24″ şm. e. 47°44′01″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Ucar rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1042 (2009) nəfər |
|
Tarixi
Alpı Ucar rayonunun Qulabənd (Güləbənd) inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, kənd keçmışdə Alplı adlanmışdır. Bəzi mənbələr bu toponimi Alplı etnotoponiminin fonetik dəyişikliyə uğramış forması kimi qəbul edir. Türk dillərində alp "böyük, iri, yüksək"; "qəhrəman"; "atıcı"; "pəhləvan"; monqol dilində alba/alpa "vergi, gəlir novu"; "məcburi xidmət" deməkdir. Beləliklə, Alpı kəndinin adı "böyük kənd" və ya "vergi verən kənd" mənasını ifadə edir[1].
Həmçinin bax
İstinadlar
- ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.